Məhkəmə qərarları › İş №3(5-98)-509/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(5-98)-509/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-98)-509/2026 23.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şərifov Nurməmməd Məhəmməd oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş 27.10.2025-ci il tarixli, İXP 7536378 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şərifov Nurməmməd Məhəmməd oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27.10.2025-ci il tarixli, İXP 7536378 nömrəli protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən baxılması üçün məhkəməyə təqdim edilmişdir. Sənədlər daxil olduğu vaxt öyrənilmiş və məlum olmuşdur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin pozulduğu irəli sürülən 334.3-cü maddəsinin sanksiyasında inzibati həbs nəzərdə tutulmasına baxmayaraq, bu növ işlərdə iştirakı məcburi hesab edilən inzibati xətanı törətməkdə təqsirləndirilən şəxsin iştirakı təmin olunmamışdır. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasən, nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 61.5-ci maddəsinə görə inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, sanksiyasında inzibati həbs növü nəzərdə tutulan inzibati xəta haqqında hazırkı işə inzibati xətanı törətməkdə təqsirləndirilən şəxsin iştirakı ilə protokol tərtib olunduqdan dərhal sonra və protokol daxil olan gün baxılmalı olduğundan, inzibati xəta haqqında protokolu tərtib edən orqan tərəfindən barəsində icraat başlanmış şəxsin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, mövcud natamamlığı işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şərifov Nurməmməd Məhəmməd oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar