Məhkəmə qərarları › İş №3(5-98)-62/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-62/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-62/2026 19.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X2 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 30, mənzil 4; VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* (00100- 03941/25) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, EP ******* (00100-03941/25) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/000713 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-33-1100/012/017027 nömrəli xx.xx.2025-ci il tarixli, 3-33-1100/012/024137 nömrəli xx.xx.2025-ci il tarixli raportların icrası ilə əlaqədar bildirilir ki, həmin raportda Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə alınmış məlumata əsasən Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 17 (on yeddi) gömrük bəyannaməsi üzrə 420394.76 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC Türkiyə Respublikasında fəaliyyət göstərən “X5 X4 ve Dış Tic LTD” şirkəti ilə bağlanılmış 061424/001 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə istinad etməklə Bakı Bas Gömrük İdarəsində **********6288, **********3432, **********6906, **********2939, **********7016, **********4336, **********8508, **********3829, **********5334, **********3090, **********8959, **********7831, **********5403, **********0369, **********4761, **********5782, **********7574 sorğu nömrəli gömrük bəyannamələri üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində **********3432, **********6906, **********2939, **********7016, **********8508, **********3829, **********3090, **********8959, **********7831, **********5403, **********0369, **********4761, **********5782, **********7574 sorqu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallar müqabilində valyuta vəsaitləri mallar bəyan oluduğu tarixdən 180 gün ərzində tam olaraq “AZKARBON GROUP" MMC-nin müvəkkil bank hesabına köçürülmüşdür, lakin **********6288, **********4336, **********5334 sorqu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallar müqabilində ümumilikdə milli valyutaya nisbətdə 3496.07 (üc min dörd yüz doxsan altı manat yeddi qəpik) manat təşkil edən 2056.51 ABS dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəvvən edilmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru X3 izahatında bildirmişdir ki, ümumən Şəxs MMC-dən 19 ixrac əməliyyatı olub. Onlardan biri milli valyuta ilə satılan mallar olmaqla **********4232 sorğu nömrəli gömrük bəyannaməsi ilə ixrac gömrük proseduru ilə rəsmiləşdirilmişdir, həmin malların dəyəri 59400 manat təşkil etmiş və qeyd olunan 59400 manat idxalatçı şirkət tərəfindən Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülmüş və həmin bəyannamə üzrə heç bir borc qalmamışdır. Lakin 18 ixrac əməliyyatına gəlincə isə, Şəxs MMC-dən Rusiya Federasiyasında fəaliyyət göstərən “X5 X4 ve Dış Tic LTD” şirkətinə 061424/001 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə əsasında ümumilikdə dəyəri 338983.67 ABŞ dolları təşkil edən meyvə-tərəvəz **********6288, **********3432, **********6906, **********2939, **********7016, **********4336, **********8508, **********3829, **********5334, **********3090, **********8959, **********7831, **********5403, **********0369, **********4761, **********5782, **********7574, **********6288 sorğu nömrəli gömrük bəyannamələri ilə ixrac gömrük proseduru ilə rəsmiləsdirilərək ixrac olunmuşdur və həmin malların dəyəri ümumilikdə Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülmüşdür, lakin bank həmin köçürmələri sistem üzərində bağlamır, buna səbəb kimi köçürmə sviftlərində uyğunsuzluqların olması bildirilmişdir. Qeyd edim ki, həmin köçürmə sənədlərində təyinatda uyqunsuzluğun aradan qaldırılması “X5 X4 ve Dıs Tic LTD” şirkəti tərəfindən mümkün olmamış və bununla bağlı köçürülən məbləğlərin 061424/001 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə idxal etdikləri malların məbləğlərinə aid edilməsi ücün “X5 X4 ve Dış Tic LTD” şirkəti tərəfindən Mərkəzi Banka müraciət edilmişdir. Əslində alınan mallara görə məbləğ banka tam şəkildə köçürülmüçdür. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə aparılan hüquqi şəxsin direktorunun izahatını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan Gömrük Əməliyyatları İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/000713 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-33- 1100/012/017027 nömrəli xx.xx.2025-ci il tarixli və 3-33-1100/012/024137 nömrəli xx.xx.2025-ci il tarixli raportlara əsasən Şəxs MMC tərəfindən Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 17 (on yeddi) gömrük bəyannaməsi üzrə 420394.76 ABŞ dolları məbləğində vəsait müvəkkil bankda olan hesaba köçürülməmişdir. “Sənədlərə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC Türkiyə Respublikasında fəaliyyət göstərən “X5 X4 ve Dış Tic LTD” şirkəti ilə bağlanılmış 061424/001 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə istinad etməklə Bakı Bas Gömrük İdarəsində **********6288, **********3432, **********6906, **********2939, **********7016, **********4336, **********8508, **********3829, **********5334, **********3090, **********8959, **********7831, **********5403, **********0369, **********4761, **********5782, **********7574 sorğu nömrəli gömrük bəyannamələri üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində **********3432, **********6906, **********2939, **********7016, **********8508, **********3829, **********3090, **********8959, **********7831, **********5403, **********0369, **********4761, **********5782, **********7574 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallar müqabilində valyuta vəsaitləri mallar bəyan oluduğu tarixdən 180 gün ərzində tam olaraq “AZKARBON GROUP" MMC-nin müvəkkil bank hesabına köçürülmüş, lakin **********6288, **********4336, **********5334 sorqu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallar müqabilində ümumilikdə milli valyutaya nisbətdə 3496.07 (üc min dörd yüz doxsan altı manat yeddi qəpik) manat təşkil edən 2056.51 ABS dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəvvən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 1233 nömrəli Fərmanına əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs MMC-nin barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində inzibati cərimə edilməsini və qurum tərəfindən həmin cərimənin ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta dəyəri 2056.51 (iki min əlli altı dollar əlli bir sent) ABŞ dolları məbləğinin 30 (otuz) faizi, yəni 616.95 (altı yüz on altı dollar doxsan beş sent) ABŞ dolları məbləğində inzibati cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar