Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-1023/2026 10.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi ilə “xxxx” MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında AR FHN Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında material Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” MMC barəsində AR FHN Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında ##.##.2026-cı il tarixli MN******* nömrəli protokola və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, ##.##.2026-cı il tarixdə ünvan 2 məhəllə ünvanında yerləşən anbarda keçirilmiş YTM əməliyyatı zamanı məlum oldu ki, YTQ 01- 2001; b-1.41: 2.4; 2.5; 6.5; 9.1; 10.4-ün tələbləri pozulmuşdur. Nəticədə “xxxx” MMC tərəfindən AR İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt ##.##.2026-cı il tarixli YTM aktı ilə sübuta yetirilir. “xxxx” MMC imzadan imtina etrmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş AR FHN Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin və “xxxx” MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, iclasda iştirak etməmiş və iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş AR FHN Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin və “xxxx” MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, ##.##.2026-cı il tarixdə ünvan 2 məhəllə ünvanında yerləşən anbarda keçirilmiş YTM əməliyyatı zamanı məlum oldu ki, YTQ 01-2001; b-1.41: 2.4; 2.5; 6.5; 9.1; 10.4-ün tələbləri pozulmuşdur. Nəticədə “xxxx” MMC tərəfindən AR İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt ##.##.2026-cı il tarixli YTM aktı ilə sübuta yetirilir. “xxxx” MMC imzadan imtina etrmişdir. -##.##.2026-cı il tarixli “Yanğın–texniki müayinənin aparılması haqqında qərardan” müəyyən edilir ki, ünvan 2 məhəllə, 1 mərtəbəli qeyri yaşayış binasında illik yoxlama planına əsasən planlı (növbəti) yoxlama müayinəsi aparılacaqdır. - ##.##.2026-cı il tarixli, **** nömrəli “yanğın-texniki müayinə aktından” müəyyən edilir ki, ünvan 2 məhəllə ünvanında yerləşən anbarda aparılan müayinə zamanı – obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təchiz edilməmişdir, obyektdə mövcud odsöndürənlərin saxlanması qaydalarına riayət edilməmişdir, obyektdə mövcud olan odsöndürən balonların tərkibi yenilənməmişdir, obyektdə yanğın zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün təxliyyə planı tərtib edilməmişdir, obyektin müəyyən sahələrində elektrik təsərrüfatı EQQQ-nın tələblərinə uyğun quraşdırılmamışdır, anbar otaqlarında malların yığılıb saxlanması zamanı yanğın təhlükəsizliyi norma və qaydalarına riayət edilməmişdir, obyektin işçilərinin yanğın təhlükəsizliyi qaydaları ilə təlimatlandırılması barədə xüsusi təlimat jurnalı tərtib edilməmiş və müvafiq qeydlər aparılmamışdır. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan” müəyyən edilir ki, “xxxx” MMC-də “Yanğın təhlükəsizliyi haaqqında” qanuna əsasən planlı yoxlama tərtib edilmişdir. Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının: 1.4-cü bəndinə əsasən, müəssisələrin bütün işçiləri, yalnız yanğına qarşı ilkin təlimatlandırıldıqdan sonra işə buraxılmalıdırlar. İşin xüsusiyyəti dəyişdikdə isə müəssisənin rəhbəri tərəfindən müəyyən edilmiş qaydada baş vermiş mümkün yanğınlar barəsində xəbər verilməsi və söndürülməsi üsulların öyrədilməsi üzrə əlavə təlimat keçməlidirlər. Hər bir vəzifəli şəxs, mühəndis-texniki heyət və fəhlə ilkin və sonrakı (ildə bir dəfədən az olmayaraq) yanğına qarşı təlimatlandırılaraq, bu haqda xüsusi Yanğına qarşı təlimatlandırma jurnalında imza etməlidirlər. 1.9.4-cü bəndinə əsasən, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslərin (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində yerinə yetirilməli olan vəzifəsidir. 2.4-cü bəndinə əsasən, hər bir müəssisənin yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə (təlimat) yanğına qarşı rejim müəyyənləşdirilməlidir. Həmin əmrdə və ya təlimatda aşağıdakılar öz əksini tapmalıdır: siqaret çəkmək üçün xüsusi yerin ayrılması və ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin olunması; hazır məhsulların, yarımfabrikatların və xammalın saxlanılması üçün yerlər təyin olunmalı və malların otaqlarda eyni vaxt ərzində saxlana biləcək miqdarı nəzərə alınmalıdır; yanar tullantıların və tozların təmizlənməsi, yağlı-xüsusi geyimlərin saxlanılması qaydaları müəyyən edilməlidir; iş vaxtının sonunda və yanğın baş verən zaman elektrik avadanlıqları şəbəkədən ayrılmalıdır; müvəqqəti odlu və digər yanğın təhlükəli işlərin görülməsi qaydaları nəzərə alınmalıdır; iş vaxtının sonunda otaqlara baxışın keçirilməsi və bağlanması qaydaları göstərilməlidir; yanğın hadisəsi zamanı işçilərin hərəkəti qaydaları qeydə alınmalıdır; yanğın təhlükəsizliyi əsaslarına dair dərslərin və yanğına qarşı təlimatın keçirilmə vaxtı və bu tədbirin keçirilməsi qaydaları üçün cavabdeh şəxslərin ayrılması göstərilməlidir. 2.5-ci bəndinə əsasən, bina və qurğuların (yaşayış evlərindən başqa) bir mərtəbəsində birdəfəlik 10 nəfərdən çox adam olarsa, yanğın zamanı insanların köçürülməsi üçün “köçürmə” planları işlənib hazırlanmalı və görünən yerlərdən asılmalıdır. Binada, onun mərtəbələrində olan insanları yanğın hadisəsi haqqında xəbərdar etmək üçün xəbərverici qurğular quraşdırılmalıdır. 6.5-ci bəndinə əsasən, elektrik qurğularının istismarı zamanı aşağıdakılar qadağan olunur: elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək; nasaz elektrik qurğularından istifadə etmək; elektrik lampasını və işıqlandırıcısını kağıza, parçaya və digər yanar materiallara bükmək, eləcə də ondan mühafizə qapağı örtük (plafonu) çıxarıldıqda istifadə etmək; dayağı yanmayan materiallardan olmayan elektrik ütülərindən, elektrik çaydanlarından və digər elektrik qızdırıcı cihazlarından istifadə etmək; standartlara uyğun olmayan (qeyri standart) elektrik istilik cihazlarından, düzgün seçilməmiş əriyən qoruyuculardan, qısa qapanmadan və artıq yüklənmədən mühafizə edən digər (əldəqayırma) aparatlardan istifadə etmək; magistral kabel xəttlərini və elektrik naqillərinin anbar otaqlarından, yanğın təhlükəli və yanğın partlayış təhlükəli zonalardan tranzit (birbaşa) çəkmək; elektrik qızdırıcı cihazlarını, televizorları, radio qəbuledicilərini və.s qurğuları şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq. 9.1-ci bəndinə əsasən, yanğın siqnalizasiyasına və yanğınsöndürmə avtomatik qurğularına, tüstüyə qarşı müdafiə, insanları yanğın haqqında xəbərdaretmə və köçürmənin idarəetmə sistemlərinə texniki xidmət və planlı-ehtiyat təmiri ( TX və PET ) üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan-qrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq, həyata keçirilməlidir 10.4-cü bəndinə əsasən, otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməlidirlər. Müvafiq sertifikatları olmayan yanğınsöndürmə vəsaitlərinin istifadəsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 518.1-ci maddəsinə əsasən Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş AR FHN Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən “xxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, ##.##.2026-cı il tarixdə ünvan 2 məhəllə ünvanında yerləşən anbarda keçirilmiş YTM əməliyyatı zamanı məlum oldu ki, YTQ 01-2001; b-1.41: 2.4; 2.5; 6.5; 9.1; 10.4-ün tələbləri pozulmuşdur. Nəticədə “xxxx” MMC tərəfindən AR İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt ##.##.2026-cı il tarixli YTM aktı ilə sübuta yetirilir. “xxxx” MMC imzadan imtina etrmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs “xxxx” MMC barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hüquqi şəxs “xxxx” MMC barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimənin aşağı həddə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 31.3, 40, 110, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI : ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx” MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Xətai rayon İcra Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-1023/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-1023/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver