Məhkəmə qərarları › İş №3(5-98)-383/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-383/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-383/2026 12.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət verən şəxs X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş 25 dekabr 2025-ci il tarixli, 3-17-5/1-M-78863/2025 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş 25 dekabr 2025-ci il tarixli, 3-17-5/1-M- 78863/2025 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tanxli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 469-1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. O, İnzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tanxli MN ******* nömrəli elektron qərardan şikayət vermişdir. Qərardan verilmiş şikayətə barəsində İnzibati tənbeh vermə haqqında elektron qərar onun iştirakı ilə baxılmışdır. İş materiallarında olan o, izahatında direktoru olduğu “1 GROUP" MMC-nin 2022-ci ildən etibarən fəaliyyətinin dayandırdığını və şirkətin fəaliyyət göstərmədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Omək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin gəldiyi qənətə görə Əmək və məşğulluq" altsistemindən əldə olunan məlumatlar əsasında müəyyən olunmuşdur ki, “1 GROUP" MMC ilə X6 arasında elektron qərar qəbul edilən tarixdə qüvvədə olan əmək müqaviləsi mövcud otmuşdur, işçinin bədbəxt hadisələr və peşə iəstəltklən nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması heyata keçirilməmişdir. Elektron qərar tərtib olunduqdan sonra xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən onun barəsində Azerbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin № 3-17-5/1-M-78863/2025 saylı 25 dekabr 2025-ci il tarixli qərarı ona rəsmi qaydada xx.xx.2026-cı ildə elektron poçt vasitəsilə göndərilmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin qərarında aşağıda qeyd etdiyi bütün sadalanan hallar nəzərə alınmamış, qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, o, izahatında bildirmişdir ki, direktoru olduğu “1 GROUP" MMC-nin 2022-ci ildən etibarən fəaliyyəti dayandırmışdır. Necə olur ki, “1 GROUP" MMC fəaliyyət göstərmədiyi halda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti onu İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 469-1-ci maddəsi ilə təqsirli bilinərək məbləğində İnzibati cərimə edilməsi anlaşılan deyil. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 469- 1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğindəi cərimə etmək qərarına gəldikdə ona rəsmi qayda hər hansı bir xəbardarlıq etməmiş, araşdırma zamanı iştirakını təmin etməmişdir. Qərarda qeyd olunur ki, işçi 2022-ci ildən faktiki işləmədiyi halda, onunla bağlanmış əmək müqaviləsinə yalnız xx.xx.2025-ci ildə xitam verilmişdir. X7 Xidməti bunu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinin pozuntusu kimi qiymətləndirərək cərimə tətbiq etmişdir. Lakin qeyd edilən dövrdə 2022-ci ildə: işçi fiziki olaraq ölkə ərazisində olmamışdır; əmək müqaviləsinə xitam yalnız, elektron sistem vasitəsilə mümkün idi; mövcud normativ və texniki imkanlar işçinin iştirakı olmadan xilam verilməsinə obyektiv şəkildə imkan vermirdi. Qərarın qanunsuzluğu: işəgötürənin təqsiri mövcud deyil, İnzibati məsuliyyətin tətbiqi üçün əsas şərtlərdən biri təqsirin olmasıdır. Lakin bu halda əmək müqaviləsinə vaxtında xitam verilməməsi işəgötürənin iradəsindən asılı olmamış, elektron sistemin və normativ mexanizmlərin yaratdığı obyektiv maneələrlə bağlı olmuşdur. Təqsir olmadığı halda inzibati məsuliyyətin tətbiqi qanunsuzdur. İnzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Əgər inzibati orqan pozuntunun 2022-ci ildən mövcud olduğunu iddia edirsə bu halda inzibati məsuliyyətə cəlbetmə müddəti bitmiş hesab edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi həmin qanun normasının tələblərinə əməl etmədən işə mənim iştirakı olmadan baxmaqla yekun qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti onun iştirakını təmin etsəydi inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüququnda istifadə edə bilərdi. Lakin bu hüquqları təmin olunmamışdır. Bundan əlavə İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolun tərtib olunmasının qaydası dəqiq göstərilmişdir və inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin protokolun məhz bu normanın tələblərinə uygun tərtib edilib-edilmədiyini yoxlayır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və s. Buda bir daha dəlalət edir ki, yuxarıda qeyd etdiyim bütün sadalanan halları nəzərə alınmamış, qanunsuz və əsassız qərar qəbul etmişdir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin (bundan sonra Xidmət) xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərarından İnzibati xəta tərkibi olmadığından rədd edilməli və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul ediməlidir.Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətin məzmununa uyğun çıxış edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş 25 dekabr 2025-ci il tarixli, 3-17-5/1-M-78863/2025 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında qərarı barəsində şikayət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X5 izahatında göstərdi ki, qərar qanuni və əsaslıdır. Şikayət tamamilə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. İnzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib məhkəmə hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 25 dekabr 2025-ci il tarixli, 3-17-5/1-M-78863/2025 nömrəli qərardan görünür ki, X8 oglu barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibatı tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil olmuş məlumat əsasında araşdırılma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddəyə edilmiş qeydə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 469-1-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 469-1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti X1 Azərbaycan Respublikası İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X4 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş 25 dekabr 2025-ci il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş 25 dekabr 2025-ci il tarixli, 3-17-5/1-M-78863/2025 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar