Məhkəmə qərarları › İş №3(5-98)-1570/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(5-98)-1570/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-98)-1570/2026 04.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı X2 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, M Ü Ə Y Y Ə N E T D İ M: AR Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 tərəfindən 49000,00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2024-cü il tarixdə ölkə xaricinə köçürülmüş, lakin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 49000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan müvafiq mal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən ölkəyə idxal edilməmiş və ya valyuta vəsaiti həmin müddətdə geri qaytarılmamışdır. Xəta xx.xx.2026-cı il tarixdə törədilmişdir. X1 tərəfindən AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, X3 barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 49000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 4.900,00 ABŞ dolları məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X3 qeyd olunan qərarın ləğv olunmasına dair şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlirəm ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə olunmuş çıxarışın surətindən görünür ki, fərdi sahibkar olaraq xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmiş X2 (VÖEN: **********) hüquqi ünvanı AZ 1090, ünvan 1ərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmaması müəyyən edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsi”nə dair 17 mart 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir.” AR İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Hesab edirəm ki, X3 tərəfindən törədilməsi iddia olunan inzibati xəta onun fərdi sahibkar kimi fəaliyyətindən irəli gəldiyindən, qərarda qeyd edilənlərə əsasən fərdi sahibkar kimi üzərinə düşən vəzifələri yerinə yetirməyərək xaricə köçürülmüş pul vəsaiti hesabına alınan malları (xidməti) ölkəyə idxal etməməsi, valyuta vəsaitini geri qaytarmaması hərəkətsizlik formasında törədilmiş olunduğundan ona istinad olunan inzibati xətanın törədildiyi yer fərdi sahibkar olaraq qeydə alındığı ünvan hesab olunmalıdır. Elektron portaldan əldə olunmuş çıxarışın surətindən görünür ki, X2 fərdi sahibkar olaraq (VÖEN: **********) hüquqi ünvanı AZ 1090, ünvan 2lə olan halda inzibati xəta hadisəsi Bakı şəhəri, Xəzər rayonu ərazisində törədildiyindən hazırkı materiala məhz Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 110, 129, 132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Hakim Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar