Məhkəmə qərarları › İş №3(5-99)-1056/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-1056/2026

12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-1056/2026 12.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, qərardan şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs), qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin X1 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Bakı şəhər X1 İdarəsinin qəbul etdiyi ##.##.2026-cı il tarixli TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixdə saat 11:49 radələrində idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qara Qarayev pr 69a küçəsi ilə hərəkət edərkən heç bir yol hərəkətlərinin pozulmadığına baxmayaraq DYP əməkdaşları tərəfindən saxlanılmış və barəsində 327.2-ci maddə ilə 100 manat məbləğində cərimə və 3 bal inzibati tənbeh tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanın sübutlarla təsdiq edilmədiyini, hadisəni təsdiq edən foto, video və digər texniki sübutların təqdim edilməməsini, protokol tərtib edilən zaman işin hallarının tam və hərtərəfli araşdırılmamasını, şəxsin izahatının alınmamasını nəzərə alaraq, qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edərək ondan şikayət vermişdir. Həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, o, yaşıl işığın yanıb söndüyünü gördüyü üçün keçmiş, işığın tam söndüyünü görməmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin X1 İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, videomüşahidə zamanı “Chevrolet Cobalt LTZ” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun söndüyünü halda hərəkəti dayandırmadığı müəyyən edilmişdir. Bu səbəbdən də polis əməkdaşları tərəfindən saxlanılmış, ona inzibati xətanın mahiyyəti izah olunaraq həmin videogörüntü təqdim edilmiş və sürücü barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Nümayəndə qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş inzibati xətanın törədilməsini əks etdirən audio-video diskdə olan videogörüntünü iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -##.##.2026-cı il tarixli İXP7837591 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il saat 11:49-da Qara Qarayev pr 69a ünvanında “Chevrolet Cobalt LTZ” minik markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - ##.##.2026-cı il tarixli TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) “Chevrolet Cobalt LTZ” minik markalı, **-YS- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə İXM-nin 327.2-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. - İnzibati orqanın nümayəndəsi Nümayəndə tərəfindən elektron sistemə yerləşdirilmiş “etirazdan” müəyyən olunur ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 11:49 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr 69a ünvanında “Chevrolet Cobalt LTZ” minik markalı avtomobillə svetoforun əlavə bölməsinə riayət etməyərək hərəkəti davam etdirmişdir. Bu qayda pozuntusu faktını aşkar edən YPX inspektoru, polis baş sejantı X3 saxlayaraq xətanın mahiyyətini ona izah edərək barəsində tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmçinin patrul avtomobilində quraşdırılmış videoqeydiyyat funksiyasına malik vasitə ilə qayda pozuntusu qeydə alınmışdır. Şikayətin əsassız olmasını nəzərə alaraq, ##.##.2026-cı il tarixli TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. -İnzibati orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş patrul avtomobilində quraşdırılmış videoqeydiyyat funksiyasına malik vasitə ilə qeydə alınmış audio-video görüntüdən müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Chevrolet Cobalt LTZ” minik markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi svetoforun əlavə bölməsinə riayət etməyərək hərəkəti davam etdirərək tələblərə riayət etməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. 60-cı maddəsinin 2-ci hissəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından – yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirilmiş, bununla da inzibati xəta hadisəsi törədilmiş və barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanları və məhkəməyə təqdim olunmuş qayda pozunutusunu əks etdirən audiovideo görüntünü nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslı və qanunidir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri ictimai mənəviyyatı, ictimai qaydanı və ictimai təhlükəsizliyi, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İstər fiziki və hüquqi şəxslər, istərsə də inzibati orqanlar tərəfindən inzibati xətaların qarşısının alınması istiqamətində bütün tədbirlər həyata keçirilməli və heç biri qanunun onlara verdiyi imkanlardan sui-istifadə etməməlidir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Odur ki, Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan şikayəti təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından ləğv edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) AR DİN Bakı şəhər X1 İdarəsinin ##.##.2026-cı il tarixli TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar