Məhkəmə qərarları › İş №3(5-98)-353/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-353/2026

30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-353/2026 30.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:50 radələrində idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə hərəkətdə olarkən Azadlıq prospektinin kəsişməsinə daxil olmuş və işıqforun yaşıl işığında hərəkətdə olan işıqforun “yanıb-sönən” sarı işığının tələbini pozaraq düzünə hərəkət edən zaman həmin küçə ilə hərəkətdə olan X3 idarə etdiyi “Mercedes CLS” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq onunla toqquşmuş və yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol naqliyyat hadisəsi nəticəsində “Mercedes CLS” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan X1 qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-7575/2025 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə taqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Buna baxmayaraq səlahiyyətli orqan eyni xəta ilə bağlı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-nə və zərər çəkmiş şəxsə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, işə baxılmasının təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi Ekspertiza və X2” X5 xx.xx.2025-ci il tarixli, 1588 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edərkən ona “sağ əlin və sol dizin əzilməsi” diaqnozu təyin edilmişdir. Qeyd olunan xəsarətlər küt yaranma müxanizminə malik olub, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün materialın Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyevin xx.xx.2025-ci il tarixli "İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması” haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədi ilə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-7575/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, inzibati xəta haqqında işə məhkəmə iclasında baxıldığı zaman müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:50 radələrində idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə hərəkətdə olarkən Azadlıq prospektinin kəsişməsinə daxil olmuş və işıqforun yaşıl işığında hərəkətdə olan işıqforun “yanıb-sönən” sarı işığının tələbini pozaraq düzünə hərəkət edən zaman həmin küçə ilə hərəkətdə olan X3 idarə etdiyi “Mercedes CLS” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq onunla toqquşmuş və yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol naqliyyat hadisəsi nəticəsində “Mercedes CLS” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan X1 qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri aldığına görə Nəsimi rayon prokurorluğu tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati iş üzrə icraat başlanılmış və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(006)-7575/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Eyni zamanda həmin fakt üzrə Nəsimi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aid eyni fakt üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 dekabr 2025-ci il tarixli, 3(006)-7575/2025 nömrəli qərarı ilə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.7-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aid eyni fakt üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 dekabr 2025-ci il tarixli, 3(006)-7575/2025 nömrəli qərarı ilə inzibati tənbeh tətbiq edildiyinə görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsinə dair hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar