Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-1082/2026 26.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin X6 Şöbəsinin yol patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi “Medleks” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü, 327.1-ci, 511.3-cü və 329.3-cü maddələri ilə Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixində saat 20:50-də Heydər Əliyev prospektində “X7 Rover” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM 329.3-cü, 327.1-ci, 511.1.3-cü və 511.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Nəticədə Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin X6 Şöbəsinin yol patrul xidməti inspektoru X3 tərəfindən xx.xx.2026-cı il tarixli, İXP7859792 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclas zalında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin X6 Şöbəsinin yol patrul xidməti inspektoru X3 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixində saat 20:50-də Heydər Əliyev prospektində “X7 Rover” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən qərəzli formada qaydaları pozmuşdur. Nəticədə AR İXM 329.3-cü, 327.1-ci, 511.1.3-cü və 511.3cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Nəticədə Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin X6 Şöbəsinin yol patrul xidməti inspektoru X3 tərəfindən xx.xx.2026-cı il tarixli, İXP7859792 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tələsdiyi üçün manevr qaydalarını pozduğunu etiraf etmiş, avtoxuliqanlıq etmədiyini bildirmiş, həmin gün onu saxlayan polisə manevr qaydalarını pozmasına görə protokol tərtib ediləcəyi halda ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi “Medleks” Vəkil Bürosunun vəkili Vəkil məhkəməyə yazılı təqdim etdiyi vəsatətin mətninə uyğun izahat verərək, Şəxs Bakı şəhəri Nizami RPİ-nin 23-cü PŞ-də saxlanılmasını, şəxsə məxsus avtomobilin dayanacağa yerləşdirilməsini polisin prosessual pozuntulara yol verməsi kimi qiymətləndirmişdir. Əlavə olaraq, Şəxs qarşı qərəzli yanaşılaraq onun qanunsuz tutulduğunu və polisin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi göstərilən maddələr üzrə Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas zalında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ yol patrul xidməti inspektoru X2 xx.xx.2026-cı il tarixində xidmətdə olan zaman “X7 Rover” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin manevr qaydalarını pozaraq idarə edildyindən onu saxladıqlarını, özlərini təqdim edərək, sürücünün Şəxs olduğu müəyyənləşdirilmişdir. Şəxsə nəqliyyat vasitəsini manevr qaydalarını pozaraq, nəqliyyat vasitəsini qəflətən sürətlə hərəkət edirərək, qeyrik-etik formada idarə etdiyi izah olunmuşdur. Nəticədə şəxs barəsində AR İXM 329.3-cü, 327.1-ci, 511.1.3-cü və 511.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxsi, şahidi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2026-cı il tarixli, İXP7859792 saylı “İnzibati xəta haqqında” protokoldan göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixində saat 20:50-də Heydər Əliyev prospektində “X7 Rover” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM 329.3-cü, 327.1-ci, 511.1.3-cü və 511.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. - xx.xx.2026-cı il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2026-cı il tarixində saat 20:50-də inzibati qaydada tutulmuş, xx.xx.2026-cı il tarixində saat 17:30-da inzibati qaydada tutmadan azad edilmişdir. - xx.xx.2026-cı il tarixli “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” aktdan müəyyən edilir ki, Şəxs məxsus “X7 Rover” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2026-cı il tarixdə saat 22:30-da 20 saylı cərimə meydançasına yerləşdirilmişdir. -Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi “Medleks” Vəkil Bürosunun vəkili Vəkil xx.xx.2026- cı il tarixdə məhkəməyə yazılı müraciət edərək, Şəxs qanunsuz olaraq xx.xx.2026-cı il tarixində saat 21:00 radələrində inzibati qaydada tutulduğunu, 23-cü polis şöbəsində saxlanıldığını, hətta ona məxsus avtomobilin də duracağa yerləşdirildiyini bildirmişdir. Şəxs qanunsuz olaraq tutan Nizami Rayon DYPİnin və 23-cü PŞ-nin əməkdaşlarının və avtomobili qanunsuz duracağa yerləşdirilməsi ilə bağlı Nizami Rayon DYPİ-nin əməkdaşlarının qanunsuz əməllərinə qiymət verilməsi ilə bağlı xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. -audio-video diskdə inzbati xəta hadisəsinin aşkarlanması zamanı çəkilmiş videogörüntünün əks olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 511.3-cü maddəsinə əsasən bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 49-cu maddəsinin İ. bəndində əsasən normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. 51-ci maddəsinin İİİ. bəndinə əsasən ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhər Nizami rayon DYPŞ-yə göndərilməlidir. Məhkəmə təqdim edilmiş inzibati materialı araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamış, barəsində protokol tərtib edilən şəxsin inzibati xətanın subyekti olması, inzibati məsuliyyətə cəlb olunması məsələsi araşdırılmamışdır. Məhkəmə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu, tərəflərin izahatlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü və 511.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında protokol tərtib etmiş şəxs tərəfindən tədim edilmiş audio-video diskdə olan videgörüntüyə baxış keçiriliməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yolun sol zolağı boş olmadığından nəqliyyat vasitəsi ilə manevrlər edərək irəlilədiyi müşahidə edilmişdir. İnzibai Xətalar Məcəlləsinin 511.1.3 maddəsinin dispozisiyasında isə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşaiət olunan hərkətlərin edilməsi inzibati xəta hadisəsi kimi müəyyən edilmişdir. Yəni, əməlin yuxarıda qeyd edilən İXM-nin 511.1.3-cü maddəsi ilə əhatə olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv cəhətinin yuxarıda göstərilən əlamətlərinin hər hansı biri mövcud olmalıdır. Lakin Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin obyektiv tərəfini təşkil edən hərəkətlərə yol verilməsi nə iş materiallarına əlavə olunmuş sənədlərdə, nə də ki məhkəməyə tədim edilmiş 01 ədəd DVD diskdə öz əksini tapmamışdır. Məhkəmə tərəfindən Şəxs əməlində İXM-nin 511.1.3-cü maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən, onun əməlində İXM 511.3-cü maddəsinin təkib əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 511.1.3-cü və 511.3-cü maddələrində göstərilən inzibati xətaların subyekti deyildir, inzibati xəta törədilməsinə aidiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: AR DİN Bakı şəhəri Nizami RPİ-nin X6 Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, İXP7859792 nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 511.3-cü maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 329.3-cü maddələri ilə inzibati qərar qəbul edilməsi məsələsinin həll edilməsi üçün həmin hissədə inzibati material AR DİN Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-1082/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-1082/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver