Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-2002/2026 12.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, “X11” MMC-də maliyyə məsələləri üzrə direktor işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-4177/2024 saylı icra sənədi üzrə tələb Şəxs tərəfindən icra edilməmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X8 izahat verərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixində verilmiş xx.xx.2024-cü il tarixli, 2(103)-4177/2024 saylı icra sənədinə əsasən iddiaçı X1 məxsus cehiz əşyaların, əşyalar olmadıqda isə onların dəyərini təşkil edən 83522,69 (səksən üç min beş yüz iyirmi iki manat, altmış doqquz qəpik) manat pulun cavabdeh Şəxs alınaraq iddiaçı X1 verilməsi qərara alınmışdır. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən icra edilməmişdir. Borclunun əmlakları üzərinə həbs qoyulmuş, borc eyni zamanda onun əmək haqqına da yönəldilmişdir. Bundan başqa borclu tərəfindən şifahi şəkildə borcun əvəzi olaraq 02 ədəd torpaq sahəsi, 01 ədəd avtomobil, 10000 manat məbləğində pul və əmək haqqından tutulma təklif edilsə də, tələbkarın nümayəndəsi tərəfindən bu təklif qəbul edilməmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4177/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsində qeyd olunan əşyaları tələbkara qaytarmaq mümkün olmamışdır. Belə ki, həmin əşyaların olduğu ev Şəxs tərəfindən satıldıqdan sonra evin yeni sahibi olan X4 ilə aralarında həmin əşyaların qaytarılmasına dair əvvəlcədən razılıq olsa da, sonradan həmin əşyalar sonuncu tərəfindən qaytarılmamışdır. Alqı-satqı müqaviləsində də əşyaların İlqar Nəcəfova satıldığı qeyd edilməmişdir. Buna görə də, Şəxs İlqar Nəcəfova qarşı mülki iddia qaldırmış, lakin Pirallahı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən mübahisəli əmlaklar (əşyalar) X1 aid olduğundan Şəxs əmlakların qaytarılması tələbi ilə müraciət etmək hüququnun olmaması əsası ilə iddiası rədd edilmiş və qeyd olunan qətnamə Ali Məhkəməyə qədər qüvvədə qalmışdır. Hazırda borclu borcun əvəzi olaraq 02 ədəd torpaq sahəsini, 01 ədəd avtomobili, 10000 manat məbləğində pulu və hər ay əmək haqqından 500 manat məbləğində pul tutulmasını təklif edir. Göründüyü kimi borclu icra sənədinin icrasından yayınmır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkilinin dedikləri ilə razı olduğunu bildirərək barəsində olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4177/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçıya məxsus böyük bakal - 14 ədəd - 875 manat, boşqab 3 ölçüdə - 36 ədəd, boşqab 3 ölçüdə - 48 ədəd, qaşıq -12 ədəd, stəkan - 10 ədəd - 1250 manat, şam qabı (qızılı zərli) - 2 ədəd - 500 manat, saat (qara) - 1 ədəd - 600 manat, süfrələr - 3 ədəd, vaza güllü (Versace) - 2 ədəd - 2500 manat, buludlar (Versace) - 3 ədəd - 1900 manat, kül qabı (Versace) - 2 ədəd - 1800 manat, vaza qara (Versace) - 1 ədəd - 800 manat olan cehiz əşyaları alınaraq iddiaçı X2 verilməlidir. Ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun 40 (qırx) manatı cavabdehdən alınaraq iddiaçıya verilməli, qalan 35 (otuz beş) manat iddiaçıya aid edilməli, iddiaçıya məxsus 1 ədəd dəyəri 400 manat olan İtaliya istehsalı, Funditar 31 markalı kombi, 1 ədəd dəyəri 450 manat olan Yaponiya istehsalı, BTU, Mitsubishi markalı kondisioner, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, 1 ədəd dəyəri 200 manat olan Yaponiya istehsalı, Sony markalı musiqi mərkəzi, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, 2 ədəd hər birinin dəyiri 500 manat, cəmi dəyəri 1000 manat olan İtaliya istehsalı Ariston markalı soyuducu, 1 ədəd dəyəri 350 manat olan İtaliya istehsalı qaz peçi (PHQ4İMSTVGH), 1 ədəd dəyəri 200 manat olan aspirator (HKQVQK/HA), 1 ədəd dəyəri 850 manat olan Yaponiya istehsalı kondisioner (BTU), 1 ədəd dəyəri 300 manat olan İtaliya istehsalı qabyuyayn maşın (LFT-M-28), 1 ədəd dəyəri 100 manat olan İtaliya istehsalı mikrodalğalı soba (SMV242XA), 1 ədəd dəyəri 350 manat olan İtaliya istehsalı soba (duxovka), 1 ədəd dəyəri 100 manat olan Türkiyə istehsalı ütüaltı, 1 ədəd ğəyəri 60 manat olan İtaliya istehsalı, National markalı ətçəkən maşın, 1 ədəd dəyəri 400 manat olan Yaponiya istehsalı, Mitsubishi markalı kondisioner, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, həmin əşyalar olmadıqıda onların dəyərini təşkil edən 5600 (beş min altı yüz) manat pul cavabdeh Şəxs alınıb iddiaçı X1 verilməlidir. Həmçinin 1 ədəd Rusiya istehsalı soyuducu - 228,57 manat dəyərində, 1 ədəd Türkiyə istehsalı qaz peçi - 200 manat dəyərində, 1 ədəd Türkiyə istehsalı cam balkon - 685,71 manat dəyərində, 1 ədəd İtaliya istehsalı kamot – 3.428,57 manat dəyərində, 1 ədəd televizor altı – 2.285,71 manat dəyərində, 1 ədəd İtaliya istehsalı stol (masa) – 6.600 manat dəyərində, 6 ədəd stul və 2 ədəd stul kreslo – 4.200 manat dəyərində, 3 ədəd İtaliya istehsalı divan - 8.000 manat dəyərində, 1 ədəd İtaliya istehsalı kreslo- 2.671,43 manat dəyərində, 1 ədəd İtaliya istehsalı jurnal masası – 1.142,86 manat dəyərində, 2 ədəd İtaliya istehsalı tumboçka 132,00 manat dəyərində, 1 ədəd vitrin-kamot - 3.428,57 manat dəyərində, 1 ədəd Kofeyni istehsalı yan jurnal – 1.142,86 manat dəyərində, İtaliya istehsalı pərdələr – 3.714,29 manat dəyərində, 3 ədəd İtaliya istehsalı plafonlar qızılı - 400 manat dəyərində, 1 ədəd İtaliya istehsalı çil-çıraq – 12.571,43 manat dəyərində, 1 ədəd torşer 2.457,14 manat dəyərində, 1 ədəd Honkonq istehsalı – 1.428,57 manat dəyərində, İtaliya istehsalı jurnal üçün tumboçka - 771,43 manat dəyərində, İtaliya istehsalı pərdə - 1.257,14 manat dəyərində, Çin istehsalı stol (masa) - 428,57 manat dəyərində, 6 ədəd Çin istehsalı stul - 857,14 manat dəyərində, 1 ədəd İtaliya istehsalı təkərli araba - 1.057,14 manat dəyərində, pərdələr - 857,14 manat dəyərində, İtaliya istehsalı smistitel+moyka - 440 manat dəyərində, İtaliya istehsalı şifoner - 1.428,57 manat dəyərində, İtaliya istehsalı çarpayı – 2.000 manat dəyərində, İtaliya istehsalı ataman - 857,14 manat dəyərində, 2 ədəd İtaliya istehsalı tumboçka - 942,86 manat dəyərində, 1 ədəd İtaliya istehsalı turmo – 1.428,57 manat dəyərində, İtaliya istehsalı pərdə - 1.028,57 manat dəyərində, İtaliya istehsalı aksessuarlar - 457,14 manat dəyərində, İtaliya istehsalı tərəzi - 102,86 manat dəyərində, İtaliya istehsalı çilçıraq – 3.142,86 manat dəyərində, İtaliya istehsalı veşilka - 200 manat dəyərində, mebel - 4.285,71 manat dəyərində, yazı masası - 371,43 manat dəyərində, ataman 1.171,43 manat dəyərində, paltarlar, blok şkaf – 1.200,00 manat dəyərində, 1 ədəd İtaliya istehsalı çilçıraq - 542,86 manat dəyərində, Türkiyə istehsalı mebel şkaf – 1.428,57 manat dəyərində, aksessuarlar - 857,14 manat dəyərində, güzgü Türkiyə - 257,14 manat dəyərində, 1 ədəd İtaliya istehsalı paltar yuyan maşın - 62,86 manat dəyərində, 1 ədəd kamera UK – 1.028,57 manat dəyərində, tumbo - 342,86 manat dəyərində, Çin istehsalı çarpayı - 428,57 manat dəyərində, Çin istehsalı kamot - 191,43 manat dəyərində, Çin istehsalı masa - 125,71 manat dəyərində, Çin istehsalı stul - 44,57 manat dəyərində, Çin istehsalı çilçıraq - 94,86 manat dəyərində, Çin istehsalı pərdələr - 485,71 manat dəyərində, 1 ədəd Çin istehsalı azyaşlı uşaq çarpayısı - 628,57 manat dəyərində əşyalar, əşyalar olmadıqda isə onların dəyərini təşkil edən 83522,69 (səksən üç min beş yüz iyirmi iki manat, altmış doqquz qəpik) manat pul çavabdeh Şəxs alınaraq iddiaçı X1 verilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 4177/2024 saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün bildirişlə birlikdə həmin tarixdə borclu Şəxs təqdim edilmişdir. “Borclunun əmlakının üzərinə həbs qoyulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs məxsus İsmayıllı rayon, Tircan kəndi ünvanında yerləşən (190700053 qeydiyyat nömrəli, **********83 reyestr nömrəli və ********* qeydiyyat nömrəli, **********95 reyestr nömrəli) mənzil üzərinə həbs qoyulmuşdur. “Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024-010 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs mülkiyyətində olan “FİAT 500 ABARTH” minik markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. Borclunun gəlirindən tutulma ilə bağlı “X11” MMC-yə ünvanlanmış xx.xx.2026-cı il tarixli müraciətdən görünür ki, icra sənədinin icrası ilə bağlı hər ay borclunun gəlirinin 50%nin tutulması tələb olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-3093/2025 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun vəkilinin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4177/2024 saylı icra sənədinin icrasını təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(5-98)-2002/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-2002/2026
12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver