Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-861/2026 23.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, X2 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ 21941208 nömrəli xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ 21941208 nömrəli xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Musayev Mahirin adına yazılan xx.xx.2024-cü il tarixli EQ seriyalı 21941208 nömrəli yol polisin qərarı ilə razı deyil. Musayev Mahir bildirir, ki həmin vaxt maşını o idarə etməyib. Məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 211.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130-cu maddəsinə əsasən Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə qəbul olunmuş, həmin qərardan şikayət vermə müddəti şikayətçi X3 tərəfindən buraxılmış, həmçinin sonuncu tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Qeyd olunanlara əsasən və İXM-nin 118, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 tərəfindən Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 21941208 nömrəli xx.xx.2024-cü il tarixli qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(5-97)-861/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-861/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver