Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-936/2026 20.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi barədə 11 fevral 2026-cı il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhəməsinin 20 fevral 2025-ci il tarixli, 2(006)-639/2025 saylı icra vərəqəsinə əsasən Şəxs verilmiş borca görə 108.600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 398.7 manat alınaraq X2 ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli, 2(006)-617/2025 saylı icra vərəqəsinə əsasən Şəxs 45.339 manat borc və ödənilmiş 226.02 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra vərəqələrinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Şəxs icra vərəqələri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədləri üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Borclunun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamağını yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmişdir. Şəxs icra şöbəsinə gəlməkdən boyun qaçırdığı üçün barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd edilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X4 inzibati xəta haqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs planlı surətdə onunla tanış olmuş, sadəliyindən istifadə edərək ailəsinin içərisinə kimi gəlib çıxmış, əvvəlcə qoca, xəstə anasını, sonra yeniyetmə oğlunu şirin dili ilə, saxta mehribançılığı ilə aldadaraq pullarını ələ keçirmiş, lap sonda isə onu və onun vasitəsilə bir neçə qohumunu aldada bilmiş və pullarını ələ keçirmişdir. Hətta özünün zamin tapıb gətirdiyi təqdirdə öz adına iki bankdan kredit götürüb ona vermiş və bu gün də kredit ödəyir. Təkcə Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsində cavabdeh-borclu Şəxs 5 icra sənədi icraatdadır. Barəsində bir neçə Polis İdarələrində təhqiqat, istintaq aparılır, Xətai Rayon Polis İdarəsi tərəfindən bu yaxınlarda həbsdə də olunmuş və hazırda istintaq altındadır. "Leyla" ləqəbi ilə falçılıq da edir. Dələduzluq etməkdən, sadə vətəndaşların etibarlarından sui-istifadə etməklə külli miqdarda pullarını ələ keçirərək mənimsəyib və mənimsəməkdə davam edir. Bu gün o, cavabdeh-borclu Şəxs məkrli niyyətinə qurban gedənlərdən biridir, hazırda iki banka kredit ödəyir. Etibar etdiyi, təmannasız yaşamağına icazə verdiyi mənzilinin texniki avadanlıqlarından tutmuş yumşaq mebel dəstlərini, mətbəx mebelini, ermənilər kimi sanitar qovşağındakıları gecə ilə talayaraq, oğurlayaraq ona 50.000 manatdan çox zərər vurduğuna görə hazırda barəsində Yasamal RPİ-nin İstintaq Şöbəsində istintaq aparılmasına baxmayaraq ona qarşı böhtanlar yağdırmağa başlayan Şəxs cəmiyyət üçün, gələcək üçün arzuolunan deyil, təhlükə mənbəyidir. Bir tərəfdən falçı kimi, xanım kimi vətəndaşları öz toruna salmaq üçün fəaliyyət göstərirsə, digər tərəfdən isə yalanlar, böhtanlar danışmaqla ifşa olunmasını gizlədə bilir, cinayət məsuliyyətindən yayınır. Bu gün nəinki o və onun ailə üzvləri, hətta qoca və xəstə anası, qohumları cavabdeh-borclu Şəxs qanunsuz hərəkətlərindən əziyyət çəkirlər. Təkcə onun mənzilini talayaraq, yağmalayaraq vurduğu zərər 50.000 manatdırsa, iki banka kredit verirsə, Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən 46.000 manat pulunu əldə edə bilmirsə onun yaşam tərzimə sağlamlığına vurulan ağır zərbədir, travmadır. Bu travma ailəsinin bütün üzvlərinə, o cümlədən 2-ci sinif şagirdi olan Cavad adlı oğluna mənfi təsirləri olmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sağlamlığında problemlərin olduğunu, 3 ay müalicə aldığını, ödənişdən yayınmadığını, borcunu hissə-hissə ödəyəcəyini qeyd edərək ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(006)-639/2025 saylı icra vərəqəsinə əsasən Şəxs verilmiş borca görə 108.600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 398.7 manat alınaraq X2 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli, 2(006)-617/2025 saylı icra vərəqəsinə əsasən Şəxs 45.339 manat borc və ödənilmiş 226.02 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş 29 iyul 2025-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(006)-639/2025 saylı icra vərəqəsi üzrə tələbin könüllü olaraq dərhal icra edilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş 24 iyul 2025-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli, 2(006)-617/2025 saylı icra vərəqəsi üzrə tələbin könüllü olaraq dərhal icra edilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş 11 fevral 2026-cı il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərarın surətindən görünür ki, borclu Şəxs barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(006)-639/2025 saylı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli, 2(006)- 617/2025 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş X1 11 fevral 2026-cı il tarixli ərizəsində qeyd olunur ki, Şəxs ona bugünədək heç bir ödəniş etməmişdir. Bu səbəbdən də borcun ödənilməsi istiqamətində məcburi icra tədbirlərinin görülməsini və Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs icra sənədləri üzrə müəyyən olunmuş borcunu qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti icra məmuru tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(5-98)-936/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-936/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver