Məhkəmə qərarları › İş №3(5-98)-64/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-64/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-64/2026 19.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri X1 iştirakları ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə 25 dekabr 2025-ci il tarixli, 00100- 03984/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1100/012/039096 nömrəli raporta əsasən "Azərbaycan Dəmir Yollan” QSC (VÖEN: **********) tərəfindən **********5755 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yükün öhdəlik müddəti xx.xx.2025-ci il tarixində bitmişdir. Lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X2 Sistemi” informasiya resursuna baxış zaman müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli **********5755 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş “Dişli çarxı və əyləc diskləri zədələnmiş reduktor korpusu olmayan DR-1P dizel qatarının reduktorlu təkər cütü” adlı yükün öhdəlik müddəti xx.xx.2025-ci il tarixədək müəyyən olunmuşdur. Lakin "Azərbaycan Dəmir Yollan” QSC tərəfindən öhdəlik müddətinin uzadılması ilə bağlı müraciət öhdəlik müddətinin bitməsindən 2 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə olunmuşdur. "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən edilən xx.xx.2025-ci il tarixli 3-33-1100/1-038719/2025 nömrəli müraciətə əsasən malların öhdəlik müddəti xx.xx.2026-cı il tarixədək uzadılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi protokola etiraz edərək inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə səlahiyyətli orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Bakı Baş Gömrük İdarəsinin rəsmiləşdirmə mərkəzinin 3-cü şöbəsinin rəisi Elşən Zeynalovun xx.xx.2025-ci il tarixli raportundan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən **********5755 saylı gömrük bəyannaməsiilə xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yükün öhdəlik müddəti xx.xx.2025-ci il tarixində bitmişdir. Lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti kiçik leytenantı X4 tərəfindən tərtib edilmiş İXM-nin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 25 dekabr 2025-ci il tarixli, 00100-03984/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1100/012/039096 nömrəli raporta əsasən "Azərbaycan Dəmir Yollan” QSC (VÖEN: **********) tərəfindən **********5755 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yükün öhdəlik müddəti xx.xx.2025-ci il tarixində bitmişdir. Lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X2 Sistemi” informasiya resursuna baxış zaman müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli **********5755 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş “Dişli çarxı və əyləc diskləri zədələnmiş reduktor korpusu olmayan DR-1P dizel qatarının reduktorlu təkər cütü” adlı yükün öhdəlik müddəti xx.xx.2025-ci il tarixədək müəyyən olunmuşdur. Lakin "Azərbaycan Dəmir Yollan” QSC tərəfindən öhdəlik müddətinin uzadılması ilə bağlı müraciət öhdəlik müddətinin bitməsindən 2 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə olunmuşdur. "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən edilən xx.xx.2025-ci il tarixli 3-33-1100/1- 038719/2025 nömrəli müraciətə əsasən malların öhdəlik müddəti xx.xx.2026-cı il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 490-cı maddəsinə əsasən, gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "Azərbaycan Dəmir Yollan” QSC tərəfindən **********5755 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yükün öhdəlik müddəti xx.xx.2025-ci il tarixində bitmişdir. Lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X2 Sistemi” informasiya resursuna baxış zaman müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli **********5755 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş “Dişli çarxı və əyləc diskləri zədələnmiş reduktor korpusu olmayan DR-1P dizel qatarının reduktorlu təkər cütü” adlı yükün öhdəlik müddəti xx.xx.2025-ci il tarixədək müəyyən olunmuşdur. Lakin "Azərbaycan Dəmir Yollan” QSC tərəfindən öhdəlik müddətinin uzadılması ilə bağlı müraciət öhdəlik müddətinin bitməsindən 2 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə olunmuşdur. "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən edilən xx.xx.2025-ci il tarixli 3-33-1100/1-038719/2025 nömrəli müraciətə əsasən malların öhdəlik müddəti xx.xx.2026-cı il tarixədək uzadılmışdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar