Məhkəmə qərarları › İş №3(5-98)-639/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-639/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-639/2026 02.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MTK-nin vəkili və etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MTK-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MTK-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 36 ünvanında yerləşən Şəxs MTK-yə məxsus yaşayış binasında planlı yanğın texniki müayinə keçirilən zaman “X1 Qanunun” 23-cü maddəsinin tələblərinin pozulduğu faktı aşkar edilmişdir. Aşkar olunmuş pozuntu ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti YTNƏŞ-nin TOYT NS-nin əməkdaşları tərəfindən cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MTK-nin vəkili və etibarnamə əsasında nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, tərtib edilmiş protokol tam əsassızdır və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR FHN DYN Xidməti tərəfindən tərtib edilmiş protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 36 ünvanında yerləşən "X2" MTK-ya məxsus yaşayış binasında keçirilən planlı Yanğın-Texniki Müayinə zamanı məlum olmuşdur ki, "X1" AR Qanununun tələbləri pozulmuşdur. Qeyd olunan pozuntular xx.xx.2026-cı il tarixli, 061 nömrəli Yanğın-Texniki Müayinə aktında göstərilmişdir. Həmin pozuntular: 1) Yaşayış binası və qeyri-yaşayış sahələri icbari sığorta olunmaması göstərilmişdir. Bununla bağlı bildirilir ki, "X2" MTK tərəfindən Bakı şəhəri, ünvan ünvanında inşa olunmuş 1 ədəd 92 mənzilli yaşayış binası, eləcə də 1-ci mərtəbə üzrə ümumi sahəsi 2557 kv.m və 2-ci mərtəbə üzrə ümumi sahəsi 2202 kv.m olan qeyri yaşayış sahələri xx.xx.2025-ci il tarixində xx.xx.2026-cı il tarixinədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. 2) Yaşayış binasının ərazisində yerləşən 1 mərtəbəli (mühafizə otağında) tikilidə yanğın xəbərverici siqnalizasiya qutusu quraşdırılmaması göstərilmişdir. Bununla bağlı bildirilir ki, həmin siqnalizasiya qurğusu mövcud olmuş, lakin FHN-nin DYN Xidmətinin əməkdaşları tərəfindən əsassız olaraq aktda qeyd edilmişdir. 3) Yaşayış binasının zirzəmi sahəsində yerləşən avtodayanacaq sahəsində pilləkən və lift hollarının qarşısında quraşdırılan yanğın qapısı özü-özünə bağlanması üçün qurğular saz vəziyyətdə olmaması göstərilmişdir. Bununla bağlı bildirilir ki, həmin qapıda hər hansı nöqsan mövcud olmamış və qapı saz vəziyyətdə olmuş və saz vəziyyətdə olmasının əks etdirən foto şəkil etiraz ərizəsinə əlavə edilmişdir. 4) Yaşayış binasında elektrik şaxtasında mərtəbələr arası bölgü aparılmaması göstərilmişdir. Lakin təqdim olunan fotoşəkillərdə aydın görünür ki, elektrik şaxtasında mərtəbələr arası hörgülər aparılmış və aktda qeyd olunan hal öz əksini tapmamışdır. Qeyd olunanlardan tam aydın görünür ki, tərtib edilmiş protokolda və aktda göstərilən hallar həqiqəti əks etdirmir və ümumiyyətlə MTK tərəfindən həmin pozuntulara yol verilməmişdir. Bundan başqa bildirilir ki, AR FHN DYN Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-18-5/2-3547/2025 saylı məktubdan görünür ki, Xidmətin mütəxəssisləri tərəfindən keçirilmiş müayinənin və müvafiq struktur bölmələrin təhlili əsasında "X2" MTK tərəfindən Bakı şəhəri, ünvan ünvanında inşa olunmuş yaşayış binası bütün normlara, həmçinin yanğına qarşı yönəldilmiş tələblərə əməl edilməklə inşa edildiyi müəyyən edilmişdir. AR FHN DYN Xidməti tərəfindən 3 ay öncə yoxlamalar aparılmış və yoxlamalar nəticəsində heç bir pozuntu belə aşkar edilməmişdir. Necə ola bilər ki, həmin yoxlamalarda iştirak edən və heç bir pozuntu aşkar etməyən inspektor 3 aydan sonra yuxarıda qeyd olunan pozuntuları aşkar etmişdir. Bu fakt bir daha təsdiq edir ki, MTK tərəfindən hər hansı pozuntular törədilməmişdir. Həmçinin bildirilir ki, AR FHN-nin DYN Xidməti tərəfindən "X2" MTK barəsində AR İXM-nin 518.3-cü maddəsinin tələblərinin pozulması ilə bağlı protokol tərtib edilmişdir. Həmin AR İXM-nin 518.3-cü maddəsinə əsasən, inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, qurğuların tikintisi, yenidən qurulması, müəssisələrin, binaların genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə inzibati pozuntu pozuntu yaradır. Bununla bağlı bildirilir ki, ümumiyyətlə qeyd olunan maddə "X2" MTK-ya şamil oluna bilməz. Bakı şəhəri, ünvan ünvanında inşa olunmuş yaşayış binasında hər hansı tikinti, yenidən qurulma, genişləndirilmə, texniki cəhətdən dəyişdirilmə işləri aparılmır və bina istismara belə verilmişdir. Belə ki, bununla bağlı xx.xx.2025-ci il tarixli AR FHN tərəfindən İstismara hazırlıq Aktı təsdiq edilmişdir. AR İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və ya işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərtib edilmiş 27 yanvar 2026-cı il tarixli, 061 saylı yanğın-texniki müayinə aktının surətindən görünür ki, 26-27 yanvar 2026cı il tarixdə Şəxs MTK-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 36 ünvanında yerləşən yaşayış binasında 14 yanvar 2026-cı il tarixli, 061 saylı qərar əsasında planlı yanğın texniki müayinə keçirilən zaman “X1 Qanunun” 23-cü maddəsinin tələblərinin pozulduğu, yəni yanğından sığortalama qaydalarının pozulması faktı müəyyən edilmişdir. İş materiallarında olan AR FHN DYN Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-18-5/2-3547/2025 saylı məktubdan görünür ki, Xidmətin mütəxəssisləri tərəfindən keçirilmiş müayinənin və müvafiq struktur bölmələrin təhlili əsasında "X2" MTK tərəfindən Bakı şəhəri, ünvan ünvanında inşa olunmuş yaşayış binası bütün normlara, həmçinin yanğına qarşı yönəldilmiş tələblərə əməl edilməklə inşa edildiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 24 sentyabr 2025-ci il tarixli arayışa əsasən "X2" MTK tərəfindən Bakı şəhəri, ünvan ünvanında inşa olunmuş 1 ədəd 92 mənzilli yaşayış binası, eləcə də 1-ci mərtəbə üzrə ümumi sahəsi 2557 kv.m və 2-ci mərtəbə üzrə ümumi sahəsi 2202 kv.m olan qeyri yaşayış sahələri xx.xx.2025-ci il tarixində xx.xx.2026-cı il tarixinədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən, inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə- fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MTK-nın təqsirliliyi sübuta yetirilə bilinmədiyi üçün iş üzrə başlanılmış icraata xitam verilməlidir. Belə ki, protokolda xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 36 ünvanında yerləşən Şəxs MTK-yə məxsus yaşayış binasında planlı yanğın texniki müayinə keçirilən zaman “X1 Qanunun” 23-cü maddəsinin tələblərinin pozulduğu faktı aşkar edildiyi qeyd edilsə də, məhkəmə araşdırması zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirildiyi təsdiq olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs MTK Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar