Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-922/2026 17.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru X1, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 469.1 və 518.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi "xxxx" ASC barəsində İXM-nin 518.1-ci maddəsi ilə MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2026-cı il tarixdə Nərimanov rayonu, Köndələn 6-cı, 20/38 qəsəbə-205 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus obyektdə yoxlama zamanı məlum olmuşdur ki, YTQ №1-2001, B- 1.94:61:65:10.4:4.4-nın bəndlərinin tələbləri pozulmuşdur. Nəticədə "xxxx" ASC tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi "xxxx" ASC barəsində İXM-nin 518.1-ci maddəsi ilə MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2026-cı il tarixdə Nərimanov rayonu, Köndələn 6-cı, 20/38 qəsəbə-205 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus obyektdə yoxlama zamanı məlum olmuşdur ki, İcbari sığorta haqqında AR qanununun 35.2-ci maddəsinin tələbləri pozulmuşdur. Nəticədə "xxxx" ASC tərəfindən İXM-nin 469.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan "xxxx" ASC-nin müxtəlif tarixdə törətdiyi bir neçə inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar xx.xx.2026-cı il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru X3 protokolun məzmununa uyğun çıxış edərək tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə etdiyini və hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Qeyd etmişdir ki, hüquqi şəxs X2na riayət etməmiş, eyni zamanda obyekti icbari siğorta etdirməmişdir. Qeyd olunan müəssisə hazırda müxtəlif şəxslərə icarəyə verilmişdir. Lakin, bu təhlükəsizlik qaydalarına riayət etmək həmin icarədarların yox, birbaşa müəssisəsinin vəzifəsidir. Çünki, qeyd olunan pozuntular obyektin ümumi təhlükəsizlik qaydalarıdır və icarəyə götürənlərin daxili pozuntuları deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, qeyd edilən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 17 fevral 2026-cı il tarixli KY262492160 nömrəli çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayyət edilibedilməməsinin yoxlanılması müəyyən edilmişdir. Yoxlamanın müddəti xx.xx.2026 – xx.xx.2026-cı il; “Yanğın-texniki müayinənin aparılması haqqında” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-18-65/Q-2286/2026 saylı, xx.xx.2026-cı il tarixli, qərarından görünür ki, "xxxx" ASC -də yoxlamanın aparılması qərara alınmışdır; xx.xx.2026-cı il tarixli, 2286 nömrəli yanğın-texniki müayinə Aktından görünür ki, “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsi, Obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi barədə tədbirlər planı işlənib hazırlanmayıb, YTQ 01-2001, bənd 1.9.2, Obyektin zəruri sahələri avtomatik yanğınxəbərverici siqnalizasiva qurğusu ilə təmin edilməyib, YTQ-01-2001, bənd- 1.9.4, Obyektin ümumi elektrik təsərrüfatına profilaktiki baxış keçirilməyib, naqil və kabellərin müqaviməti barədə sınaq protokolu tərtib edilməyib, YTQ 01-2001, bənd 6.1, Obyektin elektrik təsərrüfatı EQQQ-nın tələblərinə uyqun quraşdırılmayıb, YTQ 01-2001, bənd 6.5,, Obyektin müəyyən verlərində nasaz elektrik qurğularından, izolyasiya qatı zədələnmiş elektrik naqillərindən, müvəqqəti elektrik xətləri və uzadıcılarından istifadə edilir, YTQ 01- 2001, bənd 6.5,, Obyektdə müəyyən verlərində elektrik lampaları mühafizə qapaqları ilə təmin edilməyib, YTQ 01- 2001, bənd 6.5, Obyekt yanğın zamanı insanların normal təhlükəsiz köçürməsini həyata keçirmək məqsədilə “ÇİXİQ” sözləri yazılmış işıqlı göstəricilərlə təmin edilməyib, YTQ 01- 2001, bənd67, Obyekt ilkin yanğınsöndürmə alət və vasitələrlə, eləcə də odsöndürən balonlarla təmin edilməyib; YTQ-01-2001, bənd-10.4, Obyektdə mövcud odsöndürən balonların saxlanılması qaydalarına riayyət edilmir, YTQ 01-2001. bənd 10.4, Obyektin müəyyən verlərində quraşdırılmış taxta rəflər odadavamlı məhlulla hopdurulmayıb, YTQ 01-2001, bənd 4.4, Obyektdə taxta konstruksiyalardan arakəsmələr quraşdırılmışdır, YTQ 01-2001, bənd 4.4, Obyektin işçiləri yanğına qarşı təlimatlandırılmır, YTQ 01-2001, bənd 1.9.3, Obyektin ərazisində fəaliyyət göstərən müəyyən icarə obyektlərində nasaz elektrik qurğularından, izolyasiya qatı zədələnmiş elektrik naqillərindən, müvəqqəti elektrik xətləri və uzadıcılarından istifadə edilir, YTQ 01-2001, bənd 6.5, Obyektin ərazisində fəaliyyət göstərən müəyyən icarə obyektlərində yanar konstruksiya üzərindən elektrik xətləri çəkilərək istismar edilir, YTQ 01-2001, bənd 6.5,, Obyektin ərazisində fəaliyyət göstərən müəyyən icarə obyektlərində elektrik lampaları mühafizə qapaqları ilə təmin edilməyib, YTQ 01-2001, bənd 6.5, Obyektin ərazisində yanğın su hovuzu mövcud deyil, YTQ 01- 2001, bənd 8.3. Hüquqi məsələlər: “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək, yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək, yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək, yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq yanğın təhlükəsizliyi sahəsində müəssisələrin vəzifəsidir. 36-cı maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 469.1-ci maddəsinə əsasən bu Məcəllənin 469.3-cü və 469-1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 35.2-ci maddəsinə əsasən bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş materiallarının hərtərəfli, tam və obyektiv tədqiqi nəticəsində belə qənaətə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində İXM-in 469.1 və 518.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi faktı, iş üzrə toplanmış və məhkəmə iclasında yoxlanılmış sübutların məcmusu ilə tam təsdiqini tapır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün əsas olan sənədlər, o cümlədən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndən 17 fevral 2026-cı il tarixli KY262492160 nömrəli çıxarış və "Yanğın-texniki müayinənin aparılması haqqında" 3-18-65/Q-2286/2026 saylı, xx.xx.2026-cı il tarixli Qərar, yoxlamanın qanuniliyini və planlı (növbəti) xarakter daşıdığını təsdiq edir. Bu sənədlər "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, yoxlamanın hüquqi əsaslarla həyata keçirildiyini sübuta yetirir. xx.xx.2026-cı il tarixli, 2286 nömrəli "Yanğın-texniki müayinə Aktı" ilə cəmiyyətə məxsus obyektdə bir sıra X2nın pozulduğu müəyyən edilmişdir. Həmin pozuntular, xüsusilə: yanğın xəbərverici siqnalizasiya sisteminin sazlığına dair aktın olmaması, təxliyə planlarının hazırlanmaması, yanğınsöndürmə balonlarının və göstərici nişanların "X2"nın (YTQ №1-2001, B-1.94:61:65:10.4:4.4, “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci) müvafiq bəndlərinin tələblərinə zidd olaraq yerləşdirilməməsi və digər pozuntular, birbaşa olaraq İXM-in 469.1 və 518.1-ci maddələrinin dispozisiyasında nəzərdə tutulan əməlin obyektiv cəhətini təşkil edir. Həmin aktda Cəmiyyətin nümayəndəsinin pozuntularla bağlı izahat verməkdən imtina etməsi qeyd olunmuşdur ki, bu da onun öz hüquqlarından istifadə etməsinin bir forması kimi qiymətləndirilir, lakin pozuntu faktını aradan qaldırmır. Məhkəmə qeyd edir ki, sözügedən aktda aşkar edilmiş pozuntulardan birinin belə olması kifayətdir ki, şəxsin əməlində inzibati xəta tərkibi müəyyən olunsun. Lakin, məhkəmə iclasında aparılan araşdırma zamanı sözügedən müəssisədə çoxsaylı pozuntuların olması müəyyən edilmiş və sübuta yetirilmişdir. Eyni zamanda, məhkəmə iclasında məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar (İXM, Maddə 32 və 33) müəyyən edilməmişdir. Hazırkı iş üzrə hər iki inzibati xəta eyni vaxtda törədilmişdir. Həmin an, "xxxx" ASC həm müssiəsdə X2na riayət etməmiş, həm də eyni anda hüquqi şəxsə məxsus əmlakı icbari sığorta etdirmək vəzifəsini yerinə yetirməməklə hərəkətsizliyə yol vermişdir. Beləliklə, bir hüquqazidd iradənin təzahürü olan vahid bir hərəkətsizliklə eyni vaxtda iki müxtəlif inzibati xəta tərkibi yaradılmışdır ki, bu da hüquqi mahiyyəti etibarilə inzibati xətaların ideal məcmusunu təşkil edir. Bu səbəbdən, məhkəmə hesab edir ki, hazırkı iş üzrə tənbeh tədbiri İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən təyin edilməlidir. Həmin normanın tələbinə görə, hüquqi şəxsə daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə "xxxx" ASC-nin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" ASC-nin İXM-nin 469.1 və 518.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1 və 518.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-922/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-922/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver