Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-426/2026 18.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndələri X18 və Nümayəndə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X7 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi üzrə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Balakən rayon prokurorunun 29 noyabr 2025-ci il tarixli qərarına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Qərara görə hüquqi şəxs "xxxx" MMC-yə məxsus Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən aptekdə satıcı işləyən X19 - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq həmin aptekdə satıcı işləyən X8 həmin vəzifənin icra edilməsi üçün onunla əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək X11 2023-cü ilin sentyabr ayından 2025-ci ilin noyabr ayınadək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən satıcı vəzifəsinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, məhkəməyə təqdim edilmiş sənədlər əsasında "xxxx" MMC-nin həqiqətən inzibati xəta törətməsi bəlli olmur, sənədlərdən X8 davamlı olaraq orada işə cəlb edilməsi faktı təsdiqini tapmamışdır. Belə ki, həmin müəssisənin işçiləri həmin şəxsi tanımamışdırlar. Ümumiyyətlə istənilən şəxsin aptekdə qısa müddətli olması həmin şəxsin orada işə cəlb edilməsi kimi anlaşılmamalıdır. Bu cür səthi yanaşma hüquqaziddir və inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Bir şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktı yalnız uzun müddətli müşahidələr əsasında müəyyənləşdirilə bilər. Apardıqları araşdırma onu göstərir ki, X17 həmin gün qısa müddətdə obyekt nəzarətsiz qalmasın deyə həmin obyektdə olub və hərhansı əmək funksiyası icra etməyib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci bəndinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Maddənin tələblərindən göründüyü kimi intizam məsuliyyətinə cəlb edilmək üçün müvafiq tərkib mövcud deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq "xxxx" MMC-nin əməli Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaratmadığı üçün barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 maddəsinə əsasən xitam verilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X25 bildirmişdir ki, X19 xx.xx.2021-ci il tarixdə bağladığı əmək müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus olan Balakən rayonu, R.Səmədov küçəsində yerləşən aptekdə satıcı işləyir. O, X11 şəxsən tanımır. Gülnar Əsgərova "xxxx" MMC-də heç vaxt işləməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X10 "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan X8 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, 2023-cü ilin 22 sentyabr tarixində "xxxx" MMC ilə əmək müqaviləsi bağlamışdır. Həmin əmək müqaviləsində işə başlama tarixi xx.xx.2023-cü il göstərilmişdir. Lakin o, 2023-cü ilin aprel ayından etibarən heç bir əmək müqaviləsi olmadan həmin aptekdə təcrübəçi kimi işləmişdir. Bundan əlavə onunla "xxxx" MMC-də işləmək üçün əmək müqaviləsi bağlanılmasına baxmayaraq "Dokta Avromed" aptekdə də işlədilmişdir. "Dokta Avromed" və "Zeytun" apteklər arasında nə kimi əlaqə olması ona məlum deyil. İşlədiyi dövrdə ona əmək haqqı kartı verilməmişdir. Maaşı əlbəəl olaraq aylıq 200 manat ödənilmişdir. "Esosial" proqram tətbiqində əmək müqaviləsi məlumatlarına daxil olduqda iş rejiminin 5 günlük, iş saatlarının isə 12:00-20:00 saat aralığı olduğu görünür. Lakin o, 6 günlük iş rejimi ilə 16:00-22:00 saat aralığında işləmişdir. Bu ərizəsində qeyd etdiyi digər əmək hüquqlarının pozulması faktı ilə bağlı hüquqi qiymət verilməsini xahiş etmişdir. xx.xx.2025ci il tarixdə Balakən RPŞ-nin adını xatırlamadığı əməkdaşları işlətdiyi Balakən rayonu, R.Səmədov küçəsində yerləşən "ANG" mağazasına gələrək barəsində şikayət olduğu və onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O. sonradan təklikdə yaxınlaşmaq istədiyini bildirdikdə onlarla getməyi üçün israr etmişlər. İş materiallarında olan X14 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, X17 xx.xx.2023-cü il tarixdə onunla bağladığı əmək müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdən Balakən rayonu, R.Səmədov küçəsində yerləşən "xxxx" MMC-də əczaçı-satıcı kimi işə başlamışdır. Həmin tarixdən 2025-ci ilin noyabr ayınadək 5 günlük iş rejimi ilə saat 12:00-20:00 aralığında "xxxx" MMC-də işləmişdir. Bundan əlavə Gülnar həmin müddət ərzində onun da əmək müqaviləsi əsasında satıcı kimi işlədiyi Balakən rayonu, R.Səmədov küçəsində yerləşən "xxxx" MMC-də işləmişdir. Həmin aptekdə əmək müqaviləsi bağlayıb-bağlamaması haqqında məlumatı yoxdur. Gülnar işlədiyi dövrdə "xxxx" MMC-də ödənişlər elektron qaydada ödənilərək qəbzləri müştərilərə verilmişdir. Lakin aptekin videomüşahidə kameralarına baxış keçirilərkən müəyyən edilmişdir ki, Gülnar müxtəlif tarixlərdə kassadan pullar götürmüş, bundan əlavə müştərilərə ödəniş üsulu kimi öz kartını təqdim etmişdir. Bu səbəbdən qardaşı Balakən rayon vəkil bürosunun vəkili Nurlan Muradov və o, təxminən 2025-ci ilin sentyabr ayının axırlarında Gülnarı qardaşının aptekin yanında yerləşən kabinetinə çağırmış və məsələni ona izah etmişlər. Bu zaman sonuncu dediklərini təkzib edərək bank kartlarından çıxarış təqdim edə biləcəyini bildirmişdir. Özünün iştirakı ilə "ABB" və "Kapital bank"-ın yerli filiallarına gedərək kartlarından çıxarış əldə etmişlər. Həmin çıxarışları könüllü surətdə qardaşına təqdim etmişdir. Növbəti gün Nurlan və o, Gülnarı kabinetinə çağıraraq izahat verməyi təklif etmiş və sonuncu da təklifi qəbul edərək izahat vermişdir. Nurlan izahat alarkən və çıxarışları əldə edərkən Gülnara hədə-qorxu gəlməmiş və psixoloji təzyiq etməmişdir. Sonuncunun Nurlan barəsində dedikləri yalandır. Gülnar kassadan götürdüyü pulları geri qaytarmadığı üçün Nurlan onun adından xx.xx.2025-ci il tarixdə Balakən RPŞ-yə müraciət etmişdir. Hazırda qeyd etdiyi məsələ ilə bağlı Balakən RPŞ-də araşdırma aparılır. X17 xx.xx.2023-cü il tarixdə onunla bağladığı əmək müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdən Balakən rayonu, R.Səmədov küçəsində yerləşən "xxxx" MMC-də əczaçı-satıcı kimi işə başlamışdır. xx.xx.2025-ci il tarixdən əvvəlki dövrdə "xxxx" MMC-də işləməmişdir. İş materiallarında olan X14 xx.xx.2025-ci il tarixli əlavə izahatından görünür ki, X17 xx.xx.2023-cü il tarixdə onunla bağladığı əmək müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdən Balakən rayonu, R.Səmədov küçəsində yerləşən "xxxx" MMC-də əczaçı-satıcı kimi işə başlamışdır. Həmin tarixdən 2025-ci ilin noyabr ayınadək 5 günlük iş rejimi ilə saat 12:00-20:00 aralığında "xxxx" MMC-də işləmişdir. Bundan əlavə Gülnar həmin müddət ərzində onun da əmək müqaviləsi əsasında satıcı kimi işlədiyi Balakən rayonu, R.Səmədov küçəsində yerləşən "xxxx" MMC-də işləmişdir. Gülnar "xxxx" MMC-də saat 14:00-21:00 aralığında işləmişdir. İşlədiyi dövrdə ondan başqa "xxxx" MMC-dən heç kimlə əlaqə saxlamamışdır. İş materiallarına əsasən X6 Muradova ilə oxşar məzmunlu izahat verərək X8 "xxxx" MMC-yə məxsus Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən aptekdə satıcı kimi işlədiyini bildirmişdir. İş materiallarında olan X3 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, 2016-cı ildən "xxxx" MMC-nin Şəki filiaının meneceri vəzifəsində işləyir. "xxxx" MMC şirkətinin rəsmi partnyoru olan "xxxx" MMC şirkətinin nümayəndəsi X12 ilə birlikdə mütəmadi olaraq ərazilərində yerləşən apteklərin fəaliyyətini yerində yoxlayırlar. Həmin yoxlanışlar iş qrafikindən asılı olaraq həftədə 1-2 dəfə və ya ayda 1-2 dəfə olaraq dəyişə bilir. Onlar yoxlanışlara gedərkən Balakən rayonu, R.Səmədov küçəsində yerləşən "xxxx" aptekdə satıcı işləyən Muradova İlahə İlhаm qızından başqa aptekdə heç kim olmamışdır. Bundan əlavə dərman məhsulları aptekə təhvil verilərkən təhvil-təslim aktında İlahə Muradovanın imzası vardır. O, X11 şəxsən tanımır. Gülnar Əsgərova "xxxx" MMC-də heç vaxt işləməmişdir. İşçilər işə qəbul edilməsi haqqında cəmiyyətin insan resurslarının kadrlar şöbəsinə məlumat göndərilməlidir. X22 işə qəbul edilməsi haqqında kadrlar şöbəsinə heç bir məlumat ötürülməmişdir. Onun həmin aptekdə işləməsi barədə ilk dəfə Balakən rayon prokurorluğunda ona məlumat verilmişdir. İlahə Muradovanın həmin aptekə kimisə işə götürmək səlahiyyəti yoxdur. İş materiallarına əsasən X1 Məhyəddin Rəfail oğlu ilə oxşar məzmunlu izahat verərək Gülnar Əsgərovanın "xxxx" MMC-də heç vaxt işləmədiyini, İlahə Muradovanın həmin aptekə kimisə işə götürmək səlahiyyətinin olmadığını bildirmişdir. İş materiallarında olan “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi” bildirişinə əsasən X17 xx.xx.2025-ci il tarixdən əczaçı-satıçı vəzifəsinə "xxxx" MMC-də işə götürülmüşdür. İş materiallarında olan əmək müqaviləsinə əsasən "xxxx" MMC-nin rəhbəri X19 ilə X17 arasında 22 sentyabr 2025-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytı olan "e-taxes.gov.az" saytından məlumatların götürülməsi haqqında baxış protokolunda "xxxx" MMC-nin (VÖEN:**********) aktiv vergi ödəyicisi kimi uçotda olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytı olan "e-taxes.gov.az" saytından məlumatların götürülməsi haqqında baxış protokolunda X14 (VÖEN:**********) aktiv vergi ödəyicisi kimi uçotda olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytı olan "e-taxes.gov.az" saytından məlumatların götürülməsi haqqında baxış protokolunda "xxxx" MMC-nin hüquqi ünvanının ünvan 1i rayonu, Neftçilər prospekti, ev 153 olduğu qeyd edilmişdir. İş materiallarında olan EPİS (X5 Sistemi) proqramının "Əmək müqaviləsi məlumatları" bölməsindən məlumatların götürülməsi haqqında baxış protokolunda X8 "xxxx" MMC ilə əmək müqaviləsi olmadığı qeyd edilmişdir. İş materiallarında olan EPİS (X5 Sistemi) proqramının "Əmək müqaviləsi məlumatları" bölməsindən məlumatların götürülməsi haqqında baxış protokolunda X14 "xxxx" MMC-də əmək müqaviləsi əsasında satıcı kimi işlədiyi qeyd edilmişdir. İş materiallarında olan Balakən rayon prokurorunun “İnzibatı xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 29 noyabr 2025-ci il tarixli qərarı ilə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, eləcə də iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmədə müəyyən edilir ki, X2 İlahə İlham qızı tərəfindən sonuncunun özünün də satıcı kimi işlədiyi "xxxx" MMC-yə məxsus Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən aptekdə əmək müqaviləsi bağlanmadan satıcı kimi işlədildiyini göstərsə də, araşdırma aparan orqan X14 Şəxs MMC-də işə qəbul səlahiyyətinin olub-olmamasının öyrənilməsi üçün tədbirlər görüb zəruri məlumatları əldə etməmiş, məsələyə tam aydınlıq gətirmədən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamışdır. Belə ki, X14 izahatları və onun təqdim etdiyi şahidlərdən başqa iş üzrə heç bir əlavə sübut toplanılmamış, Şəxs MMC-də rəsmi qaydada işləyən şəxslərin dairəsi müəyyən olunub onların izahatları alınmamış, iş üzrə digər zəruri və mötəbər məlumatlar əldə olunmamış, X8 müraciətinin onunla X19 arasında olan mübahisədən yaranıbyaranmadığına aydınlıq gətirilməmişdir. Bununla da hüquqi şəxsin təqsirini şübhə altına almayacaq təkzibedilməz dəlillər toplanılmamışdır. Qeyd olunan prosessual hərəkətlər həyata keçirilmədən və mühüm əhəmiyyət kəsb edə biləcək bütün hallar araşdırılmadan inzibati xətanın tərkibinin mövcudluğunu müəyyən etmək mümkün olmur. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Balakən rayon prokurorunun 29 noyabr 2025-ci il tarixli qərarında X17 Şəxs MMC-nin işçisi X19 tərəfindən əmək müqaviləsi bağlanılmadan aptekdə satıcı qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti işəgötürəndir, lakin həmin hərəkət işəgötürən, yəni Şəxs MMC tərəfindən deyil, fiziki şəxs X19 tərəfindən törədilsə belə və sonuncunun da şəxs və ya şəxsləri işəgötürmək səlahiyyəti olmamışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə görə hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Göründüyü kimi, Şəxs MMC-nin işçisi X19 tərəfindən törədilməsi ehtimal olunan xətanın subyektinin sonuncuya münasibətdə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində göstərilmiş şəxslər sırasından olduğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: - Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3cü maddə); - Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (53.2ci maddə); - Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır (114.2.1-ci maddə). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsi hər hansı mötəbər dəlillərlə öz təsdiqini tapmadığından Şəxs MMC barəsində başlanılmız iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 114-117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(5-98)-426/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-426/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver