Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-939/2026 20.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33468521 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X1 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə ona məxsus “CHANGAN CS55 PLUS Plug-in Hybrid” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən barəsində EQ 33468521 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda hadisənin İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi (yanqosqusu) ilə tövsif edildiyi göstərilmişdir. Nəqliyyat vasitəsi saxlayan zaman ərazidə 3.27 (nəqliyyat vasitələrinin dayanmaq və durmaq qadağandır) və 3.28 (nəqliyyat vasitələrinin durması qadağandır) olmamış, o, ümumi istifadə nəqliyyat vasitələrinin hərəkət zolağına daxil olmamışdır. Hadisə yerində nəqliyyat vasitəsinin saxlanması zamanı qadağanedici nişanı mövcud deyildir. Hadisə ilə bağlı fotoşəkil materialı mövcuddur, həmin şəkillərdə nəqliyyat vasitəsinin və vəziyyətin aydın görünməsi təsdiq olunmuşdur. Fotoşəkildə göstərilən faktlar barəsində inzibati xəta tərkibi olmadığını göstərir. Yolun hərəkət hissəsində və ya digər hərəkət iştirakçılarına real maneə yaradacaq vəziyyətdə saxlanılmamışdır. Avtomobilin yerləşdirilməsi yol hərəkətinin təhlükəsizliyinə və nəqliyyatın normal axınına mane törətməmişdir. İnzibati protokolda göstərilən hal obyektiv sübutlarla (hadisə yerinin real vəziyyətini tam əks etdirən foto və ya video materiallar, məsafə və maneə faktı) təsdiq edilməmişdir. Təqdim olunan materiallar nəqliyyat vasitəsinin yanqosqu qaydasını pozduğunu dəqiq və şübhəsiz şəkildə sübut etmir. Bu səbəbdən, barəsində inzibati xəta tərkibinin mövcudluğu ilə bağlı şübhələr qalmaqdadır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. Yanqoşqu qaydasının pozulmasına görə məsuliyyəti nəzərdə tutur. Lakin bu maddənin tətbiqi üçün real maneə və qayda pozuntusu faktı sübut olunmalıdır. Qeyd olunanları nəzərə alaraq xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddələri ilə barəsində çıxarılmış xx.xx.2026-cı il tarixli, EQ 33468521 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayət vermiş şəxs və qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33468521 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən xx.xx.2026-cı il tarixdə, saat 12:44-də Bakı şəhəri, 20 Yanvar dairəsində “CHANGAN CS55 PLUS Plug-in Hybrid” markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə olunmuşdur; İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin müvafiq sistemindən əldə olunmuş fotoşəkillərdən aydın olur ki, “CHANGAN CS55 PLUS Plug-in Hybrid” markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2026-cı il tarixdə, saat 12:44-də Bakı şəhəri, 20 Yanvar dairəsində yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanaraq təhlükəli şəraitdə sərnişin düşürür. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə məsuliyyət müəyyən edir. Həmçinin, İnzibati Xətalar Məcəlləsi ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə (346.2-ci maddəsi), ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə (346.3-cü maddəsi), Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə (346.4-cü maddəsi), “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə (346.5-ci maddəsi), taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə (346.6-cı maddəsi), velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə (346.7-ci maddəsi), 5.9, 5.10.1–5.10.3 yol nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına və ya durmasına görə (346.8-ci maddəsi) və nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə (346.9-cu maddəsi) məsuliyyət müəyyən edir. Beləliklə müəyyən edilir ki, X1 xx.xx.2026-cı il tarixdə, saat 12:44-də Bakı şəhəri, 20 Yanvar dairəsində idarə etdiyi “CHANGAN CS55 PLUS Plug-in Hybrid” markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayandığına və ya durduğuna görə haqlı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33468521 saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. X1 şikayətində ümumi istifadə nəqliyyat vasitələrinin hərəkət zolağına daxil olmadığını, hadisə yerində nəqliyyat vasitəsinin saxlanması zamanı qadağanedici nişanın mövcud olmadığını, yolun hərəkət hissəsində və ya digər hərəkət iştirakçılarına real maneə yaradacaq vəziyyətdə saxlanılmadığını qeyd etsə də, fotoşəkildən aydın olur ki, o, yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanaraq təhlükəli şəkildə sərnişin düşürmüşdür. Həmçinin qeyd olunur ki, sağ tərəf ictimai nəqliyyat üçün ayrılmış zolaqdır, orada digər nəqliyyat vasitələrinin dayanması qadağandır. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Bu Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33468521 saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(5-98)-939/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-939/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver