Məhkəmə qərarları › İş №3(5-98)-598/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-598/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-598/2026 27.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi Namazov Fərəc Elman oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 vəkili Nümayəndə iştirakı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 2-ci Ərazi Dövlət Yangın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 2-ci Ərazi Dövlət Yangın Nəzarəti İdarəsi tərəfindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 2-ci Ərazi Dövlət Yangın Nəzarəti İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixdə fərdi sahibkar X3 icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən reklam ofisində yoxlama prosesində yoxlamaya aid sənədlər yoxlayıcıya təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində icraat aparılan şəxs X3 vəkili Nümayəndə izahatında bildirmişdir ki, X3 hərəkətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin tərkibi yoxdur. Belə ki, X5 Xidmətinin 2-ci ərazi X5 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2026cı il tarixdə Qaradağ rayonu, ünvan 2 ünvanda qeydiyyatda olan vəzifəli şəxs X3 icarəçisi olduğu Nəsimi rayonu, Dağıstan 36 ünvanda yerləşən Reklam Ofisində keçirilmiş planlı yanğın-texniki müayinə zamanı sənədləri təqdim edilməsi və əraziyə baxış keçirilməsi bildirilmişdir. X4 orda olmadığından bu olanlardan xəbəri olmamışdır. İşçilər tərəfindən X5 İdarəsinin əməkdaşları əraziyə baxış keçirilməsinə icazə verərək və özlərində olan bütün sənədləri əməkdaşlara vermişlər. Hətta əməkdaşlara içməyə çayda vermişlər. X5 İdarəsinin əməkdaşları işçilərdən Təxliyyə planı istəmişlər. İşçilər isə həmin sənədin olmadığını bildirmişlər. Ancaq işçilər onlarda olan bütün sənədləri əməkdaşlara vermişlər. X5 İdarəsinin əməkdaşları həmin sənədləri götürərək Təxliyyə planın olmadığına görə həmin sənədin hazırlanmasını bildirərək orda heç bir protokol tərtib etmədən getmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin tərkibi odur ki, X5 İdarəsinin əməkdaşlarına Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmaqdır. Lakin ofisdə o halların heç bir olmamışdır. X5 İdarəsinin əməkdaşlarına yoxlamaya aid olan sənədləri təqdim etmişlər, yoxlama zamanı yaranan suallara şifahi izahatlar vermişlər, təhrif olunmuş, yanlış məlumatlar verməmişlər, istifadə olunan əraziyə baxış keçirilməsinə icazə vermişlər. Əlavə olaraq bildirilir ki, X4 orda olmadığından şəxsiyyəti müəyyən edilmədən onun iştirakı olmadan inzibati protokol tərtib edilmişdir. Protokola baxdıqda da bu hal görünür. Belə ki, protokolda (X4 orda olmadığından şəxsiyyəti müəyyən edilmədiyindən) X1 (Hüseynova soyadını 2015-ci ildən dəyişərək Hacıyeva olmuşdur) Hüseynova göstərilmişdir. X3 şəxsiyyət vəsiqəsi və Vöendə indiki soyadı 2015-ci il tarixindən X4 qeyd olunmuşdur. Protokoldan da görünür ki, X5 İdarəsinin əməkdaşları tərəfindən protokol tam və düzgün tərtib olunmamışdır. Yəni təqsir sübuta yetirilməmişdir, şəxsiyyəti və Vöen müəyyən edilərək qeyd edilməmiş və X4 orda olmamasına baxmayaraq protokolda qeyd edilmişdir ki, şəxs imza etməkdən imtina etmişdir. X2 hüquq və vəzifələri X5 İdarəsinin əməkdaşları tərəfindən kobud şəkildə pozulmuşdur. Əlavə olaraq bildirilir ki, YANĞİN - TEXNİKİ MÜAYİNƏ № Q-311 "6" yanvar 2026-cı il AKT-ında Yoxlama başlandı: "12" yanvar 2026-cı il, Yoxlama başa çatdı: "16" yanvar 2026-cı il göstərilməsinə baxmayaraq X5 Xidmətinin 2-ci ərazi X5 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2026-cı il tarixdə baxış keçirilmişdir. X3 əməlində olsa olsa Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin tərkibi olar ki, həmin maddəyə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərmə edilir. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və ya işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 2-ci Ərazi Dövlət Yangın Nəzarəti İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-18- 63/Q-311/2026 saylı qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi sahibkar X3 icarə əsasında işlətdiyi reklam ofisində xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixədək yanğın-texniki müayinənin aparılması ilə bağlı planlı yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, Q-311 saylı yanğın-texniki müayinə aktından görünür ki, ünvan 1 ünvanında yerləşən, fərdi sahibkar X3 icarə əsasında işlətdiyi reklam ofisində yoxlama prosesində yoxlamaya aid sənədlər yoxlayıcıya təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Lakin məhkəmə iclasında barəsində icraat aparılan şəxs X3 vəkili Nümayəndə İ.Hacıyeva tərəfindən heç bir pozuntu edilmədiyini, yanğın-texniki müayinənin keçirilməsinə şərait yaradıldığı qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. X3 vəkili Nümayəndə İ.Hacıyevaya istinad edilən inzibati xətanı törətmədiyini bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar