Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-485/2026 06.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ Regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ Regional şöbəsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanuni təmsilçisi olduğu "Eden Agro” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta barədə protokol tərtib edilmiş və protokola baxılması məqsədilə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. 24 dekabr 2025-ci il tarixində hakim Elməddin Hüseynovun sədrliyi ilə baş tutan məhkəmə iclasında inzibati xəta tərkibi mövcud olmadığından icraata xitam verilmişdir, lakin X9 Xidməti onun barəsində vəzifəli şəxs qismində MN ******* nömrəli protokol tərtib etmiş və 09 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli qərar ilə 1.000 AZN (bir min manat) məbləğində cərimə olunmuşdur. Halbuki 3(006)-7731/2025 nömrəli icraatla bağlı tərəflərindən təqdim edilmiş etirazda müvafiq protokollar mübahisələndirilmiş və qanunsuz hesab edilərək ləğv edilməsi xahiş edilmişdir. Bildirir ki, müvafiq qərarı gec mübahisələndirmələrinin səbəbi X6 Qarabağ Regional İdarəsi tərəfindən qanunvericilikdə öhdəlik olaraq müəyyənləşdirilmiş protokol və qərar poçt vasitəsilə onlara təqdim edilməmişdir. Belə ki, cərimə olunmağı haqqında məlumatı Asan Pay platforması vasitəsilə ona təqdim edilən bildiriş vasitəsilə əldə etmiş, cavabdehin əməkdaşları ilə əlaqə saxlamağa çalışsa da, heç bir nəticə verməmişdir. Belə olan halda müvafiq sənədlər əsasında Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, Nəsimi Rayon Məhkəməsinin 09 yanvar 2026-cı il tarixli 3(5-98)-80/2026 nömrəli qərardadı ilə qərar əlavə olunmadığından sənədlər geri qaytarılmışdır. Daha sonra tərəflərindən bir daha X6 Qarabağ Regional İdarəsinə müraciət edilərək qərar tələb edilmiş və sonuncu şifahi müraciətdən sonra qərar təqdim edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən bir daha bildirilir ki. tərəflərindən pozulmuş hüquqların müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət edilməsində yol verilən gecikmənin səbəbi cavabdehin qərarı təqdim etməməsi və onların yalnız Asan pay vasitəsilə daxil olan bildiriş əsasında müvafiq cərimədən xəbərdar olmaqları ilə bağlıdır. Məhkəmə tərəfindən qanuni təmsilçisi olduğu hüquqi şəxs barəsində inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi vəzifəli şəxs barəsində də müvafiq icraatı istisna edən hal kimi qiymətləndirilməlidir. Belə ki; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ Regional Şöbəsi (bundan sonra inzibati orqan) tərəfindən məhkəməyə təqdim edilən 29 avqust 2025-ci il tarixli məktub və bu məktuba qoşma olaraq əlavə olunmuş 28 avqust 2025-ci il tarixli MN ******* protokol və eynitarixli ******* nömrəli qərardadda bildirilir ki, Cəmiyyət Məcəllənin 539.1-1-ci maddəsində qeyd edilən sənədlərin təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə Məcəllənin 539.3-cü maddəsinə əsasən barəsində protokol tərtib edilərək qərar qəbul edilməsi məqsədilə məhkəməyə təqdim edilmişdir. Bildirir ki, müvafiq işdə ümumiyyətlə inzibati xəta hadisəsi mövcud olmadığından hüquqi şəxs barəsində başlanmış icraata xitam verilmiş, lakin etiraz ərizələrində qeyd edilsə də, vəzifəli şəxslə bağlı hissəyə toxunulmamışdır. Belə ki, inzibati orqan tərəfindən ilkin olaraq 12 iyun 2025-ci il tarixli 3-17-5/2-53032/2025 nömrəli məktub daxil olmuş, Cəmiyyətin sabiq əməkdaşı X2 şikayəti əsasında işçiyə aid sənədlər tələb edilmişdir. Tərəflərindən 04 iyul 2025-ci il tarixli EA 019/25 nömrəli məktubla inzibati orqana cavab və müraicətdə qeyd edilən sənədlər təqdim edilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən eyni zamanda whatsapp sosial platforması vasitəsilə müvafiq sənədlərin inzibati orqana çatması və əməkdaşları tərəfindən əldə edilməsi faktı təsdiq edilmişdir (müvafiq yazışmalar və poçt bildirişləri əlavə olunur). Hazırda inzibati orqanın digər regional bölməsi tərəfindən müvafiq sənədlərin təqdim edilməməsi əsası ilə protokol tərtib edilməsi və Cəmiyyətin vəzifəli şəxsi qismində cərimə olunmağı əsassız xarakter daşıyır. Qeyd edilənlərə əsasən “Eden Agro" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin pozuntusuna dair cavabdeh tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokolun və qərarın ləğv edilməsi xahiş edilmişdir. Qərardan şikayət verən şəxs X8 məhkəməyə ərizə ünvanlayaraq şikayətə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X11 izahatında bildirmişdir ki, vətəndaş X2 şikayəti əsasında "xxxx" MMC-nin rəhbərliyinə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-69632/2025 saylı sorğu məktubu göndərilərək sənədlərin 7 iş günü ərzində X9 Xidmətinin Qarabağ regional şöbəsinə təqdim edilməsi tələb edilsə də, sənədlərin müəyyən olunmuş müddət ərzində təqdim edilmədiyi müəyyən olunmuşdur. Bununla da "xxxx" MMC-nin direktoru X8 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən X4 həmin maddə ilə 1000 manat məbləğində inzibati cərimə olunmasına dair qərar qəbul edilmişdir. İnzibati cərimənin şərti tətbiq edilməsinə və inzibati xətanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən olunmasına baxmayaraq, sorğu məktubunda qeyd olunan sənədlər X9 Xidmətinin Qarabağ regional şöbəsinə təqdim edilməmişdir. Qəbul edilmiş qərarın qanuni olmasını və şikayət ərizəsində göstərilənlərin əsassız olmasını nəzərə alaraq şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, bildirmişdir ki, hüquqi şəxs "xxxx" MMC barəsində eyni məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola Nəsimi Rayon Məhkəməsində baxılmış və iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən tərtib edilmiş 09 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, MMC-nin rəhbərliyinə xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 69632/2025 saylı məktub göndərilməsinə, eləcə də MMC-nin elektron kabinetinə (ASİS) **********7465 saylı məktub ünvanlansa da, müəssisədən heç bir sənəd təqdim edilməmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində şərti cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən tərtib edilmiş 28 avqust 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, MMC-nin rəhbərliyinə xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 69632/2025 saylı məktub göndərilməsinə, eləcə də MMC-nin elektron kabinetinə (ASİS) **********7465 saylı məktub ünvanlansa da, müəssisədən heç bir sənəd təqdim edilməmişdir. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən "xxxx" MMC-nin direktoru X5 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-69632/2025 saylı məktubdan görünür ki, Füzuli rayonu Aşağı Güzlək kənd sakini X2 "xxxx" MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə əsasən vətəndaşa aid sənədlərin 7 iş günü ərzində X9 Xidmətinin Qarabağ regional şöbəsinə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən "xxxx" MMC-nin direktoru X5 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-80866/2025 saylı məktubdan görünür ki, inzibati cərimənin şərti tətbiq edilməsi haqqında X9 Xidmətinin Qarabağ regional şöbəsinin MN ******* saylı xx.xx.2025-ci il tarixli qərarda göstərilən nöqsanın aradan qaldırılmasını 30 (otuz) gün müddətində təmin edib nəticəsi barədə şöbəyə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən tərtib edilmiş 28 avqust 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, MMC-nin şəxsi elektron kabinetinə (ASİS) xx.xx.2025ci il tarixli **********7472 saylı məktuba məlumatların təqdim edilməməsinə görə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. "xxxx" MMC tərəfindən X9 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2025ci il tarixli, EA 019/25 saylı məktubun və 459626 nömrəli qailmənin surətindən görünür ki, vətəndaş X3 aid sənədlər X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-7731/2025 saylı qərarından görünür ki, 28 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola baxılması ilə bağlı "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vətəndaş X3 aid sənədlərin təqdim edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 69632/2025 nömrəli sorğu məktubu ilə tələb olunan sənədlər xx.xx.2025-ci il tarixli məktubla X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, X4 İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, xx.xx.2025-ci il tarixli, MN ******* qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün onu qəbul etmiş quruma göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(5-98)-485/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-485/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver