Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-217/2026 25.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Mərkəzi Bankının 20 noyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X4 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mərkəzi Bankının 20 noyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən şikayətçi barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi üzrə 06 noyabr 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolda qeyd olunmuşdur ki, S.Abdullayev 25782.79 ABŞ dolları məbləğində vəsaiti 09 sentyabr 2022-ci il tarixdə xaricə köçürmüşdür və 2 il müddət keçsə də, 25782.79 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xətanın 10 sentyabr 2024-cü il tarixdə törədilyi göstərilmişdir.Daha sonra 20 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən EP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə inzibati xətanın bilavasitə obyekti olmuş 25782.79 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 2,578.28 ABŞ dolları məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi hesab edir ki, qərar tamamilə əsassızdır və ləğv edilməlidir. Belə ki, **********3291 saylı gömrük bəyannaməsinə görə verilən sorğuya əsasən "xxxx" QSC-də olan bank hesabından 34,900.99 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı köçürülmə aparılmış, YGB tam bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə sanksiya nəzərdə tutulur.Maddi hüquq normasının sankiya hissəsi yalnız o halda tətbiq olunur ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində mallar idxal edilməsin, yaxud iş və xidmətlər göstərilməsin və bu zaman həmin vəsait xaricdən qaytarılmasın.**********3291 saylı gömrük bəyannaməsinə görə verilən sorğuya əsasən "xxxx" QSC-dəki bank hesabından 34,900.99 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı köçürülmə aparılmış, YGB tam bağlanmışdır.Belə olduğu təqdirdə isə, qanunvericiliyin və xüsusi olaraq Azərbaycan Respublikası Mərkəzi X8 25 iyun 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qavdalarf’nm 4.3.1.3-cü bəndinin tələbinə əsasən, “Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır.Yuxarıda adı qeyd edilmiş Qaydanın müvafiq bəndindən aydın olur ki,avans şəklində ödəniş edildikdə və həmin ödənişin dəyəri 10.000 ABŞ dolları ekvalentindən çox olduqda, ya idxalı təsdiq edən gömrük bəyannaməsi, yaxud xidmətlərin göstərilməsini təsdiq edən digər sənəd banka təqdim edilməlidir. Həmin sənədlər iki il müddətində köçürülmənin aparıldığı Banka təqdim edilmədiyi təqdirdə, müvafiq bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir.Yəni, aydın olur ki, köçürülmənin aparıldığı bank ödəniş əməliyyatına dair bütün sənədləri yalnız o zaman Azərbaycan Respublikası Mərkəzinin Bankına təqdim edə bilər ki, avans şəklində ödəniş etmiş şəxs iki il ərzində banka gömrük bəyannaməsini, yaxud müvafiq sənədi təqdim etməsin.Şikayətçi qeyd edir ki, onun tərəfindən isə 09 sentyabr 2022-ci il tarixində əvvəlcədən avans şəklində aparılmış köçürülmə ilə əlaqədar bütün sənədlər, onunla digər şirkət arasında bağlanılmış müqavilə və s., habelə malın ölkəyə daxil olmasını təsdiq edən sənədlərin hamısı təqdim edilmişdir. Mərkəzi Bankın iddiasının əksinə olaraq mal ölkəyə idxal olunmuş, gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir.Müvafiq sənəd - Gömrük Bəyannaməsi "xxxx" QSC-yə təqdim etmişdir. Bununla əlaqədar sübut tərəfimizdən Hazırkı şikayətə qoşma qismində Məhkəməyə təqdim edilir. Beləliklə aydn olur ki, "xxxx" QSC öz işində xətaya yol vermiş, avans köçürməsiylə bağlı gömrük bəyannaməsinin tərəfimdən onlara təqdim olunduğunu nəzərə almamış, köçürülmənin aparıldığı tarixdən iki il keçdikdən sonra isə köçürülmə ilə bağlı bütün sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankna təqdim etmişdir. Beləliklə, Azərbaycan Respublikasının Mərkəzi Bankı işə hərtərəfli, tam və obyektiv baxmamış, ətraflı araşdırma aparmamışdır. Nəticədə mənim, yəni X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə inzibati xətanın bilavasitə obyekti olmuş 258782.79 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 2,578.28 ABŞ dolları məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir.Mənim Azərbaycan Respublikası Mərkəzi Bankının “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli qərarından, tətbiq olunan inzibati cərimədən yalnız icra mərhələsində məlumatım olmuşdur. Belə ki, Sabunçu rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən məlumat verilmiş, yalnız həmin vaxt inzibati tənbeh növündə cərimələndiyimə dair məlumat əldə etmişəm.Daha sonra bu barədə qərarı əldə etmişəm. Həmin qərardan Bakı şəhəri Sabunçu rayon məhkəməsinə şikayət etmişəm.Məhkəmədən heç bir məlumat gəlmədiyi üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə yaxınlaşıb, xx.xx.2025-ci il tarixdə həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadını almışam.Məhkəmənin qeyd olunan qərardadını əldə etdikdən sonra hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrılıqda şikayət yazmışam. Nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən aparılmış inzibati icraatla bağlı mənim heç bir məlumatım olmamışdır. Əgər məlumatım olsa idi, iştirak edər sübutları təqdim edərdim. Hansı ki məndə mövcud olan, lakin "xxxx" QSC tərəfindən xətaya yol verilərək Mərkəzi Banka təqdim edilməyən sənədə görə cərimə olunmuşam. Habelə, 06 noyabr 2024-cii il tarixli inzibati xəta haqqında EP seriyalı, ******* nömrəli protokol da öz növbəsində qanunvericiliyin tələblərinə zidd qəbul tərtib edilmişdir. Hansı ki, protokolun tərtib edilməsi və sair mərhələləri ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələbləri ciddi şəkildə pozulmuşdur.Belə ki, İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, “İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər”.Həmin Məcəllənin 100.4-cü maddəsinə müvafiq olaraq, “Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır.X6 Məcəlləsinin 430.4-cü maddəsinə əsasən,"Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.Azərbaycan Respublikası Mərkəzi X8 25 iyun 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4,3.1.3-cü bəndinin tələbinə əsasən, “Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır”. "xxxx" QSC hansı əsasla, iki il sonra bəyannamənin təqdim edilmədiyi qənaətinə gələrək köçürülmə ödənişi ilə bağlı sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi məlum deyildir. Habelə öz növbəsində Mərkəzi Bank araşdırmasını ətraflı aparmamış və ədalətsiz qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının 20 noyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi zhiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 Əsəd oğlu şikayətin məzmununa uyöun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə2 “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən X4 barəsində xx.xx.2022-ci il tarixli 25.782,29 ABŞ dolları məbləğində bəyan olunmayan vəsait üzrə xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli qərar qəbul edilmişdir. Tərəfin məhkəməyə təqdim etdiyi 08 may 2025-ci il tarixli məktub və məktubda göstərilən bəyannamələr həmin avans ödənişi müqabilində malların məhz bu ödəniş hesabına idxal edildiyini təsdiq etmir. Eyni zamanda, avans ödənişi cari tarixədək açıq statusda qalmaqdadır. Beləliklə, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının 20 noyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25.782,79 ABŞ dolları məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, X4 25.782,79 ABŞ dolları məbləğində vəsaiti 09 sentyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 25.782,79 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 10 sentyabr 2024-cü il tarixdə törədilmişdir. İş materiallarında olan köçürmə sənədinə əsasən X4 tərəfindən Türkiyədə yerləşən “Birleşik Tem.Malz.İml.San iç ve dış Tic LTD” şirkətinin hesabına xx.xx.2022-ci il tarixli müqavilə üzrə həmin tarixdə 25.782,79 ABŞ dolları məbləğində pul göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmadıqda inzibati məsuliyyət yaranır. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda baş verir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 tərəfindən müvafiq malların alınması üçün 09 sentyabr 2022-ci il tarixdə 25.782,79 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş edilmiş, lakin 2 il müddət keçsə də 25.782,79 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Şikayətçi öz şikayətində "xxxx" QSC tərəfindən xətaya yol verildiyini, Mərkəzi Banka təqdim edilməyən sənədə görə cərimə olunduğunu qeyd etsə də, onun məhkəməyə təqdim etdiyi 08 may 2025-ci il tarixli məktub və məktubda göstərilən bəyannamələr həmin avans ödənişi müqabilində malların məhz bu ödəniş hesabına idxal edildiyini təsdiq etmir. Eyni zamanda, avans ödənişi cari tarixədək açıq statusda qalmaqdadır. Beləliklə məhkəmə hesab edir ki, şikayətçinin öz müdafiəsi üçün gətirdiyi dəlillər Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın tələblərinə əməl edilməməsinə səbəb ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, X4 düzgün olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 20 noyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermək haqqında qərarla cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 20 noyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(5-98)-217/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-217/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver