Məhkəmə qərarları › İş №3(5-98)-227/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-227/2026

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-227/2026 12.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4659/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı X4 ilə cavabdeh Şəxs arasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 53 nömrəli Notariat Kontorunda xx.xx.2022-ci il tarixdə bağlanılmış Kredit müqaviləsi üzrə cavabdeh Şəxs tərəfindən ödənilməmiş 8.000 (sakkiz min) manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilən 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq iddiaçı X1 ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1570/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 4115 manat və 100 manat dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq tələbkar X10 xeyrinə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2478/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs maddi zərərə görə 29.000 (iyirmi doqquz min) manat məbləğində pul tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. Borclu Şəxs tərəfindən tələbkarların xeyrinə ödənilməli olan ödənişləri ödəməmiş və icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında icra məmuru X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4659/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı X4 ilə cavabdeh Şəxs arasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 53 nömrəli Notariat Kontorunda xx.xx.2022-ci il tarixdə bağlanılmış Kredit müqaviləsi üzrə cavabdeh Şəxs tərəfindən ödənilməmiş 8.000 (sakkiz min) manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilən 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq iddiaçı X1 ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1570/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 4115 manat və 100 manat dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq tələbkar X10 xeyrinə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2478/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs maddi zərərə görə 29.000 (iyirmi doqquz min) manat məbləğində pul tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4659/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 53 nömrəli Notariat Kontorunun xx.xx.2022-ci il tarixli icra qeydi xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2478/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi xx.xx.2025-ci il tarixdə daxil olmuş və həmin tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya göndərilmişdir. Borclu icra sənədləri üzrə tələbi təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırdığı üçün xx.xx.2023-cü il tarixdə barəsində məcburi gətirmə haqqında qərar qəbul edilmişdir. Lakin icra sənədləri üzrə tələb təmin edilməmişdir. Belə ki, borclu tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2478/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 26 sentyabr 2025-ci il tarixdə 250 manat, 30 sentyabr 2025-ci il tarixdə 250 manat, 31 oktyabr 2025-ci il tarixdə 500 manat, 08 dekabr 2025-ci il tarixdə 500 manat ödəniş etmiş, lakin qalan məbləğləri ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X8 izahatında bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2478/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs maddi zərərə görə 29.000 (iyirmi doqquz min) manat məbləğində pul tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. Hazırda borclu ilə aralarında olan razılaşmaya əsasən borclu hər ay ona olan borcundan 500 manat ödəyəcəyinə söz vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-201/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 09 ay müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 6 aydır ki, cəzasını şəkib bitirmişdir. Bundan başqa, tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2478/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 26 sentyabr 2025-ci il tarixdə 250 manat, 30 sentyabr 2025-ci il tarixdə 250 manat, 31 oktyabr 2025-ci il tarixdə 500 manat, 08 dekabr 2025-ci il tarixdə 500 manat ödəniş etmişdir. Eyni zamanda tələbkar X8 ilə aralarında olan razılaşmaya əsasən hər ay ona borcundan 500 manat ödəyəcəyinə söz verib. Qalan məbləğləri də hissə-hissə ödəyəcəkdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 4659/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı X4 ilə cavabdeh Şəxs arasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 53 nömrəli Notariat Kontorunda xx.xx.2022-ci il tarixdə bağlanılmış Kredit müqaviləsi üzrə cavabdeh Şəxs tərəfindən ödənilməmiş 8.000 (sakkiz min) manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilən 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq iddiaçı X1 ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1570/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 4115 manat və 100 manat dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq tələbkar X10 xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2478/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs maddi zərərə görə 29.000 (iyirmi doqquz min) manat məbləğində pul tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 02.02.23-cü il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-4659/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün bildirişlə birlikdə borclu Şəxs göndərilmiş və qeyd olunan qərar xx.xx.2025-ci il tarixində Şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 11.04.23-cü il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1570/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün bildirişlə birlikdə borclu Şəxs göndərilmiş və qeyd olunan qərar xx.xx.2025-ci il tarixində Şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 14.08.25-ci il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2478/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir və qeyd olunan qərar xx.xx.2025-ci il tarixində Şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan icra sənəndlərinin ümumi icraatda birləşdirilməsi haqqında 12.01.26-ci il tarixli qərara əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 4659/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1570/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2478/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi borclu Şəxs olduğundan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan borclunun məcburi gətirilməsi haqqında 28.03.23-cü il tarixli qərara əsasən ünvan 2 ünvanında yaşayan Şəxs məcburi qaydada Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-201/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 09 ay müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, borclu Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2478/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 26 sentyabr 2025-ci il tarixdə 250 manat, 30 sentyabr 2025-ci il tarixdə 250 manat, 31 oktyabr 2025-ci il tarixdə 500 manat, 08 dekabr 2025-ci il tarixdə 500 manat ödəmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati iş üzrə icraat aparılan Şəxs borcunun olmasını qəbul etməsi, onun ödənilməsindən boyun qaçırmadığı, qismən ödənişlər etdiyi, tələbkarla borcun hissə-hissə ödənilməsinə dair razılığa gəldiyi, beləliklə də icra sənədinin icrasından qərəzli olaraq yayınmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar