Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-507/2026 23.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, X11 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X3 iştirakı ilə, xx.xx.2004-cü ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdaş Rayonu, Ağdaş Şəhəri, X12 Küçəsi, 1/26 qeydiyyatda olamaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs, xx.xx.2026-cı tarixdə saat 21:45 radələrində içkili vəziyyətdə olan X4 məxsus içərisində sənədlər olan bank kartı olan pul kisəsinin oğurlanması və bank karıtndan alıış-veriş olunması nəticəsində 90 maddi ziyan vurulmaqla oğurluq etmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Abbas Quliyevin xx.xx.2026-cı il tarixli qərarı ilə X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin xırda talama olduğuna görə inzibati tədbir görülməsi qərara alınmışdır. Buna görə də Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2026-cı tarixdə saat 21:45 radələrində içkili vəziyyətdə olan X4 məxsus içərisində sənədlər olan bank kartı olan pul kisəsinin oğurlanması və bank karıtndan alıış-veriş olunması nəticəsində 90 maddi ziyan vurulmaqla oğurluq etmişdir. Hazırda zərəçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, xx.xx.2026-cı tarixdə saat 21:45 radələrində içkili vəziyyətdə olduğu üçün ona məxsus içərisində sənədlər olan bank kartı olan pul kisəsinin oğurlanması və bank karıtndan alış-veriş olunması nəticəsində ona 90 maddi ziyan vurulmaqla oğurluq edilmişdir. Hazırda o, Şəxs ilə barışmış, həmçinin ona dəymiş ziyan ödənilmişdir. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru X6 məhkəmədə göstərdi ki, İsmayıllı şəhəri, Əliağa Vahid küçəsi, ev 5 ünvanında qeydiyyatda olan X5 xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək xx.xx.2026-cı il tarixdə saat 21:46-da içkili vəziyyətdə olan atasına məxsus içərisində sənədlər olan bank kartı olan pul kisəsinin oğurlanması və bank kartından alış-verilmiş olunması 90 manat maddi ziyan vurulması barədə məlumat vermişdir. X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması və gələcəkdə baş verə biləcək anoloji hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi üçün qəbul olunmuş qərarın surəti aidiyyəti əməkdaşa həvalə olunmuşdur. Aparılmış araşdırma zamanı qeyd edilən xırda talamanın Şəxs tərəfindən törədildiyi müəyyən edildiyindən inzibati məsuliyyətə cəlb edilməsi üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraat açılmışdır. O, inzibati xəta haqqında iş üzrə verdiyi izahatında oğurluq eydiyini etiraf etmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, hesab edir ki, Şəxs toplanmış sübutlarla inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs dəymiş ziyanı ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №3(5-98)-507/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-507/2026
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver