Məhkəmə qərarları › İş №3(5-98)-505/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-505/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-505/2026 23.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, X8 qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(006)-433/2021 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X2 119000 manat məbləğində pul və tələbkar tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat 24 manat, cəmi 119024 (yüz on doqquz min iyirmi dörd) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. Lakin Şəxs icra sənədlərinin icrasını təmin etməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-433/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxsdan 119000 manat məbləğində pul və tələbkar tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat 24 manat, cəmi 119024 (yüz on doqquz min iyirmi dörd) manat məbləğində pul borcları Şəxs və X2 müştərək qaydada tutulmaqla tələbkar X3 xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının nəticəsinə əsasən borclular Şəxs və X2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına 40 manat işə görə xərc ödənilməlidir. A234CTRE**********2088501, X1, Kod 210005, VÖEN 140155071, Müxbir hesab AZ41NABZ**********00003944, ödənilməlidir. “Sərraf-M” Qiymətləndirmə və konsaltinq şirkətinin xx.xx.2025-ci il tarixli rəyinə əsasən borcluya məxsus “X10 CDİ 2.2” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin 12000 manat məbləğindən bazar dəyəri müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1.3-cü maddəsinə əsasən tələbkar imtina etdikdə və ya bu Qanunun 53.1.1-ci maddəsində müəyyənləşdirilmiş müddət ötürüldükdə daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak tələblərin imtina etdiyi, yaxud müddətin ötürüldüyü gündən 3 ay müddətində satılmalıdır. xx.xx.2025-ci il tarixdə tələbkar X5 borcluya məxsus “X10 CDİ 2.2” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobili borc əvəzi götürmək istəməsi barədə icra məmuruna müraciət etmişdir. Həmin tarixdə borclu Şəxs avtomobilin ona məxsus olduğunu bildirərək, 2 ay müddətində ona məxsus avtomobili açıq bazarda satacağını bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə uyğun olaraq, ona məxsus “X10 CDİ 2.2” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq bazarda satılması üçün 2 ay müddətin verilməsini xahiş etmişdir. İcra məmuruna təqdim edilmiş ərizəyə əsasən, ona məxsus avtomobilin açıq bazarda satılması üçün 2 ay müddət verilmişdir. İcra məmuru tərəfindən borclu Şəxs avtomobilin açıq bazarda satılması üçün verilmiş 2 ay müddətində ona məxsus avtomobili satması barədə məlumat verilmiş, borclu tərəfindən həmin müddətdə avtomobil satılmamışdır. İcra məmurunun 2 ay müddətin bitməsindən sonra icra məmuru tərəfindən borcluya məlumat verilmiş və borclu 3 gün müddətində onu satmaq üçün icra məmuruna müraciət etməli olduğu bildirilmişdir. Borclu həmin 3 gün müddətində də avtomobilin satılması üçün icra məmuruna müraciət etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1.7-ci maddəsinə uyğun olaraq, borclunun həmin əmlakı (ipoteka predmeti olan əmlak istisna olmaqla) satmaq üçün icra məmuruna müraciət etmədikdə, icra məmuru 1 iş günü müddətində bu barədə qərar qəbul edir və borcluya əmlakın satılması üçün icra məmuruna müraciət etmək hüququnun itirilməsi barədə bildiriş göndərir. Qiymətləndiricinin hesabatında göstərilən dəyərinin 80 faizindən az olmayan qiymətlə satılmalı olduğunu izah edir. Üzərinə həbs qoyulmuş əmlak notarius vasitəsilə satılmalıdır. Lakin Şəxs icra sənədlərinin icrasını təmin etməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Qeyd edilən icra sənədi üzrə borcdan borclu tərəfindən tələbkara heç bir ödəniş edilməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, onun borcu tam şəkildə ödəməyə gücü çatmır. Özü xəstədir, işsizdir. Borcu hissə-hissə olmaqla ödəyə bilər. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-433/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 23000 (iyirmi üç min) manat borc, 300 (üç yüz) manat hüquqi xidmət xərci və 30 (otuz) manat dövlət rüsumu, cəmi 23300 (iyirmi üç min üç yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli "icraata başlamaq” haqqında qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlamaq haqqında qərarın surəti təqdim edilmiş və o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-433/2021 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-433/2021 saylı icra sənədinin icrasını təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.1 -ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar