Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-98)-469/2026 10.02.2026 BAKI ŞƏHƏRI NƏSIMI RAYON MƏHKƏMƏSI Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ###### 2026-cı il tarixli, *****-*****/** saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat şöbəsinin Təhqiqat bölməsinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN **********) tərəfindən ##.##.2024-cü il tarixli, 01242000043736, 01242000043746 sorğu nömrəli gömrük bəyannamələri əsasında istismarda olmuş, traktora qoşulmaq üçün nəzərdə tutulmuş qeyri-üzvi gübrə paylayıcısı, ümumi dəyəri 30500 ABŞ dolları olan (51850 AZN, kurs:1 USD=1.7 AZN) yükün ##.##.2024-cü il tarixli, 01/24- 01, ##.## 2024-cü il tarixli. **/**-** nömrəli müqavilə əsasında həmin cəmiyyət tərəfindən Rusiya Federasiyasında yerləşən "xxxx” şirkətinə ixrac edilməsi, lakin xarici valyuta vəsaitlərinin qanunla müəyyən edilmiş müddət ərzində müvəkkil edilmiş bank hesabına köçürülməməsi barədə raport daxil olmuşdur. "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən ##.##.2024- cü il tarixli, 01242000043736, 01242000043746 sorğu nömrəli gömrük bəyannaməsi ilə ixrac olunan malların müqabilindəki vəsaitlər qanunvericiliyə müvafiq olaraq 180 gün müddətədək “xxxx" MMC-nin "xxxx”-dakı hesabına köçürülməməsi ilə əlaqədar "xxxx"-a məktub göndərilmiş, cavab məktubunda bildirilmişdir ki, qeyd olunan gömrük bəyannamələri üzrə ixrac olunan malların müqabilində “xxxx' MMC-nin “xxxx" ASC-dəki hesablaşma hesablarına vəsait daxıl olmamışdır. ##.##.2025-ci il tarixində mövcud olan məlumatların müəyyən edilməsi məqsədi ilə “DGK VAİS” sistemində Maliyyə əməliyyatları bölməsində Konsiqnasiya nəzarət" alt bölməsindən və "Hesabat və təhlillər bölməsində “Forma 3.9.2.1” alt bölməsindən 01242000043736, ************** nömrəli gömrük bəyannaməsi ilə bağlı olan bank qeydiyyatı məlumatları və qalıq məbləğ barəsində mövcud olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı aşkar olundu ki, 01242000043736 nomrəli gömrük bəyannaməsi üzrə gömrük portalında vəsait bağlanmışdır. 23500 dollar məbləğində vəsait tam şəkildə ödənilmişdir, qalıq məbləğ 0 dollar təşkil edir. 01242000043746 sorğu nömrəli bəyannamə ilə ixrac olunmuş malların müqabilində 7000 ABŞ dolları vəsaitdən 6959.61 dollar ödənilmişdir, qalıq məbləğ milli valyuta nisbətdə 68.66 AZN, yəni 40.39 ABŞ dolları (1 dollar-1.7 AZN) təşkil edir. Beləliklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN **********) tərəfindən ##.##.2024-cü il tarixli, 01242000043736 sorğu nömrəli gömrük bəyannaməsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan qalıq 40,39 ABŞ dolları, yəni 68,66 Azərbaycan manatı məbləğində vəsaitin xaricdən qaytarılmamasına görə hüquqpozma faktı törədilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin hüquqi ünvanlarına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan raportdan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat şöbəsinin Təhqiqat bölməsinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN **********) tərəfindən ##.##.2024-cü il tarixli 01242000043736, 01242000043746 sorğu nömrəli gömrük bəyannamələri əsasında istismarda olmuş, traktora qoşulmaq üçün nəzərdə tutulmuş qeyri-uzvı gübrə paylayıcısı, ümumi dəyəri 30500 ABŞ dolları olan (51850 AZN, kurs:1USD=1 7 AZN) yükün ## ##.2024 cü il tarixli. 01/24-01, ##.##.2024-cu ıl tarixli. **/**-** nömrəli müqavilə əsasında həmin cəmiyyət tərəfindən Rusiya Federasiyasında yerləşən “xxxx” şirkətinə ixrac edilməsi, lakin xarici valyuta vəsaitlərinin qanunla müəyyən edilmiş müddət ərzində müvəkkil edilmiş bank hesabına köçürülməməsı barədə raport daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN **********) işçisi hüquqşünas vəzifəsində çalışan X1 izahatında bildirmişdir ki,”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VOEN **********) ilə Rusiya Federasiyasında yerləşən Agrocomplex Dukhovshcına şirkəti arasında bağlanmış ##.##.2024-cü il tarixli, **/**-** nömrəli müqavilə əsasında həmin cəmiyyət tərəfindən ##.##.2024-cü il tarixli 01242000043736 sorğu nömrəli gömrük bəyannaməsi ilə 23500 ABŞ dolları məbləği dəyərində istismarda olmuş traktora qoşulmaq üçün nəzərdə tutulmuş qeyri-üzvi gübrə paylayıcısı yüku ixrac edilmişdir. Həmin məbləğdən 9857.64 ABŞ dolları məbləğində vəsait firmanın müvəkkil bankda olan hesabına köçürülmüşdür. 13642.36 ABŞ dolları qalıq qalmışdır. "X3 Cəmiyyəti (VOEN **********) ilə Rusiya Federasiyasında yerləşən Agrocomplex Dukhovshcına şirkəti arasında bağlanmış ##.##.2024-cü il tarixi **/**-** nömrəli müqavilə əsasında nəmin cəmiyyət tərəfindən ##.##.2024-cü il tarixli 01242000043746 sorğu nomrəli gömrük bəyannaməsi ilə 7000 ABŞ dolları məbləği dəyərində istismarda olmuş, traktora qoşulmaq uçun nəzərdə tutulmuş üzvi gübrəni xırdalayıb paylayan qurğu yükü ixrac edilmişdir. Həmin məbləğdən 460.75 ABŞ dolları məbləğində vəsait firmanın müvəkkil bankda olan hesabına köçürülmüşdür. 6539.25 ABŞ dolları qalıq qalmışdır. Həmçinin bildirmişdir ki, Rusiya Federasiyasında mövcud olan vəziyyət ilə əlaqədar maliyyə vəsait ərinin ödənilməsində gecikmələr yaranmışdır. X3 Cəmiyyəti (VOEN **********) tərəfindən ##.##.2024cü il tarixli, 01242000043736. 01242000043746 sorğu nomrəli gömrük bəyannaməsi ilə ixrac olunan malların müqabılindəkı vəsaitlər qanunvericiliyə müvafiq olaraq 180 gün müddətədək “xxxx" MMC-nın “xxxx”-dakı hesabına köçürülməməsi ilə əlaqədar "xxxx”-a məktub göndərilmiş, cavab məktubunda bildirilmişdir ki, qeyd olunan gömrük bəyannamələri üzrə ixrac olunan malların müqabilində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nın “xxxx" ASC-dəkı hesablaşma hesablarına vəsait daxil olmamışdır. ##.##.2025-ci il tarixində mövcud olan məlumatların müəyyən edilməsi məqsədi ilə “DGK VAİS” sistemində “Maliyyə əməliyyatları bölməsində Konsiqnasiya nəzarət alt bölməsindən və Hesabat və təhlillər" bclməsındə “Forma 3.9.2.1” alt bölməsindən 01242000043736 ************** nömrəli gömrük bəyannaməsi ilə bağlı olan bank qeydiyyatı məlumatları və qalıq məbləğ barəsində mövcud olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı aşkar olundu ki, ************** nömrəli gömrük bəyannaməsi uzrə gömrük portalında vəsait bağlanmışdır. 23500 dollar məbləğində vəsait tam şəkildə ödənilmişdir, qalıq məbləğ 0 dollar təşkil edir. 01242000043746 sorğu nömrəli bəyannamə ilə ixrac olunmuş malların müqabilində 7000 dollar vəsaitdən 6959.61 dollar ödənilmişdir, qalıq məbləğ milli valyuta nisbətdə 68,66 AZN, yəni 40.39 dollar (1 dollar- 1,7 A2N) təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin ## #### 1997-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Eyni zamanda, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021ci il tarixli qərarında qeyd olunur ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın bilavasitə obyekti olmuş xarici valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 40,39 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 faizi – 12.117 ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(5-98)-469/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-469/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver