Məhkəmə qərarları › İş №3(5-98)-2107/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(5-98)-2107/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-98)-2107/2026 13.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının, X1 ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs, xx.xx.2026-cı il tarixdə vətəndaş X3 məxsus “Eva Studio” gözəllik salonunun giriş hissəsinin pilləkənlərinin üzərində olan mühərrici gizli olaraq talamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati protokol tərtib olunmuşdur. Şəxs, xx.xx.2026-cı il tarixdə Mövlan Babaşlıya məxsus mobil telefonu danışmaq adı ilə almaqla geri qaytarmamış və bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(5-98)-2106/2026 və 3(5-98)-2107/2026 saylı inzibati işlər bir icraatda birləşdirilməli və bir icraatda birləşdirilmiş işə 3(5-98)-2106/2026 saylı nömrə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2ci maddəsini rəhbər tutaraq qərara aldı: 3(5-98)-2106/2026 və 3(5-98)-2107/2026 saylı inzibati işlər bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş işə 3(5-98)-2106/2026 saylı nömrə verilsin. Hakim Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar