Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-876/2026 23.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Astara rayonu, Kijəbə qəsəbəsi ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 23 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2026cı il tarixdə vətəndaş X5 02:30 radələrində 102 müraciət edərək, Şəxs ünvanına gələrək onu təhqir etdiyini bildirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 23 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 02:30 radələrində vətəndaş Şəxs içkili vəziyyətdə 18-ci PŞ-nin əməkdaşlarına ünvanına nalayiq ifadələr işlətmiş və polisin tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X6 hər iki inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, vətəndaş X4 xx.xx.2026-cı il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək keçmiş həyat yoldaşı Şəxs onun yaşadığı ünvana gəlməsini, onları təhqir etməsini, səs-küy salmasını bildirmişdir. Daxil olmuş məlumata əsasən əməliyyat qrupu qeyd olunan hadisə yerində, Nərimanov rayonu, Ş.Mustafayev küçəsində olmuşdur. Bəhruz adlı şəxs əməliyyat qrupu tərəfindən 18-ci PŞ-nə gətirilmişdir. PŞ-də həmin şəxsin əvvəllər dəfələrlə içkili vəziyyətdə xuliqanlıq hərəkətləri törətmiş Şəxs olması müəyyən edilmişdir. Bundan əlavə vətəndaş B.H.Məmmədov PŞ-nin daxilində olan zaman sərxoş halda səs-küy yaradaraq polisin iş rejimini kobud şəkildə pozmuş, şəxs dəfələrlə polis əməkdaşları tərəfindən intizama dəvət edilsə də, o qərəzli şəkildə bilərəkdən polisin qanuni tələblərinə tabe olmamışdır. Ona görə də barəsində İXM-in 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə gecə saatlarında alkoqol sərxoşluğu vəziyyətində uşağını görmək məqsədilə keçmiş arvadı Şəfiqə Talıbovanın yaşadığı ünvana getmişdir. İçkili olduğundan aqressivləmiş və nalayiq ifadələr işlətmişdir. Sonra isə polis şöbəsinə aparılmış orada isə etiraz edərək şöbənin inzibati binasında səs-küy salmağa davam etmiş, polisin qanuni tələblərinə əməl etməmişdir. Törətdiyi əməldən peşmandır. Bir daha bu kimi hallara yol verməyəcəyini qeyd edərək, məhkəmədən barəsində yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında bildirmişdir ki, o, təqribən 3 ilə yaxın müddətdir ki, keçmiş əri Şəxs rəsmi olaraq ayrılmışdır. xx.xx.2026-cı il tarixdə saat 23 radələrində Şəxs həyətin qapısının açıq olmasından istifadə edib içkili vəziyyətdə həyətə daxil olub səs-küy salaraq və ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmağa başlamışdır. Buna görə də şikayətləri əsasında hadisə yerinə polis əməkdaşları gəlmiş, Bəhruz səs-küy saldığına və polisin tələblərinə riayət etmədiyinə görə polis şöbəsinə aparılmışdır. Bəhruz bundan əvvəlki vaxtlarda da dəfələrlə onun yaşadığı evə gəlmiş, qapısını sındırmış, səs-küy salmışdır. Bəhruzun onu öldürməsindən ehtiyat edir. Ona görə də barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 23 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 02:40-da inzibati qaydada tutulmuşdur. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə”yə dair xx.xx.2026-cı il tarixli, 2/10480 nömrəli protokoldan görünür ki, Şəxs həmin gün saat 03:25 radələrində orta dərəcəli sərxoş olmuşdur. Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisinə ünvanlanan xx.xx.2026-cı il tarixli raportun məzmunundan müəyyən olunur ki, həmin gün saat 02:30 radələrində ünvan 3 ünvanında yaşayan vətəndaş X5 AR DİN-nin 102 xidmətinə zəng edərək, Nərimanov rayonu, Montin qəsəbəsində yaşayan Bəhruz adlı şəxsin içkili vəziyyətdə evinə hücum edərək münaqişə yaratmasını bildirmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Astara Rayon Məhkəməsinin 3(018)-881/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 535.1-ci, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-395/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-in 510-cu, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-631/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-in 510, 535.1-ci, Astara Rayon Məhkəməsinin 3(018)-898/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci, Astara Rayon Məhkəməsinin 3(018)-177/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-nin 528.1-1-ci, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-376/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-in 510, 535.1-ci, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2623/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-in 227-ci maddələri ilə təqsirli bilinərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilmişdir. Habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə 1(005)-308/2021 nömrəli və Azərbaycan Respublikası CM-in 221.3, 128-ci maddələri ilə 1(005)-292/2025 nömrəli ittihamedici hökmlər çıxarılmışdır. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və mövqeyini əsaslandıran hallar: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokolları nəzərdən keçirib, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar və sərxoş halda törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 33.1.7-ci maddələrinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 221.3, 128-ci maddələri ilə məhkum olunmasına və dəfələrlə barəsində inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini nəzərə alaraq hesab edir ki, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslərin yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq olunmalı, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 23 fevral 2026-cı il saat 02:40-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 23 fevral 2026-cı il saat 02:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(5-97)-876/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-876/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver