Məhkəmə qərarları › İş №3(5-99)-1057/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-1057/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-1057/2026 05.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası BDYPİ-nin xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33563874 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası BDYPİ-nin xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33563874 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən X6 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, İzəddin Həsənoğlu küçəsi ilə maşın ilə hərəkətdə olan zaman DİN BDYPİ İnformasiya sistemi vasitəsi ilə AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. DİN BDYPİ İnformasiya sistemi xx.xx.2026-cı il tarixli, EQ 33563874 saylı qərarından görünür ki, DİN BDYPİ İnformasiya sistemi tərəfindən 1.1.1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına görə 100 manat cərimə və 3 bal yazılmışdır. DİN BDYPİ İnformasiya sistemi xx.xx.2026-cı il tarixli, EQ 33563874 saylı qərarı rəsmi olaraq xx.xx.2026-ci il tarixdə ona təqdim edilmişdir. Bakı şəhəri X10 İdarəsinin elektron qərarları qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Bakı şəhəri, Nərimanov rayonu, İzəddin Həsənoğlu küçəsində maşınla geriyə və ya sola hərəkət zamanı qoşa xətt olmayıb, videodan da göründüyü kimi protokol şəklindəki kimi deyil. Həmin döngədə qırıq xətt olub və dönmə manevri etmişdir. Həmin yolda geriyə dönmə icazəsi olduğundan maşın ilə geriyə dönmüşdür. Hal-hazırda belə bir maddi məsuliyyətin onun üzərinə qoyulması qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Hazırki iş üzrə heç bir araşdırma aparılmamışdır. Qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarından, habelə iş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, ona istinad edilmiş maddə üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası BDYPİ-nin xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33563874 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X2 bildirdi ki, hadisə baş verən günü həmin ərazidə qırıq-qırıq xəttin olub-olmaması dəqiq yadında deyil. Lakin xx.xx.2026-cı il tarixdə orada video çəkiliş etmişdir. Həmin videoçəkilişdən də görünür ki, qeyd olunan ünvanda qoşa xətt yox, qırırqqırıq xətt var. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmasının məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası BDYPİ-nin xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33563874 nömrəli qərarına əsasən X6 xx.xx.2026-cı il tarixdə, saat 16:20-də idarə etdiyi **-NO-*** dövlət qeydiyyat nişanlı “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı nəqliyyat vasitəsi ilə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə İXM-in 327.2-ci maddəsi ilə 100 manat cərimə olunmuşdur. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərə baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta hadisəsi həqiqətən törədilmişdir. Belə ki, “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü 1.3 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola dönmə əməliyyatı etmiş, bununla da İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. X3 əldə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 12-19 dekabr 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikasından görünür ki, həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu, İ.Həsənoğlu küçəsində yol hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi üçün “1.11” üfüqi nişanlanma xətti “1.3” üfüqi nişanlanma xətti ilə əvəz olunmuşdur. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-1-ci maddəsinə əsasən yol hərəkətinin təşkilinin texniki vasitələri – yollarda hərəkətin təşkili və tənzimlənməsi, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyinin və fasiləsiz hərəkətinin təmin edilməsi, yolların buraxıcılıq qabiliyyətinin artırılması üçün tətbiq edilən qurğular, avadanlıqlar və təsvirlərdir (svetoforlar, yol nişanları, nişanlama xətləri, qoruyucu sədlər, dirəkciklər və s.) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hussəsinin 2-ci bəndinə yol hərəkəti iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X6 xx.xx.2026-cı il tarixdə, saat 16:20-də Bakı şəhəri, Nərimanov rayonu, İ.Həsənoğlu küçəsində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. Bu səbəbdən X6 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi qərar, protokol, foto şəkil və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası BDYPİ-nin xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33563874 nömrəli qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar