Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-1217/2026 25.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 3-17-5/1-83437/2025 nömrəli, 22 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından vediyi şikayət əsasında toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş qərarla X8 AR İXM-in 539.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində şərti qaydada cərimə olunmuşdur. Həmin qərar əsassızdır. Belə ki, AR ƏƏSMN X7 Xidmətinin xx.xx.2025-ci tarixli, 3-17-5/2-91825/2025 nömrəli sorğu məktubu xx.xx.2025-ci il tarixdə göndərilmiş, 3 iş günü ərzində müvafiq məlumatların təqdim edilməsi tələb edilmiş və məlumatların təqdim edilməməsi ilə əlaqədar bildirdiyi xüsusatlar əsassız hesab edilərək barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati tənbeh qanunsuz tətbiq edilmiş və nəticədə bu kimi hallar sahibkar kimi fəaliyyətinin həyata keçirilməsi və digər hüquqlarını məhdudlaşdırır. Belə ki, İN yanında DVX-nin Milli Gəlirlər Baş İdarəsinin təqdim etdiyi reyestr çıxarışından görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi kimi xx.xx.2024-cü il tarixindən çıxış edir. Barəsində müvafiq sənədlərin təqdim edilməsi tələb olunan X3 əmək müqaviləsinə isə MMC-nin əvvəlki rəhbərliyi tərəfindən 2015-ci tarixində xitam verilmişdir. Sözügedən sənədlərin saxlama müddəti kargüzarlıq qaydalarına əsasən 5 il müddət olduğuna görə sənədlərin təqdim edilməsi mümkün olmamış və qeyd edilən səbəblər onun tərəfindən AR ƏƏSMN yanında X7 Xidmətinə bildirilmişdir. Həmçinin, qeyd edir ki, X7 Xidməti X2 şikayəti əsasında işin hallarını araşdırmaq üçün sözügedən sənədləri tələb etmiş, lakin xx.xx.2026-cı il tarixli notarial təsdiq edilmiş ərizədən də göründüyü kimi X2 hal-hazırda "xxxx" MMC-yə qarşı heç bir iddia və tələbi yoxdur. Göstərilənlərə əsasən AR ƏƏSMN yanında X7 Xidmətinin inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında X8 qeyd olunanları nəzərə alaraq şikayətin təmin olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X9 izahatında bildirdi ki, "xxxx" MMC-nin direktoru X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilərək 1000 (bir min) manat məbləğində şərti qaydada cərimə edilmiş, həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 3-17- 5/1-83437/2025 nömrəli, 22 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən şikayət təmin edilməmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X8 barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. X8 şikayət onunla əsaslandırılmışdır ki, sənədlərin saxlanılma müddəti 5 il olduğundan X7 Xidməti tərəfindən X6 barəsində tələb edilən sənədləri təqdim etmək mümkün olmamışdır. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC-nin şəxsi kabinetinə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-91825/2025 nömrəli sorğu məktubu xx.xx.2025-ci il tarixdə göndərilmiş, 3 iş günü ərzində müvafiq məlumatların təqdim edilməsi tələb edilmiş, lakin müəssisə tərəfindən hər hansı məlumat təqdim edilməmişdir. X8 barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildikdən sonra tələb edilən sənədlərlə bağlı xx.xx.2025-ci il tarixli 1/06 nömrəli məktubla müraciət edilərək bildirilmişdir ki, müəssisədə sənədlərin saxlanılma müddəti 5 il olduğundan hər hansı sənəd təqdim etmək mümkün olmamışdır. Beləliklə, sənədlərin təqdim edilməməsi ilə bağlı Məcəllənin 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin olunmamasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 3-17-5/1-83437/2025 nömrəli, 22 yanvar 2026cı il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X8 barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 3-17-5/1-83437/2025 nömrəli, 22 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmaqla iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə məsuliyyət müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə tənzimlənir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Qeyd olunan Məcəllənin 57.3-cü maddəsinə görə ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, 3 iş gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir, belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 3-17-5/1-83437/2025 nömrəli, 22 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(5-98)-1217/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-1217/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver