Məhkəmə qərarları › İş №3(5-97)-926/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-926/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-926/2026 10.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Sumqayıt Hərbi Prokurorluğunda mütəxəssis (sürücü) vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Mirsaleh Cavadovun 14 fevral 2026-cı il tarixli qərarından və 17 fevral 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 19.55 radələrində sürücü Şəxs Şəfaqət oğlu Sumqayıt Hərbi Prokurorluğuna məxsus yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Khazar markalı A050HP dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu M.Sənani küçəsi ilə hərəkət edərək həmin küçə ilə M.Qaşqay küçəsinin kəsişməsinə çatıb yolayrıcına daxil olaraq hərəkətini davam etdirərkən «Baş yol» üstünlük nişanın tələbini pozaraq M.Qaşqay küçəsi ilə hərəkətdə olan sürücü X2 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Toyota Corolla markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan ehtiyatsızlıqdan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilərək xx.xx.2026-cı il tarixdə saat 19.55 radələrində o yol vərəqəsi əsasında idarə etdiyi Sumqayıt Hərbi Prokurorluğuna məxsus Khazar markalı A050HP dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu M.Sənani küçəsi ilə üzü M.Qaşqay küçəsi istiqamətində 30 km/saat sürəti ilə hərəkətdə olan zaman o, M.Qaşqay küçəsində yəni baş yolda hərəkətdə olan Toyota markalı avtomobili görmədiyini və onun hərəkət istiqamətinə çıxıb həmin avtomobil onun avtomobilinin sağ yan hissəsinə çırpılaraq dayandığını, dərhal avtomobildən düşüb Toyota markalı avtomobilə yaxınlaşdığını, həmin avtomobilin sürücüsünün baş nahiyəsindən yüngül xəsarət aldığını gördüyünü bildirmişdir. Əməlindən peşmandır. Odur ki, barəsində daha yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkən şəxs X4 izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 19.55 rədlərində o özünə məxsus olan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Toyota Corolla markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nərimanov rayonu M.Qaşqay küçəsi ilə üzü H.Əliyev küçəsi istiqamətində 30 km/saat sürəti ilə hərəkətdə olan zaman M.Sənani küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində o baş yolla hərəkətini davam etdirərkən M.Sənani küçəsi ilə hərəkətdə olan Khazar markalı avtomobil onun hərəkət istiqamətinə çıxmış və o həmin avtomobilin sağ yan hissəsinə çırpılmışdır. Hadisə zamanı onun avtomobilində olan ailə üzvlərindən xəsarət alan olmasada, o baş nahiyəsindən xəsarət almışdır. O hadisə ilə bağlı DİN 102 xidmətinə zəng edib məlumat vermişdir. Bir qədər keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisəni qeydiyyata almış və hadisə zamanı o xəsarət aldığı üçün hadisə yerinə gələn TTYS-nın vasitəsi ilə onu KTM-nə aparmışlar. Daha sonra o xx.xx.2026-cı il tarixdə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Hadisə zamanı o bədən xəsarəti almışdır. Hadisə zamanı o əyləcdən istifadə etsədə hadisənin qarşısını ala bilməmişdir. Hadisə anidən baş verdiyindən Khazar markalı avtomobili görüdüyü anda onun ilə ara məsafəsi 1 metrdən az idi. Onun avtomobilinə 4100 manat civarında zərər dəymişdir. Qeyd olunan zərərdən 2800 manatıdı sığorta qalşılayacaq, qalan məbləği Şəxs tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis mayoru Ərşad Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 20:04-də DİN-in 102 Xidməti-Zəng Mərkəzinə müraciət edən vət.X4 məlumat verərək, M.Sənani və M.Qaşqay küçələrinin kəsişməsində idarə etdiyi Toyota markalı **-VT-*** d.q.n-lı avtomobil ilə Khazar markalı A 050 HP d.q.n-lı avtomobilin toqquşması nəticəəsində xəəsarət almasını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 26 yanvar 2026-cı il tarixli, 85 nömrəli rəyindən görünür ki, vət. X3 aşkar edilmiş xəsarət-almm sol yarısının tüksüz hissəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2026-cı il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 fevral 2026-cı il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-sı vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sürücü Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir.) tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar