Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-649/2026 18.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin etibarnamə əsasında nümayəndəsi X3 iştirakı ilə, X2 Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsasında toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X4 şikayət ilə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində saat 16:00 radə!ərində Süleyman Rüstəm 53 ünvanında özünə məxsus olan 99K729 nömrə nişanlı motosikleti idarə edərkən **-YP-*** nömrəli yol patrul avtomaşını onu heç bir qayda pozuntusu etmədiyi halda saxlamışdır. X10 kimi təqdim edən polis inspektorundan saxlama səbəbini soruşduqda ona motosikletin CO2 səviyyəsini ölçmək istədiyini bildirmiş və avtomaşından mənşəyi məlum olmayan cihaz gətirmişdir. Ona bu cihazın yalnız onun tabeçiliyində olan avtomaşında olduğunu və başqa heç bir yol patrul avtomaşınında olmadığını demişdir. Cihaz haqqında soruşanda isə ona olmuşdur ki, bu cihazın nə inventar nömrəsi, nə də Metrologiya idarəsindən verilən sertifikatı yoxdur. Şikayətçinin nəqliyyat vasitəsiin texniki baxış talonu olduğu halda, bu prosesin naməlum cihazla aparılmasına etiraz etmişdir. Yol patrul inspektoru bununla bağlı bildirdiyi iradlara məhəl qoymadan motosikletin səs boğucusundan çıxan CO2 səviyyəsini ölçərək, tullantı qazların normadan artıq olduğunu bildirmiş və şikayətçini Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə dəvət etmişdir. Şikayətçi isə şöbəyə getməkdən imtina edərək, yalnız cərimə duracağına gedəcəyini bildirmişdir. Ona polis şöbəsində bu məsələnin daha tez həll olacağını desələr də, şikayətçi qanunsuz durdurulduğunu bildiyi üçün bu məsələnin tam qanuni həll olunmasım istədiyini bildirmişdir. Yol-patrul xidməti inspektoru şikayətçiyə qayda pozuntusuyla bağlı protokol yazmaqdan imtina etmiş və onun sürücülük vəsiqəsi ilə texniki pasportunu vermək istəməmişdir. Şikayətçi saxlanma yerində protokolu yazdıra bilsə də, sənədlərini geri ala bilmədim. Saxlandığı yerdə şiakyətçinin X6 ilə danışıqlarını və onun qanunsuz hərəkətlərini yol patrul avtomaşuında əyləşən digər inspektor öz şəxsi telefonu ilə video qeydiyyata alırdı. Şikayətçi ona məxsus olan motosikletin heç bir nasazlığının otmadığına tam əmin olduğunu qeyd edir. Bu səbəbdən adıçəkilən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 eyni zamanda vəsatət ilə məhkəməyə müraciət edərək adıçəkilən qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsastət onunla əsaslandırılmışdır ki, şikayətçi mübahisələndirdiyi qərardan şikayət ilə ilk olaraq 21 avqust 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 22 avqust 2025-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Daha sonra o, 29 sentyabr 2025-ci il tarixdə yenidən şikayət ilə müraciət etmiş və məhkəmənin 29 sentyabr 2025-ci il tarixli qərardadı ilə şikayət növbəti dəfə geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul edən Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin etibarnamə əsasında nümayəndəsi X7 qeyd etmişdir ki, şikayətçi inzibati orqana verdiyi izahatında idarə etdiyi 99K729 nömrə nişanlı motosikletdə göstərilən nöqsanların mövcüd olduğunu və motosikleti duracaqdan götürdükdən sonra həmin nöqsanların aradan qaldırılacağını bildirmişdir. Bu səbəbdən şikayətin əsasız olduğunu qeyd edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk olaraq X2 Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpası ilə bağlı məsələyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə şikayətçinin öz vəsatətində qeyd etdiklərini üzrlü hal kimi nəzərə alaraq hesab edir ki, onun inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün prosessual müddətin bərpasına dair vəsatət təmin edilməli və şikayətə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə proses iştirakçısını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş şikayətçinin Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə verdiyi izahatından görünür ki, X4 idarə etdiyi 99K729 nömrə nişanlı motosikletdə göstərilən nöqsanların mövcüd olduğunu və motosikleti duracaqdan götürdükdən sonra həmin nöqsanların aradan qaldırılacağını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsi nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması hallarını özündə ehtiva edir. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görəyüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 12 avqust 2025-ci il tarixdə, saat 16:08-də idarə etdiyi “X8” minik markalı, 90-K-729 dövlət qeydiyyat nişanlı motosikl ilə ünvan 1 ünvanında hərəkətdə olarkən dövlət yol polisi xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra müəyyən edilmişdir ki, sürücü tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması halı baş vermişdir. Bu səbəbdən şikayətçi barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.5ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş qərara əsasən o, həmin maddələrdə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Şikayətçi öz şikayətində onun idarə etdiyi motosikletdə heç bir nasazlığın olmadığını və dövlət yol polisi xidmətinin əməkdaşı tərəfindən həmin motosikletin səs boğucusundan çıxan karbon dioksid qazının (CO2) səviyyəsinin naməlum cihazla ölçüldüyünü qeyd etmişdir. Lakin iş materiallarında olan X2 inzibati orqana verdiyi izahatından görünür ki, o, idarə etdiyi 99K729 nömrə nişanlı motosikletdə göstərilən nöqsanların mövcüd olduğunu və motosikleti duracaqdan götürdükdən sonra həmin nöqsanaların aradan qaldırılacağını bildirmişdir. Göründüyü kimi şikayətçi inzibati orqana verdiyi öz izahatında ona istinad edilən inzibati xətaları törətdiyini etiraf etmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(5-98)-649/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-649/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver