Məhkəmə qərarları › İş №3(5-97)-882/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-882/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-882/2026 04.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə Xubyal oğlunun iştirakı ilə X2 tərəfindən Dövlət Miqrasya Xidmətinin Bakı şəhəri Regional Miqrasiya Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xx.xx.2026-cı il tarixli şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Miqrasya Xidmətinin Bakı şəhəri Regional Miqrasiya Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X2 məhkəməyə ünvanladığı ərizəsi ilə xx.xx.2026-cı il tarixli şikayətinə hazırda Xəzər Rayon Məhkəməsində baxıldığı üçün Nərimanov Rayon Məhkəməsində olan şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə Xubyal oğlu etiraz etmədiyini bildirmişdir. Məhkəmə şikayət ərizəsinin geri qaytarılmasına dair X1 müraciətini nəzərə alaraq belə qənaətə gəlir ki, X2 tərəfindən Dövlət Miqrasya Xidmətinin Bakı şəhəri Regional Miqrasiya Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılmadan ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsində asılıdır. Bu səbəbdən də şikayətçi şikayətinin geri qaytarılmasını tələb etdiyindən şikayətə baxılmayaraq geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən Dövlət Miqrasya Xidmətinin Bakı şəhəri Regional Miqrasiya Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar