Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-924/2026 25.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 518.1-ci və 469.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə material Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta törədilməsi haqqında materialı tədqiq edərək məhkəmə hesab edir ki, bu işin baxılması Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir və işin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir və işin icraatını rədd edən hallar mövcud deyil. Mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar vardır. İş üzrə vəsatətlər və etirazlar yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, məhkəmənin icraatına "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İXM-nin 469.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən inzibati xəta haqqında materiallar daxil olmuş və 3(5-97)-924/2026 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati icraat aparılan "xxxx" ASC-nin eyni vaxtda törətdiyi bir neçə inzibati xəta ilə bağlı iki ayrı-ayrı inzibati materiallar 24 fevral 2026-cı il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmənin icraatında 3(5-97)-922/2026 və 3(5-97)-924/2026 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və iş 3(5-97)-922/2026 nömrə ilə davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİM:
1. "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İXM-nin 518.1-ci və 469.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin.
2. Məhkəməsinin icraatında olan 3(5-7)-924/2026 nömrəli inzibati iş birlikdə baxılması üçün 3(5-7)-922/2026 nömrəli işə birləşdirilsin və 3(5-7)-922/2026 nömrə altında işə baxılması davam etdirilsin.
3. İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında baxılsın.
4. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın.
5. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin.
Hakim Kamal Babayev