Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-558/2026 18.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Natig İakhıaev şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixində Natig İakhıaev barəsində İXM-nin 327.2-ci maddəsi üzrə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küç.2-də, polis baş serjantı X2 tərəfindən yazılmış və şikayətçi məlum protokolla razılaşmamış və tərəfindən qeyd aparılmasını istəmiş, bu şərait yaradılmadığı üçün sonuncu, imza etməkdən imtina etmiş və protokolun surəti şikayətçiyə verilməmişdir. Şikayətçi bir neçə gün gözlədikdən sonra Bakı şəhər DYPİ-nə getmiş, məlum hadisə barədə növbətçi hissəyə bildirmiş, məlumatsız olduğunu demiş və xüsusi formalı ərizə blankını dolduraraq imza etmiş və təhvil vermişdir. Bu barədə şikayətçiyə bildirilmişdir ki, yaxın günlərdə barəsində qərar qəbul ediləcək və məlumatlandırılacaq. Sonrakı günlər heç bir məlumat almayan şikayətçi, nəhayət 102 çağrı mərkəzinə müraciət etmiş və sonuncunu, təkrarən Bakı şəhər DYPİ-nə yönəltmişlər və təxminən xx.xx.2026-cı il tarixində orada olmuş və barəsində qəbul edilən sənədləri nəhayət ki, əldə etmək üçün yeni bir yazışma aparılmış və xx.xx.2026-cı il tarixində nəhayət ki, məlum protokol və TP ******* nömrəli qərar şikayətçiyə verilmişdir. Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli protokolu və TP ******* nömrəli qərarı aşağıdakılara görə qanunsuz və əsassızdır və məhkəmə qaydasında ləğv edilməlidir. Məhkəmə qaydasında qərarın ləğv edilməsi üçün hüquqi əsaslar. İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Şikayətçinin, yol polisi tərəfindən (səyyar yol patrul xidməti maşını tərəfindən) İXM- 327.2-ci maddəsi ilə cərimələnməsi, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi olmalıdır. Şikayətçi, inspektor və digər şahidlərin faktı görməklə etiraf etməsi, qanunvericiliklə digər gərəkən sübutların təqdim etmədəndə sübut olunmuş kimi başa düşülə bilər. Yox əgər şikayətçi iddia edərsə ki, o yalnız zərurət halı kimi, svetoforun qadağanedici qırmızı işığı deyil, hamının gördüyü şəkildə sarıda keçmişdir, onda polis serjantı qanunvericiliyin tələbi üzrə sübut etməli olduğu halı, digər texniki vasitələrdəndə istifadə etməklə sübut etməli və nəhayət, şikayətçiyə öz təqsirsizliyini sübut etmək üçün məlum protokola qeyd yazmaq kimi hüququndan istifadə etmək imkanını yaratmalı idi. Bu halların olmaması isə, özü özlüyündə inzibati xətanın olmaması anlamına gəlir. İnzibati xəta icraatını rədd edən hal üzrə isə, İXM-nin 53.1.1-ci maddəsində inzibati xəta hadisəsi olmadıqda kimi göstərilmişdir. Şikayətçi sonralar DYPİdə olarkən belə digər əhəmiyyətli sayılacaq sübutlar sonuncuya təqdim edilmədən belə, barəsində qərar qəbul edilmiş və təqsirli bilinmişdir. Halbuki, texniki vasitələrə baxılsaydı, onda İXM-nin 53.1.2-ci maadəsinə görə inzibati xəta tərkibi olmadıqda, aydın görünərdi. Həmin gün polis inspektoru, hadisə yerində öz şəxsi cib telefonu ilə şəkiliş aparmış və bunu tərəfə sübut kimi təqdim etməyə çalışmış hətta bu çəkilişdən də aydın görünürmüş ki, zərurət halı kimi yalnız sarı işarə altında hərəkət davam etmiş və sonlanmışdır. İXM-nin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Polis idarəsindədə məlum texniki vasitələrə baxış təqdim edilməmiş və şikayətçiyə digər sənədlərlə bərabər təqdim edilməyərək dinlənilməmişdir. İXM-nin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə müəyyən edilməli məsələlərdən biri inzibati xəta hadisəsinin olub olmamasıdır (inzibati xəta törədilmişdirmi). İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eləcə də, şikayətçinin rəsmi qaydada məlumatlandırılması da hər hansı qaydada aparılmamışdır və müddətin ötürülməsinə hesablanmış hərəkətlərlə davam edən vəziyyət, yalnız sonuncunun israrlı tələblərindən sonra rəsmi qaydada təqdim edilmişdir. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Yalnız xx.xx.2026-cı il tarixində müvafiq sənədlər şikayətçiyə təqdim edilmiş və bu barədə inzibati orqan rəsmi qeydlər aparmışdır. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: Nəzərə alsaq ki, şikayətçi vətəndaşlığı olmayan statusludur onda, şikayətçiyə münasibətdə yalnız xx.xx.2026-cı il tarixli rəsmi verilmə ötərlidir. İnzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; İnzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Şikayətçi Rusiya Federasiyasının vətəndaşıdır. İş materiallarında şikayətçinin barəsində protokola müvafiq video görüntülər əlavə edilməmişdir və protokol tam doldurulmamışdır, şikayətçinin faktiki işlətdiyi mobil telefon qeyd edilməmiş, eləcə də, Qərar qəbul edilərkən yuxarıda göstərilən kimi bu vəziyyətə qanuni qiymət verilmədən yekun Qərar qəbul edilmiş, bununlada İnzibati Xətaya cəlb edilməsini göstərən yeganə sənəd inzibati xəta haqqında protokol olmuşdur. İnzibati xətalar üzrə icraat zamanı tərtib edilən inzibati xəta haqqında protokolun hüquqi təbiəti mübahisəlidir və buna aydınlıq gətirilməlidir. Bu protokollar həm şəxslərə qarşı ittiham irəli sürən sənəd (İXM maddə 100), həm də bu ittihamı təsdiq edən sübutdurlar (yəni İXM maddə 76.1) Yəni özü öz sübutu olan sənəd. Bu da inzibati xətalara dair işlərə baxılması zamanı çəkişmə və tərəflərin bərabərliyi prinsipini və təqsirsizlik prezumpsiyasını pozur. Bu normaların Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsinin İ və İİİ hissələri və 127-ci maddəsinin İV və Vİİ hissələri prizmasından şərh edilməsinə ehtiyyac var. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar;. DYPİ-də şikayətçi videoyazını istəmiş və ona bildirilmişdir ki, müddət çox keçdiyindən videolar silinmişdir. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Şikayətçi faktiki olaraq həm ona qarşı ittiham irəli sürən sənəd və həm də özü özünün sübutu olan inzibati xəta haqqında protokola cavab verməli olduğu bir vəziyyətdə mühakimə olundu və cərimə edildi. Şikayətçinin təqsirli bilinməsi barədə qərarın əsasını yalnız onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol təşkil edirdi. Avropa Məhkəməsi Azərbaycanda inzibati xətalarla bağlı işlərə baxarkən yalnız protokola istinad edərək şəxsin təqsirliliyi məsələsini həll etməsi ilə bağlı problemləri artıq bir çox işlərdə vurğulayıb. İnzibati xətalarla bağlı qanunvericilikdə olan əhəmiyyətli problem bu işlərə baxarkən ərizəçilərin hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, qanunvericilikdə vəzifəli şəxslərin tərtib etdiyi protokolların hüquqi təbiəti mübahisəlidir. Bu protokollar həm şəxslərə qarşı ittiham irəli sürən sənəd, həm də bu ittihamı təsdiq edən sübutdurlar. Bu da məhkəmələrin yalnız protokola istinad edərək şəxsin təqsirli bilinməsi barədə qərar qəbul etməsinə şərait yaradır. Bu durum inzibati xəta törətməklə bağlı ittihamlara məruz qalan şəxsləri çox əlverişsiz duruma salır. Bu standartlarla mühakimə edilmə Konvensiyanın 6-cı maddəsinin ruhuna uyğun çəkişməli proses sayıla bilməz. Yuxarıda qeyd olunan Qafqaz Məmmədov işində vurğulandığı kimi bu çəkişmə prinsipini pozulmasını gücləndirən daha bir amil inzibati xətalarla bağlı prosesdə ittihamçı tərəf olaraq prokurorların (bizim işdə həm də zərərçəkmiş şəxsin) iştirak etməməsidir. Belə şərtlər altında ittiham həm də özünün sübutuna çevrilir. Bu hal həm də təqsirsizlik prinsipinin pozulmasıdır. Konstitusiyanın 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Hazırki prosesdə inzibati xəta törətməklə bağlı ittihama məruz qalan şəxs, yəni barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs təqsirsizlik prezumpsiyasından avtomatik məhrum olur. Belə ki, inzibati xəta haqqında protokolda göstərilən xətanın onun tərəfindən törədilməsini sübut edilməsini gözləmək hüququ olmur. Çünki, inzibati xəta haqqında protokol avtomatik olaraq öz özünün sübutu sayılır. Bununla o özünün təqsirsizliyini sübuta yetirməyə məcbur buraxılır. Əks halda yalnız inzibati xəta haqqında protokola sübut kimi istinad edilməklə onun təqsirli sayılması riski ilə üzləşir. Qeyd olunan səbəbdən məhkəmə qərarı iş üçün əhəmiyyətli olan əsas halın sübut edilməməsi və İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə qəbul edilib. Bu səbəbdən məhkəmə qaydasında ləğv edilməlidir. Göstərilənlərə əsasən Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi Natig İakhıaev şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Natig İakhıaev xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda idarə etdiyi “Mercedes-Benz 220” markalı, **-SJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası. Məhkəmə araşdırılması müəyyən edilmişdir ki, Bakı şəhər X5 İdarəsinin əməkdaşı tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil göstərilmədən inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(5-98)-558/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-558/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver