Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-893/2026 04.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə Azərbaycan Respublikası ƏƏSMN yanında X4 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 müraciəti ilə əlaqədar sənədlərin təqdim edilməsi məqsədilə xx.xx.2025-ci il tarixli 3-17-5/2-100704/2025 nömrəli sorğu məktubu poçt vasitəsi ilə göndərilmiş, lakin hər hansı bir səbəbdən istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyasının hesablanması cədvəli, son haqq-hesab cədvəli təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 çıxış edərək bildirmişdir ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası ƏƏSMN yanında X4 Xidmətinin xx.xx.2025-ci il tarixli, № 3-17- 5/2-100704/2025 nömrəli məktubu hüquqi şəxsin ünvanına xx.xx.2025-ci il tarixdə daxil olduqdan sonra müvafiq sənədlər hazırlanaraq 7 iş günü ərzində, xx.xx.2025-ci il tarixdə müfəttişliyin ünvanına göndərilmişdir. Həmin sənədlərin göndərilməsi poçt qəbzinin surətindən də görünür. Belə ki, həmin qəbzdə də sənədlərin Müfəttişliyə xx.xx.2025-ci il tarixdə çatdırıldığı əksini tapmışdır. Bundan sonra Müfəttişlik tərəfindən onlara heç bir xəbərdarlıq edilmədən hüquqi şəxs barəsində qanunsuz və əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Səlahiyyətli orqan hüquqi şəxsi X2 əmək məzuniyyətinə görə kompensasiyasının hesablanması cədvəlinin, son haqq-hesab cədvəlinin təqdim edilməməsində ittiham etsə də, müvafiq sənədlərin təqdim olunması təmin edilmişdir. Belə ki, Müfəttişliyin özünün məhkəməyə göndərdiyi inzibati xəta haqqında iş üzrə icraat materiallarının içərisində əmək məzuniyyətinə görə kompensasiyasının hesablanması cədvəlinin və son haqq-hesab cədvəlinin, hətta "xxxx" ASC-dən əmək haqqı ödənişləri ilə bağlı məlumatların olduğu müəyyən edilir. Göründüyü kimi bank məlumatlarına əsasən şəxsə xx.xx.2025-ci il tarixdə 68.87 manat son haqqhesab köçürülmüş, əmək məzuniyyətə görə kompensasiyanın hesablanması cədvəlində isə 2024-2025-ci iş ili üzrə 3 gün istifadə edilməmiş məzuniyyət gününün və onun əsasında 72,88 manat son haqq-hesabın olması əksini tapmışdır. Hüquqi şəxs Müfəttişliklə əməkdaşlıq etdiyi halda səlahiyyətli orqanın hansı səbəbdən barəsində inzibati xəta haqqında icraat başlaması başa düşülən deyildir. Əgər müəyyən sənədlərlər çatmırsa belə, səlahiyyətli orqanın tələbi və ya təklifi ili hüquqi şəxs yenə də təqdim etməyə hazırdır. Hərçənd ki, hüquqi şəxs tərəfindən tələb olunan bütün müvafiq sənədlər təqdim edilmişdir. Ona görə də göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakı təmin edilməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin müraciəti ilə əlaqədar sənədlərin təqdim edilməsi məqsədilə xx.xx.2025-ci il tarixli 3-17-5/2- 100704/2025 nömrəli sorğu məktubu poçt vasitəsi ilə göndərilmiş, lakin hər hansı bir səbəbdən istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyasının hesablanması cədvəli, son haqq-hesab cədvəli təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, № 3-17-5/2- 100704/2025 nömrəli məktubun məzmunundan görünür ki, qeyd olunmuş müvafiq sənədlərin (işlədiyi son 2 ay üzrə əmək haqqının hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərin surəti, əmək məzuniyyəti hüququndan istifadə etməsini təsdiq edən sənədlərin surəti (ərizə, əmr və s.), hər hansı səbəbdən istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərin surəti, son haqq-hesabın hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərin surəti, vətəndaşın müraciətində qeyd etdiyi məsələlərə dair məktub), əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsinə dair sənədlərin surəti, son haqq-hesab hesablanması cədvəlləri və ödənilməsini təsdiq edən sənədlərin surəti, əmək məzuniyyətindən istifadə edilməsi ilə bağlı sənədin surəti, vətəndaşın müraciətində qeyd etdiyi məsələyə münasibət bildirilməsi) 7 iş günü ərzində X4 Xidməti Bakı şəhər idarəsinə təqdim edilməsi tələb olunmuşdur. SS929830817AZ kodlu poçt göndərişinin “www.azems.az” internet səhifəsindən izlənməsinə dair çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti xx.xx.2025-ci il tarixli, № 3-17-5/2-100704/2025 nömrəli məktubu Şəxs ünvanına xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-100704/2025 nömrəli məktuba cavab olaraq ünvanlanmış xx.xx.2025-ci il tarixli, № 51/25 nömrəli məktubunun məzmunundan görünür ki, X2 tələb olunan sənədləri təqdim olunmuşdur. (əmək məzuniyyətinə buraxılmasına dair xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli əmrlər, əmək haqqı ilə bağlı hesablama və ödəniş cədvəlləri, son haqq hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlər məktuba qoşma edilmişdir) 124350 №-li qaimənin surətindən görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında X4 Xidmətinə ünvanlanan məktub xx.xx.2025-ci il tarixdə saat 11:66-da Xidmətin əməkdaşı “Gözəlova” adlı şəxs tərəfindən qəbul edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə ilkin olaraq onu qeyd edir ki, inzibati xəta haqqında protokola əsasən X2 şikayəti əsasında Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli, № 3-17-5/2-100704/2025 nömrəli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində tam, düzgün və vaxtında təqdim olunması tələb olunmuş, lakin hər hansı bir səbəbdən istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyasının hesablanması cədvəli, son haqq-hesab cədvəli təqdim edilməmişdir. Halbuki inzibati xəta haqqında iş üzrə icraat materialları ilə müəyyən edilir ki, Müfəttişlik Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu xx.xx.2025-ci il tarixdə MMC-yə daxil olduqdan sonra sorğu ilə tələb olunan əmək məzuniyyətinə buraxılmasına dair xx.xx.2024cü il tarixli, xx.xx.2025-ci il tarixli əmrlər, əmək haqqı ilə bağlı hesablama və ödəniş cədvəlləri, son haqq hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti X4 Xidmətinə xx.xx.2025-ci il tarixli məktubla 7 iş günü ərzində göndərilmiş, eyni məktubla vətəndaşın müraciətində qeyd etdiyi məsələyə münasibət bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta yalnız birbaşa qəsdlə törədildikdə inzibati məsuliyyətə səbəb olur. Qanuna görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə bu xəta birbaşa qəsdən törədilmiş xəta hesab olunur. İşin faktiki halları və işdə olan sübutlardan belə müəyyən olunur ki, hüquqi şəxs tərəfindən Müfəttişlikdən daxil olmuş sorğuya qarşı hər hansı laqeydlik nümayiş etdirilməmiş, tələb olunan sənədlər hazırlanaraq vaxtında təqdim olunması təmin olunmuşdur. Müfəttişlik inzibati xəta haqqında protokolda konkret və dəqiq olaraq natamamlıq və yalnışlığın nədə ifadə olunduğunu göstərmədiyinə və inzibati xətanın mahiyyəti, habelə törədilmə vaxtı və yeri, hüquqi şəxsin xeyrinə sənədlərin natamam və ya düzgün formada təqdim edilməməsində birbaşa qəsdi subyektiv cəhətdən özündə ehtiva edən hərəkət və ya hərəkətsizliyinin nədən ibarət olduğu aydın müəyyən edilmədiyinə görə məhkəmə Məhdud Məsuliyyətli Cəmiyyətin qəsdi ilə əhatə olunan inzibati xətanın mövcudluğunun sübuta yetirilmədiyi barədə nəticəyə gəlir. Göründüyü kimi, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyini təsdiq edən mötəbər sübut iş materiallarına əlavə edilmədiyi və məhkəmə iclasında təqdim edilmədiyi üçün hüquqi şəxsin həmin maddə ilə təqsirli olması qənaətinə gəlinməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Bu mövqeyi rəhbər tutaraq məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Göstərilən bu hallar, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin sübuta yetirilməməsinə və inzibati xətanın mötəbər sübutlarla təsdiq edilməməsinə dəlalət edir. Beləliklə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(5-97)-893/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-893/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver