Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-98)-2122/2026 22.03.2026 BAKI ŞƏHƏRI NƏSIMI RAYON MƏHKƏMƏSI Hakim İsmayılova Səbinə Vüqar qızının sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin sahə rəisi İskəndərov Anar Həsənağa oğlu, Zərərçəkmiş Zərərçəkmiş şəxs və Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirаkları ilə, ##.##.1989-cu il tarixdə, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs S.Vurğun küçəsi və Ş.Əzizbəyov küçəsinin kəsişməsində olan “Rahat” marketdən 400 manat dəyərində yağ oğurlamaqla xırda talama əməlini törətmişdir. Bununla bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin sahə rəisi Anar İsgəndərov tərəfindən ## #### 2026-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin sahə rəisi Anar İskəndərov qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə “Rahat” marketə daxil olaraq dəyəri 400 manat olan yağ oğurlamış, xırda talama əməlini törətmişdir. Hazırda zərər çəkmiş şəxsə vurulmuş ziyan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ödənilmişdir. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraatla bağlı yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilərək, hadisə vaxtı sərxoş vəziyyətdə olduğunu, törətdiyi əməlinin fərqində olmadığını, hazırda zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəyərək, barışıq əldə etdiyini bildirmiş, əməlindən səmimi peşman olduğunu qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında qeyd etmişdir ki, hadisənin baş verdiyi Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi və Ş.Əzizbəyov küçələrinin kəsişməsində yerləşən “Rahat” marketin müdiri vəzifəsində işləyir. Həmçinin qeyd etmişdir ki, hadisə nəticəsində vurulmuş ziyan ödənilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı şikayəti və tələbi yoxdur, iş üzrə aralarında barışıq əldə olunmuşdur. İş materiallarında olan: ## #### 2026-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, əməli törətmiş şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti xidmət sahəsinə həvalə edilməsindən ötrü qərarın surətinin Nəsimi RPİ-nin 21-ci PB-nin rəhbərliyinə təqdim edilməsi qərara alınmışdır. ##.##.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-ci il tarixdə, saat 18:00da inzibati qaydada tutulmuş, ##.##.2026-cı il tarixdə, saat 12:40-da azad edilmişdir. Həmçinin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı yazıb təqdim etdiyi ərizəsindən görünür ki, inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışdığını, dəymiş ziyanın tamamilə ödənilməsini, həmin şəxsə dair heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə edildiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İş materillarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən və izahatlardan göründüyü kimi, ziyan ödənilmiş, barəsində protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxs ilə barışdığından və ona vurulmuş ziyanı tamamilə ödədiyindən, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, o, inzibati məsuliyyətdən azad edilməli və ##.##.2026-cı il, saat 12:40-dan azad edildiyi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il, saat 12:40-dan azad edildiyi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Səbinə İsmayılova
Məhkəmə qərarları › İş №3(5-98)-2122/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-2122/2026
22.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver