Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-98)-2123/2026 22.03.2026 BAKI ŞƏHƏRI NƏSIMI RAYON MƏHKƏMƏSI Hakim İsmayılova Səbinə Vüqar qızının qızının sədrliyi, məhkəmə iclas katibi Mehdiyeva Gülarə Sahib qızının katibliyi, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin sahə inspektoru, R Babayev Həmzə İlham oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə ##.##.1993-cü il tarixdə Sabirabad rayonu, Azadkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, Sabirabad rayonu Azadkənd kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin sahə inspektoru Babayev Həmzə İlham oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## #### 2026-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis şöbəsinin polis sahə inspektoru, R Babayev Həmzə İlham izahatında göstərmişdir ki, Nəsimi RPİ-nin PPX-nin əməkdaşları ##.##.2026-cı il tarixində gecə saatlarında əməliyyat qrupuna kömək lazım olduğu çağırış üzrə ünvana getmiş, bu zaman bir nəfər şəxsin nalayiq ifadələrlə ətrafdakıları təhqir etdiyini, ictimadi qaydanı pozduğunu görmüşlər. Bu şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olmuşdur. Polis əməkdaşları şəxsi ictimai asayışı pozmamağa dəvət etsələr də şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra polis əməkdaşları şəxsi polis şöbəsinə dəvət etmiş, lakin şəxs əməkdaşlara müqavimət göstərmişdir. Şəxsin müqavimətini əks etdirən videogörüntü də var. Həmin görüntüdən də aydın olur ki, şəxs xidməti avtomobilin içində olarkən avtomobilə vurduğu zərbələrdən avtomobil kənardan silkələnir. Bundan əlavə, şəxsin törətdiyi qanunazidd əməllərə şahid olan polis əməkdaşlarının ifadələri də məhkəməyə təqdim edilmişdir. Hesab edir ki, şəxsin istinad edilən inzibati xətaları törətməsinə dair yetərli sübut var. Odur ki, məhkəmədən şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilərək qeyd etdi ki, həmin gün içkili vəziyyətdə olmuş, nə dediyini, nə etdiyini bilməmişdir. Videodakı özüdür. Lakin nə etdiyini tam xatırlamır. Ayılandan sonra etdiyi hərəkətlərə görə polis əməkdaşlarından üzr də istəmişdir. Əməlindən çox peşmandır. İki uşağı var, ailəsinə özü baxır. Odur ki, məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri X2 ifadəsində bildirdi ki, onlar efir vasitəsilə çağırış üzrə hadisə yerinə getmişlər. Ünvanda olduqları zaman vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimadi qaydanı pozduğunu, ətrafdakıları nalayiq ifadələrlə təhqir etdiyini görmüşlər. Bundan sonra vətəndaşa özlərini təqdim edərək, qanunsuz əməllərinə son qoymasını tələb etmişlər, lakin vətəndaş əməllərinə davam etmiş, bu dəfə polis əməkdaşlarını təhqir etməyə başlamışdır. Sonrasında o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq, onlara müqavimət göstərmiş, xidməti avtomobilə zərbələr endirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri X3 ifadəsində bildirdi ki, efir vasitəsilə hadisə yerinə çağırılmışlar. Hadisə yerinə çatan vaxt vətəndaşın yüksək səslə nalayiq ifadələr işlətdiyini görmüşlər. Ona özlərini təqdim etdikdən sonra vətəndaş da öz adını demişdir. Lakin onun sərxoş vəziyyətdə olub-olmadığını müəyyən etməmişlər. Hər bir halda vətəndaşdan qanunsuz əməlinə son qoyulmasını tələb etdikdən sonra bu dəfə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlamış, sonda müqavimət göstərdiyinə görə fiziki güc tətbiq edərək onu polis bölməsinə aparmışlar. Vətəndaş xidməti avtomobildə olarkən də müqavimətini davam etdirmiş, avtomobili yumruqlamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ## #### 2026-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. ##.##.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə, saat 02:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan video görüntünün olduğu CD-dən görünür ki, polisin xidməti avtomobili silkələnir və avtomobilin içərindən qeyri-müəyyən qışqırıq səsləri gəlir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsi və xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, şahid ifadələri, təqdim edilmiş video görüntü kimi sübutlarla təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs də izahatında baş verən hadisələri xatırlamadığını qeyd etsə də video görüntüdəki şəxsin özü olduğunu qəbul etmiş, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibinin olub-olamasının müəyyən edilməsi üçün sonuncu tərəfindən törədilməsi istinad edilən inzibati xətaları ayrı-ayrılıqda qiymətləndirmək qənaətinə gəlir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-in 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yönələn tələbin qanuni olub-olmamasına münasibətdə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai yerdə nalayiq ifadələr işlətdiyindən, nizamsız və aqressiv davranışlar nümayiş etdirdiyindən polis əməkdaşları ona yaxınlaşmış və sonuncunu ictimai qaydanın bərpası məqsədilə nizam-intizama dəvət etmişdirlər. Odur ki, polis əməkdaşlarının tələbi qanuni olmuşdur. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs buna məhəl qoymayaraq analoji hərəkətlərini davam etdirmişdir. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə İXM-in 510.1-ci maddəsi ilə məsuliyyət yaranmasının əsaslarına dair qeyd etməyi zəruri hesab edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın tərkibi ictimai qaydanın pozulmasında ifadə olunur. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Hazırkı iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək, yəni əvvəl yüksək səslə qışqıraraq, nalayiq ifadələr işlədərək nizamsız və aqressiv davranışlar nümayiş etdirmək, daha sonra yaxınlaşan polis əməkdaşları ilə mübahisə edərək nalayiq ifadələrini davam etdirməklə ictimai qaydanı pozmuş, bununla da İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bundan əlavə, Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göründüyü kimi, şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi inzibati xətalardan AR İXM-in 535.1-ci maddəsi daha ciddi sanksiyanı nəzərdə tutmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR İXM-in 33-cü maddədində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Onun törətdiyi əməllərdən səmimi peşman olması isə İXM-in 32.1.1-ci maddəsinə əsasən, məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 gün inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbsetmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan yəni, ## #### 2026-ci il tarixdən, saat 02:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli ## #### 2026-cı il tarixdən, saat 02:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə İsmayılova
Məhkəmə qərarları › İş №3(5-98)-2123/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-2123/2026
22.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver