Məhkəmə qərarları › İş №3(5-98)-549/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-549/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-549/2026 06.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakları ilə xx.xx.1996-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 63WLXVW), subay, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********), Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 02, mənzil 14-də yaşayan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X6 ünvan 1 ünvanda yerləşən “Antep dönər” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmiş və bu fakt xx.xx.2026-cı il tarixdə, saat 15:31 radələrində Bakı şəhər Reklam İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, idarənin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş tədbirlər zamanı X3 işlətdiyi ünvan 1 ünvanda yerləşən “Antep dönər” adlı obyektin üzərində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq İ**********0001, İ**********0002, İ**********0003, İ**********0004, İ**********0005 və İ**********0006 nömrəli icazələr üzrə müvafiq yayım haqqı məbləği ödənilmədən açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Daha sonra həmin Qanunun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3-cü bəndinə müvafiq olaraq X2 aktda qeyd olunan pozuntuların 05 gün ərzində aradan qaldırılması, müvafiq yayım haqqı məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə, 01 iş günü ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmiş və bununla bağlı məktub xx.xx.2025-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Lakin göstərilən müddət ərzində buna əməl edilməmiş və idarənin əməkdaşları tərəfindən xx.xx.2026-cı il tarixdə, saat 15:31 radələrində təkrar bu obyektə baxış zamanı icazəsiz reklam yayımının dayandırılmadığı müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan X5 bildiriş göndərilsə də, o, məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli Akta və ona əlavə edilmiş şəkilə əsasən həmin günü, saat 16:00-da ünvan 1 ünvanda yerləşən “Antep dönər” adlı obyektin üzərində müvafiq icazə olmadan 06 ədəd 5,65 m2 ölçüdə reklam aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhər Reklam İdarəsinin X5 ünvanlanmış xx.xx.2025-ci il tarixli göstərişdə “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq İ**********0001, İ**********0002, İ**********0003, İ**********0004, İ**********0005 və İ**********0006 nömrəli icazələr üzrə müvafiq yayım haqqı məbləği ödənilmədən açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Daha sonra həmin Qanunun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3cü bəndinə müvafiq olaraq X2 aktda qeyd olunan pozuntuların 05 gün ərzində aradan qaldırılması, müvafiq yayım haqqı məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə, 01 iş günü ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. İş materiallarında olan “Famko” poçt xidməti tərəfindən təqdim edilmiş 550217 saylı qaiməyə görə bu məktub xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda X5 təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərə əsasən həmin günü saat 15:31-də ünvan 1 ünvanda yerləşən “Antep dönər” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.8-ci maddəsinə görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Göründüyü kimi, reklam haqqında qanunvericiliyin qeyd edilən normasına görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam hesab edilmir. İş materiallarında əlavə edilmiş fotoşəkillərdə isə obyektin üzərindəki lövhələrin bu ölçüdən böyük olduğu aydın şəkildə müşahidə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix- Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində isə Dənizkənarı Bulvar İdarəsi tərəfindən (bundan sonra – müvafiq qurum) həyata keçirilir. Həmin Qaydaların 3.5.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə (Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi) uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir. (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır) Həmin Qaydaların 3.5.2-ci yarımbəndinə əsasən yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir . Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən açıq məkanda icazəsiz reklam yayımı halı müəyyən edildiyi üçün yuxarıda qeyd olunan Qaydaların tələblərinə riayət edilərək reklam yayıcısı olan X5 pozuntunun aradan qaldırılması üçün icrası məcburi olan göstəriş vermiş və bununla bağlı vaxt müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında X3 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə X3 törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar