Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-1711/2026 04.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Masallı rayonu, Hüseynhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, telefon təmirçisi, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Masallı Rayon Məhkəməsinin 2(050)- 179/2020, 2(050)-168/2024, 2(050)-2783/2019 saylı icra sənədləri üzrə ödənilməli olan aliment borcu Şəxs tərəfindən ödənilməmişdir. Hazırda borc 3974 manat təşkil edir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X11 izahat verərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2783/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Bundan başqa Masallı Rayon Məhkəməsinin 2(050)-179/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqının 1/3 miqdarında aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Masallı Rayon Məhkəməsinin 2(050)-168/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş aliment miqdarı hər ay bir uşaq üçün 190 manat, ümumilikdə 380 manat müəyyən olunmaqla borclu Şəxs alınaraq tələbkar X5 ödənilməlidir. İcra sənədləri icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərarlar qəbul edilərək bildirişlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən icra edilməmişdir. Borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Hazırda hər üç icra işi bir icraatda birləşdirilmişdir. Borclunun bu günə olan aliment borcu 3974 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, bu günə qədər 7100 manat pul ödəmişdir. 2025-ci ilin avqust ayından alimenti ödəmir, ona görə ki, uşaqlarından biri, yəni oğlu 2024-cü ilin aprel ayından faktiki olaraq onun yanında qalır. Həmçinin aliment borcu bu yaxınlarda əmək haqqına yönləndirilmişdir. Həmçinin ailəli olduğu və özünün də tələbatları olduğu üçün aliment borcunu ödəyə bilmir. Göstərilənləri nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-2783/2019 saylı icra vərəqəsinə əsasən mülki işin məhkəmədə həllinə qədər 12 aprel 2014-cü il tarixdə anadan olmuş X9 və 12 noyabr 2015-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 15 oktyabr 2019-cu il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində müvəqqəti aliment tutulub X5 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)- 2783/2019 saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün bildirişlə birlikdə həmin tarixdə borclu Şəxs təqdim edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-179/2020 saylı icra vərəqəsinə əsasən tərəflərin birgə nikahdan 12 aprel 2014-cü ildə doğulmuş X9 və 12 noyabr 2015-ci ildə doğulmuş X10 adlı uşaqları anaları X3 yanında qalmaqla, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 20 fevral 2020-ci il tarixdən başlayaraq Şəxs hər ay aylıq qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulub X5 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)- 179/2020 saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün bildirişlə birlikdə həmin tarixdə borclu Şəxs təqdim edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-168/2024 saylı icra vərəqəsinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)- 179/2020 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün müəyyən edilmiş aliment miqdarı hər ay hər uşaq üçün 190 manat, ümumilikdə 380 manat müəyyən olunmaqla cavabdeh Şəxs alınaraq iddiaçı X5 ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 168/2024 saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün bildirişlə birlikdə həmin tarixdə borclu Şəxs təqdim edilmişdir. İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs barəsində olan Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-2783/2019 saylı, xx.xx.2020-ci il tarixli, 2(050)-179/2020 saylı və xx.xx.2024cü il tarixli, 2(050)-168/2024 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-168/2024-006 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs mülkiyyətində olan Hyundai Sinata minik markalı, 77LR944 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-5079/2024 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-168/2024 nömrəli icra sənədinin icrasını təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(5-98)-1711/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-1711/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver