Məhkəmə qərarları › İş №3(5-99)-1058/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-1058/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-1058/2026 18.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, ## ### 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, ev 14A, mənzil 38-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ## ###### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-ci il tarixdə, saat 19 radələrində “X1 minik” markalı, **-QH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu M.Əliyev küçəsində Babək prospekti istiqamətinə doğru sağ hərəkət zolağı ilə 40 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq idarəetməni itirdiyindən avtomobilinin qabaq sağ hissəsi ilə yolun sağ kənarında park vəziyyətində dayanmış “Kia Rio minik” markalı, 77- XJ-804 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsinə dəyərək onunla toqquşmuş, nəticədə avtomobildə sərnişin qismində əyləşmiş İskəndərova Könül Ələskər qızına dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, zərərçəkmiş şəxs İskəndərova Könül Ələskər qızı məhkəməyə ## #### 2026-cı il tarixdə ərizə ilə müraciət edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti olmadığını bildirmişdir. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, Nissan Note” markalı, **- QH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə taksi kimi idarə edir. ## ###### 2026ci il tarixdə, saat təxminən 19 radələrində o, həmin avtomobillə 40 km/saat surətlə Nizami rayonu M.Əliyev küçəsi ilə Babək prospekti istiqamətində yolun sağ hərəkət zolağı ilə hərəkət etmişdir. Yolun “Manisa-Hall” şadlıq sarayı ilə üzbəüz keçən hissəsində sükan arxasında ani olaraq gözü qaraldığı üçün idarəetməni itirib yolun sağ kənarında parklanmış “Kia Rio” markalı avtomobilin arxa sol hissəsinə idarə etdiyi avtombilin qabaq hissəsi ilə dəymişdir. Toqquşma nəticəsində avtomobilində tək sərnişin kimi olan müştəri xanım xəsarət almışdır. Həmin xanım avtomobildən düşüb xəstəxanaya getmişdir. Özü isə avtomobilin sahibinə zəng edib məlumat vermişdir. Zərərçəkmiş şəxs İskəndərova Könül Ələskər qızı ondan şikayətçi deyildir. Əməlindən səmimi peşmandır. Göstərdiklərini nəzərə alaraq, barəsində cərimə tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair ## ###### 2026-cı il tarixli, ** nömrəli rəydən görünür ki, İskəndərova Könül Ələskər qızında alnın əzilmiş-cırılmış yarası; sağ əlin şişkinlik halında əzilməsi və hematoması; sol baldırın hematoması; sol bazunun, sol saidin, sağ diz nahiyəsinin qançırları; sol baldırın şişkinlik halında əzilməsi müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni ##.##.2026-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində alınmaları mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşdə olan ## ###### 2026-cı il tarixli qərardan görünür ki, HK-*/** nömrəli araşdırma materialı üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin şikayətinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar