Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-1738/2026 16.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, X2 Nəsimi rayon X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi ilə avtomobil ilə hərəkət edərkən Nəsimi rayon DYPŞ Yol patrul xidməti inspektoru tərəfindən saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinin tələblərini pozduğu bildirilərək barəsində inzibati tənbeh vermə haqqında TP7869461 nömrəli qərar qəbul edilmişdir. Bildirir ki, o, mövcud hadisə ilə bağlı izahatının inzibati xəta haqqında protokola əlavə edilməsini tələb etsə də, polis əməkdaşı protokolu tərtib etməyərək və ona təqdim etməyərək birbaşa inzibati tənbeh vermə haqqında qərar tərtib edərək sadəcə həmin qərarı ona təqdim etmişdir. Bununla da İXM-in 124.4-1-ci maddəsinin tələbi pozularaq protokolun surəti ona təqdim olunmamışdır. Bundan əlavə inzibati tənbeh vermə haqqında qərar düzgün tərtib edilməmiş, natamam şəkildə tərtib edilmişdir. Belə ki, qərarın müəyyən edildi hissəsində İXM-in 329.3-cü maddəsinin tələbinin hansı formada pozulması, yəni qərarda qeyd olunduğu kimi işə baxılarkən hansı halların müəyyən edildiyi qeyd olunmamışdır. İXM-in 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar göstərilməlidir. Bundan başqa törədilməsi iddia edilən hadisə ilə bağlı faktı təsdiq edən hər hansı sübut (aidiyyəti foto, video material) mövcud deyildir. Belə ki, barəsində tərtib edilmiş cərimə qərarı barədə məlumatlar “ASAN ödəniş" informasiya sisteminə yüklənilsə də, lakin orada faktla bağlı sübutlar (faktı təsdiq edən aidiyyəti foto və video material) yoxdur. Həmin sistemə yüklənilmiş məlumatları (xüsusilə də sübutların olmamasını) qoşma şəklində şikayətə əlavə etmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraat aparılarkən qanunvericiliyin tələblərinə riayət edilmədiyindən və inzibatı xəta tərkibinin mövcudluğu sübut edilmədiyindən İXM-in 134.1.3, 135.1.5-1-ci maddələrinə əsasən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi bildiriş göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X3 xx.xx.2026-cı il tarixdə saat 21:36-da idarə etdiyi “X6” markalı, 90CK897 dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 30 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X1 rayon DYPŞ-nin xx.xx.2026-cı il tarixli qərarı ilə xx.xx.2026-cı il tarixdə saat 21:36-da idarə etdiyi “X6” markalı, 90CK897 dövlət qeydiyyat nişanlı avtomobillə işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi üzrə 30 manat məbləğində cərimə edilmişdir. X3 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu iddia edərək qərarın qanuniliyini mübahisələndirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb olur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X3 barəsində Nəsimi rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Nəsimi rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(5-98)-1738/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-1738/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver