Məhkəmə qərarları › İş №3(5-97)-931/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-931/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-931/2026 26.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Musayev Tural Səmid oğlu, xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X2 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: X2 xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət və digər materiallar nəzərdən keçirilərək hesab edilir ki, inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan şəxsi məlumatlara dair “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş xx.xx.2026-cı il tarixli çıxarışdan görünür ki, X2 ünvan 1 ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bu Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Beləliklə, X1 xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118, 122.1, 129.1.3-1 və 129.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qətidir, şikayət verilə bilməz. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar