Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-172/2026 22.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan, ev 70, mənzil 19; VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli EP ******* (14000-03426/25) saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli EP ******* (14000-03426/25) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən **********2529, **********2575, **********2586, **********22544 sorğu nömrəli gömrük bəyannamələri ilə buraxılış ili 2016-cı il “WMA56SZZ9HP080874” “WG0THPS**********” “WG0THPS430026242” “WG0THPS**********” şassi nömrəli, 1 ədəd “MAN” və 3 ədəd “GOLDHOFER” markalı yük nəqliyyat vasitələri xx.xx.2024-cü il tarixədək müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin yük nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti idxal müddətinin başa çatmasına baxmayaraq Şəxs MMC tərəfindən yük nəqliyyat vasitəsi geri qaytarılmamış və ya digər gömrük prosedurları altında rəsmiləşdirilməmişdir. Belə ki, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 3300/012/005607 nömrəli, xx.xx.2025-ci il tarixli raporta əsasən Şəxs MMC tərəfindən **********2529, **********2575, **********2586, **********22544 sorğu nömrəli gömrük bəyannamələri əsasında müvəqqəti idxal gömrük prosedurunda yerləşdirilən nəqliyyat vasitələrinin müvəqqəti idxal müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. xx.xx.2023-cü il tarixli, AHW-121023 nömrəli invoys sənədi ilə müəyyənləşdirilmişdir ki, “WMA56SZZ9HP080874” şassi nömrəli nəqliyyat vasitəsinin dəyəri 32000 dollar, “WG0THPS430026242” şassi nömrəli nəqliyyat vasitəsinin dəyəri 24000 dollar, “WG0THPS**********” şassi nömrəli nəqliyyat vasitəsinin dəyəri 24000 dollar, “WG0THPS**********” şassi nömrəli nəqliyyat vasitəsinin dəyəri 24000 dollar, ümumilikdə 104000, (1 dollar-1,7 AZN) 176800 AZN təşkil edir. Şəxs MMC tərəfindən **********2529, **********2575, **********2586, **********22544 sorğu nömrəli gömrük bəyannamələri əsasında müvəqqəti idxal gömrük prosedurunda yerləşdirilən nəqliyyat vasitəsi 1 ildən artıq müddətdir ki, MMC tərəfindən yük nəqliyyat vasitəsi geri qaytarılmamış və ya digər gömrük prosedurları altında rəsmiləşdirilməmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Aksızlı Mallar üzrə Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 18 dekabr 2025-ci il tarixli 3-33-3300/012/005607 nömrəli raportdan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********2529, **********2575, **********2586, **********22544 sorğu nömrəli gömrük bəyannamələri ilə buraxılış ili 2016-cı il “WMA56SZZ9HP080874” “WG0THPS**********” “WG0THPS430026242” “WG0THPS**********” şassı nömrəli, 2 ədəd “MAN” və 2 ədəd “GOLDHOFER” markalı yük nəqliyyat vasitələri xx.xx.2024-cü il tarixədək müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin yük nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti idxal müddətinin başa çatmasına baxmayaraq Şəxs MMC tərəfindən yük nəqliyyat vasitəsi geri qaytarılmamışvə ya digər gömrük prosedurları altında rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130.1-ci maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.1 və 3.2-ci maddələrinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Bu müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına bir ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 aya qədər uzadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********2529, **********2575, **********2586, **********22544 sorğu nömrəli gömrük bəyannamələri ilə buraxılış ili 2016-cı il “WMA56SZZ9HP080874” “WG0THPS**********” “WG0THPS430026242” “WG0THPS**********” şassı nömrəli, 1 ədəd “MAN” və 3 ədəd “GOLDHOFER” markalı yük nəqliyyat vasitələri xx.xx.2024-cü il tarixədək müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin yük nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti idxal müddətinin başa çatmasına baxmayaraq, Şəxs MMC tərəfindən yük nəqliyyat vasitəsi geri qaytarılmamışvə ya digər gömrük prosedurları altında rəsmiləşdirilməmişdir. Bununla da nəzərdə tutulmuş malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini bir ildən artıq müddətə gecikdirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxsnə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın obyekti olan 104000 (yüz dörd min) ABŞ dolları valyuta vəsaiti məbləğinin 50 faizi miqdarında, yəni 52000 (əlli iki min) ABŞ dolları məbləğində inzibati cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarda, onun surəti təqdim edildiyi gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(5-98)-172/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-172/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver