Məhkəmə qərarları › İş №3(5-98)-581/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-581/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-581/2026 18.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1 vəkili Nümayəndə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X49 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X49 Xidmətinin 13 avqust 2025-ci il tarixli, MN ******* saylı qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X56 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, X56 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru olaraq fəaliyyət göstərir. O, 05 noyabr 2025-ci il tarixində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X49 Xidməti tərəfindən verilmiş 13 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini istəmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-7011/2025 saylı, 14 noyabr 2025-ci il tarixli qərardadı ilə X20 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X65 Xidmətinin MN ******* saylı, 13 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-7011/2025 saylı 14 noyabr 2025-ci il tarixli qərardadı 15 dekabr 2025-ci il tarixində elektron məhkəmə informasiya sisteminə yerləşdirilmişdir. Qərardad qəbul edildikdən tam 1 (bir) ay sonra elektron məhkəmə informasiya sisteminə yerləşdirilmişdir. Qərardad sistemə yerləşdirildikdən sonra məlum olmuşdur ki, şikayətin geri qaytarılmasının əsası kimi X20 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X65 Xidmətinin MN ******* saylı, 13 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddətinin buraxılması və buraxılmış müddətin üzürlü sayılmasına dair əsaslı sübutun təqdim edilməməsi göstərilmişdir. Daha sonradan 17 dekabr 2025-ci il tarixində yenidən ərizə ilə Nəsimi rayon məhkəməsinə şikayət ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X49 Xidməti tərəfindən verilmiş 13 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini istəmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3 (006)-7916/2025 saylı, 25 dekabr 2025-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Belə ki, məhkəmə öz qərardadında təqdim edilmiş materialların natamam olduğunu və işə baxılarkən onu tamamalamaq mümkün olmadığını qeyd etmişdir. Məhkəmə öz qərardadında inzibati tənbeh vermə haqqında qərarın 13 avqust 2025-ci il tarixində qəbul edildiyini, qanunvericiliyə əsasən şikayət vermə müddətinin 10 gün olduğu, hazırki iş üzrə şikayətdə inzibati tənbeh vermə haqqında qərarın hansı tarixdə alındığını təsdiq edən sənədin iş materiallarına sübut qismində əlavə olunmadığını qeyd etmişdir. Qeyd olunur ki, inzibati tənbeh vermə haqqında qərar 13 avqust 2025-ci il tarixində qəbul edilsə də, qeyd edilən qərar 16 oktyabr 2025-ci il tarixində elektron hökümət sisteminə yerləşdirilmişdir. Bu işin mübahisəsiz halıdır. Belə ki, qeyd edilən qərarın elektron qərar olduğu işdə olan materiallardan da görülməkdədir. Yəni 13 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı qərar elektron qərardır və elektron qərar sistemə 16 oktyabr 2025-ci il tarixində yerləşdirilmişdir. 13 avqust 2025-ci il tarixində qərar qəbul edilərkən nə “İDEAL TM" QSC, nə də onun vəzifəli şəxs inzibati icraat barədə məlumatlandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1ci maddəsinin tələblərinə əsasən barəsində bu Məcəllənin 127-3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə elektron qaydada göndərilə bilər. Yuxarıda da qeyd etdiyimiz kimi qeyd edilən qərar 16 oktyabr 2025-ci il tarixində rəhbəri olduğum "xxxx" QSC-nin elektron kabinetinə yerləşdirildiyi üçün həmin qərardan şikayət vermək üçün nəzərdə tutulmuş müddət buraxılmamışdır. İlkin şikayətin 05 noyabr 2025-ci il tarixində verildiyini nəzərə alanda da görülməkdədir ki, 16 oktyabr 2025-ci il tarixində alınan qərardan şikayət vermənin son günü 05 noyabr 2025-ci il tarixidir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi qeyd edilən elektron qərardan şikayət vermək müddəti 10 gün deyil, əksinə 20 gündür. Qeyd edilən şikayət qərardadla geri qaytarılmaq əvəzinə mahiyyəti üzrə araşdırılsaydı, qeyd edilən halların hər biri məhkəmə araşdırması vaxtı öz təsdiqini tapacaqdı. Bundan başqa məhkəmə necə araşdırma aparaq bu qənaətə gələ bilir ki, təqdim edilən sənədlərdən MN seriyalı ******* saylı qərarın 16 oktyabr 2025-ci il tarixində elektron sistemə də yerləşdirildiyi görülməkdədir və bu xüsusat da sənədlərlə öz təsdiqini tapmaqdadır. Məlumat üçün bildirilir ki, 16 oktyabr 2025-ci il tarixində rəhbəri olduğu "xxxx" QSC-nin elektron kabinetinə X66 Xidməti tərəfindən qəbul edilmiş 13 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında qərar yerləşdirilmişdir. Bu qərarla tanış olarkən müəyyən edilmişdir ki, X56 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinin tələblərinə əsasən 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Hal-hazırda bir çox dövlət orqanları tərəfindən sənəd dövriyyəsi elektron sənədləşmə üzərindən aparıldığından qeyd edilən qərarın 16 oktyabr 2025-ci il tarixində sistemə yerləşdirildiyini müəyyən etmək mümkün idi. Qeyd edilən qərarın 16 oktyabr 2025-ci il tarixində elektron kabinetə yerləşdirildiyini təsdiq edən sənədlər şikayətə əlavə edilmişdir. Bildirilir ki, qeyd edilən qərarla tanış olarkən qərarda adları qeyd edilən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinin tələblərinə əsasən "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Maddənin tələbindən də göründüyü kimi inzibati xətanın törədilmiş sayılması üçün işçiyə dair sığortaçı təşkilatla icbari sığorta müqaviləsini bağlanmaması, işçilərin qeyd edilən hallardan icbari qaydada sığortalanmaması lazımdır. Ancaq təqdim edilən sübutlardan da göründüyü kimi adları siyahıda qeyd edilən işçilərlə müvafiq qaydada əmək müqaviləsi də bağlanmış, qeyd edilən işçilərə dair sığrotaçı şirkətlə icbari sığorta müqaviləsi bağlanmaqla sığorta ödənişləri aparılmışdır. Hər kəsə də məlumdur ki, icbari sığorta müqaviləsi sığortaçı şirkətlə sığorta edən təşkilat arasında bir dəfə bağlanır və hər dəfə işə qəbul edilən və işdən azad edilən işçilərlə bağlı əlavə sənəd qaydasında sığorta edən təşkilat tərəfindən sığortaçı şirkətə məlumat verilir və sığorta şirkəti tərəfindən təqdim edilən hesab-faktura əsasında sığorta ödənişləri həyata keçirilir. Əmək müqaviləsi rəsmiləşdirilmiş olan işçi barədə sığorta şirkətinin dərhal məlumatı olur ki, bundan sonra da sığorta edən təşkilata müvafiq qaydada hesab faktura təqdim edilir. Qeyd edilən həmin hesab faktura əsasında da sığorta edən təşkilat tərəfindən sığorta ödənişləri aparılır. Hesab edir ki, inzibati orqanın vəzifəli şəxs olaraq X20 cərimə edilməsi barədə elektron qərarın heç bir hüquqi əsası yoxdur və həmin qərar inzibati xətaya dair işə baxan məhkəmə tərəfindən ləğv edilməli, vəzifəli şəxsin əməlində inzibati xətanın tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X49 Xidməti tərəfindən direktoru olduğu "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində AR İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinin tələbləri əsasında ümumiyyətlə protokol tərtib edilməmişdir. İşgüzar adətlərdən də məlum olduğu kimi X49 vəzifəli şəxslə yanaşı AR İnzibati Xətalar Məcəlləsində hüquqi şəxsin cərimələnməsini nəzərdə tutuan müddəalar olduğunda vəzifəli şəxsin cərimələnməsi barədə qərar qəbul edir, hüquqi şəxsin barəsində protokol tərtib etməklə aidiyyət qaydasında qərardad qəbul edərək məhkəməyə göndərir. Ancaq hazırki iş üzrə inzibati orqan qismində X49 Xidməti tərəfindən belə bir addım atılmamışdır. İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Qeyd olunan normativ aktların tələblərindən də göründüyü kimi inzibati xəta hüquqa zidd, təqsirli və inzibati məsuliyyətə səbəb olan əməllər hesab olunmaqdadır. Yəni qanunvericiliyin tövsifindən də anlaşıldığı kimi inzibati xəta hesab olunan əməli (hərəkət və ya hərəkətsizliyi) törədən fiziki şəxsin, vəzifəli şəxsin və ya vəzifəli şəxsin həmin əməlin hüquqa zidd xarakterini əvvəlcədən dərk etmiş olması, onun zərərli nəticələrini qabaqcadan görüb bunları arzu etməsi, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermiş olması və ya törədilmiş əməlin nəticələrinin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olması, görməli olduğu halda onları görməməsi həmin əməlin inzibati xəta kimi qiymətləndirilməsi üçün əsas təşkil etməkdədir. Yuxarıda qeyd edilənlər və qanunvericiliyin tələbləri vəzifəli şəxs X20 hərəkətində hər hansı bir inzibati xətanın tərkibinin yaranmadığı səbəbindən iş üzrə icraata xitam verilməsi və. inzibati orqanın 13 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün hüquqi əsas təşkil edir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X49 Xidmətinin 13 avqust 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında X1 vəkili Nümayəndə şikayətinin təmin olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə qərarı qəbul etmiş qurumun nümayəndəsi X4 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X49 Xidməti tərəfindən qəbul edilmiş 13 avqust 2025-ci il tarixli, MN ******* saylı qərara əsasən X6, X71, X42, X7, X21, X22, X23, X32, X16, X33, X57, X17, X8, X43, X9, X44, X24, X58, X25, X10, X84, X59, X45, X34, X26, X18, X110 Oğlu, X72, X46, X60, X61, X35, X27, X36, X62, X28, X47, X37, X11, X12, X29, X13, X63, X64, X48, X19, X5, X30, X38, X39 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X56 tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamış, buna görə o, İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi üzrə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, verilmiş şikayət əsassız olduğundan rədd edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X49 Xidmətinin 13 avqust 2025-ci il tarixli, MN ******* saylı qərarına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə X6, X71, X42, X7, X21, X22, X23, X32, X16, X33, X57, X17, X8, X43, X9, X44, X24, X58, X25, X10, X84, X59, X45, X34, X26, X18, X110 Oğlu, X72, X46, X60, X61, X35, X27, X36, X62, X28, X47, X37, X11, X12, X29, X13, X63, X64, X48, X19, X5, X30, X38, X39 arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamış, buna görə X3 Xətalar Məcəlləsinin 469-1-ci maddəsi üzrə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin İ hissəsinə görə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla); istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər; müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular; təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq bu Qanuna əsasən aşağıdakılar icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar: Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. Beləliklə müəyyən edilir ki, X56 "xxxx" QSC-nin baş direktoru kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X49 Xidməti tərəfindən qəbul edilmiş 13 avqust 2025-ci il tarixli, MN ******* saylı qərara əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə X6, X71, X42, X7, X21, X22, X23, X32, X16, X33, X57, X17, X8, X43, X9, X44, X24, X58, X25, X10, X84, X59, X45, X34, X26, X18, X110 Oğlu, X72, X46, X60, X61, X35, X27, X36, X62, X28, X47, X37, X11, X12, X29, X13, X63, X64, X48, X19, X5, X30, X38, X39 arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir. Şikayət vermiş şəxs barəsində qəbul edilmiş qərarın əsassız olduğunu qeyd etsə də, müəyyən olunur ki, X6 və digərlərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamışdır. Eyni zamanda barəsində inzibati icraat aparılan şəxs tərəfindən bununun əksini sübut edən sənəd təqdim edilməmişdir. Belə olan halda "xxxx" QSC-nin direktoru X20 əməlində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinin tərkib əlamətləri olduğundan, barəsində düzgün olaraq həmin maddə üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, daha sonra bağlanılmış icbari sığorta müqaviləsinin bağlanılması özü-özlüyündə inzibati xətanın mövcudluğunu aradan qaldırmır. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X49 Xidmətinin 13 avqust 2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar