Məhkəmə qərarları › İş №3(5-97)-905/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-905/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-905/2026 04.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayət barədə X1 ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı Nəqiliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və icrasına xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsindən görünür ki, sürücülük vəsiqəmin etibarlılıq müddəti bitdiyinə görə yeni sürücülük vəsiqəsinin alınması üçün 7 saylı “Asan Xidmət” Mərkəzinə müraciət edərkən məlum olmuşdur ki, X2 barəsində 2020-2022-ci illər üzrə inzibati xəta haqqında 5 protokol mövcuddur. Barəsində tərtib olunan xx.xx.2022-ci il tarixli BNA ******* saylı protokolla İXM-in 346.1-ci maddəsinə əsasən 20 AZN cərimə edilmişdir və həmin cərimənin üzərinə dəbbə pulu da əlavə edilərək 32 manat olmuşdur. Tərtib olunmuş həmin inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun şəkildə ona çatdırılmadığından şikayət verə bilməmişdir. Müddətin bərpa edilməsi və inzibati xəta haqqında protokolun ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi.. Məhkəmə iclasında iştirak edən X2 şikayətin dəlillərinə uyğun çıxış edərək, qərardan avtomobilin texniki baxışdan keçirilməsi zamanı məlumatı olduğunu bildirmişdir. Qərarın əsassız olduğunu və şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı X1 İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, BNA seriyalı ******* nömrəli inzibati qərar ləğv edilməli, başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 142.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. 142.3-cü maddəsinə əsasən qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması barədə qərardad qəbul edilir. Qərardadın surəti, barəsində bu qərardad qəbul edilmiş fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə bu barədə müvafiq qeyd aparılmaqla verilir. 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə qərarın icrasına xitam verir. 145.2-ci maddəsinə əsasən isə İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. 146.1-ci maddəsinə əsasən bu məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. 146.1-1-ci bəndinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Odur ki, məhkəmə işin hallarını, habelə qanunvericiliyin tələblərini nəzərə alıb hesab edir ki, X1 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı qanuni qüvvəyə mindiyi gündən 5 (beş) ildən artıq müddətində icra edilmədiyindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 145-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə cərimə olunmasına dair Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətin keçdiyini nəzərə alaraq həmin qərarın icrasına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar