Məhkəmə qərarları › İş №3(5-99)-1104/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-1104/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-1104/2026 02.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında ##.##.2026-cı il tarixli MN******* nömrəli protokola əsasən məlum olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vətəndaş X2 avtomobil almaq adı ilə aldadaraq 100 manat pulunu almış və avtomobil verməmişdir. Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokollara baxılması üçün Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə iclas zalında Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru X1 izahat verərək bildirmişdir ki Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vətəndaş X2 avtomobil almaq adı ilə aldadaraq 100 manat pulunu almış və avtomobil verməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saxlanılaraq 25-ci PŞ-nə dəvət edilmişdir. Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək digər sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında ##.##.2026-cı il tarixli MN******* nömrəli protokolu tərtib etmiş şəxs protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas zalında zərərçəkmiş şəxs X2 izahat verərək maşını gördüyünü, lakin cüzi problemi olduğundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ayın 29-na kimi düzəldilib təhvil verilməsi üçün 100 manat beh verdiyini bildirmişdir. Daha sonra qalan məbləği ilkin 600 manat ödəməklə aylıq 750 manat olmaqla 36 aya bölmək şərtilə razılaşdıqlarını qeyd etmiş, sonradan maşın xarab olduğu üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs maşını istəmədiyini demişdir. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs pulu qaytaracağını bildirsə də, başı qarışıq olduğundan qaytarmamışdır. X2 hal hazırda ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd etmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək özünü təqsirli bilmədiyini, maşını satmaq niyyətinin olduğunu, 10 manat beh aldığını lakin, maşında problem çıxıdığından Elnurun artıq maşını almaqdan imtina etdiyini bildirmiş, başı qarışıq olduğu üçün həmin pulu Elnura qaytarmadığını, lakin artıq pulu ödədiyini bildirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, əməldə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokola əsasən məlum olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vətəndaş X2 avtomobil almaq adı ilə aldadaraq 100 manat pulunu almış və avtomobil verməmişdir. - Zərərçəkmiş şəxs X2 Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə verdiyi izahatından görünür ki, ##.##.2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ondan 100 manat pul alaraq “Chevrolet cobalt” avtomobili satacağını bildirməsinə baxmayaraq nə maşını vermiş, nə də pulu qaytarmışdır. Bu səbəbdən də zərərçəkmiş -#.##.2026-cı il tarixdə həmin şəxsdən şikayət etmiş, ##.##.2026-cı il tarixdə isə zərərçəkmişə dəymiş ziyan ödənildiyindən şəxsə qarşı şikayət və tələbi yoxdur. - 1#.##.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan müəyyən edilir ki, X2 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan qəbul edilmiş qərarın surəti barəsində inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti əməkdaşa həvalə edilmişdir. - ##.##.2026-cı il tarixli “Raport”dan müəyyən edilir ki, polis əməkdaşları 0#.##.2026-cı il tarixdə X2 ərizə ilə ##.##.2025-ci il tarixdə Nizami rayonu ərazisində yerləşən “Ağ ciyər” xəstəxanasının yaxınlıında yerləşən çayxanada Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə görüşərək sonuncu özünə məxsus “Chevrolet Cobalt” markalı avtomobilini satacağını vəd verərək qarşılığında 100 manat pil aldığını, lakin vədinə əməl etməyərək pulu mənimsədiyi barədə müraciəti 25 PŞ-nə daxil olmuş və PŞ-nin “Törədilmiş və hazırlanan cinayətlər haqqında ərizələrin və məlumatların qeydiyyatı kitabı”nda 18 sayda qeydiyyata alınmışdır. X2 hadisə nəticəsində ona 100 manat maddi ziyan dəydiyini bildirmişdir. - “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. - Zərərçəkmiş şəxs X2 məhkəməyə ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın ödənildiyini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Məhkəmə təqdim edilmiş inzibati materialı araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamış, barəsində protokol tərtib edilən şəxsin inzibati xətanın subyekti olması, inzibati məsuliyyətə cəlb olunması məsələsi araşdırılmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxs qismində tanınmış şəxsin izahatları və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqilə müəyyən edildi ki ki, tərəflər arasında yaranmış münasibət mülki hüquqi xarakter daşıyır. Tərəflər arasında avtomobilin alqı-satqısına dair şifahi olaraq beh müqaviləsi bağlanmış, lakin beh vermiş tərəf müqavilənin icra edilməsindən imtina etdiyi üçün qarşı tərəf beh olaraq verilmiş 100 manat məbləğdə pulu beh verənə qaytarmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 227-ci maddəsində göstərilən inzibati xətaların subyekti deyildir, inzibati xəta törədilməsinə aidiyyəti yoxdur, onun əməlində İXM-nin 227-ci maddəsinin təkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: ##.##.1997-ci il təvəllüdlü, Naxçıvan Muxtar Respublikası, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada tutmadan dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar