Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-1148/2026 10.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov kuçəsı ərazisində yerləşən müşahidə kamerasının qeydə aldığı görüntü əsasında, 77-LT- 640 dövlət qeydiyyat nişanlı "Lexus" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu iddia edilərək EQ******** nömrəli qərarla ona 100 (bir yüz) manat məbləğində cərimə və 3 cərimə balı tətbiq edilmişdir. Hesab edir ki, qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Belə ki, 1.Həmin ərazidə hərəkət istiqamətində dönməni qadağan edən yol nişanı və ya sonadək çəkilmiş davamlı (bütöv) xətt mövcud deyildir. 2. Təqdim edilmiş foto və ya video materiallar inzibati xətanın baş verdiyini tam və obyektiv şəkildə sübut etmir. 3. İnzibati iş üzrə faktiki hallar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. 4. Qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsi və işin obyektiv araşdırılması ilə bağlı tələblərinə riayət edilməmişdir. 5. Şəxsin təqsiri sübuta yetirilmədiyi halda inzibatı məsuliyyət tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən, inzibati xəta - qanuna zidd, təqsirli əməl (hərəkət və ya hərəkətsizlik) hesab olunur. Hazırkı halda: həmin ərazidə dönməni qadağan edən yol nişanı mövcud deyildir; davamlı (bütöv) xətt çəkilməmişdir; qadağa faktı sübuta yetirilməmişdir. Belə olan halda əməl inzibati xəta tərkibi yaratmır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə o, təqsirsiz hesab olunur. Eyni prinsip İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində də təsbit edilmişdir. İş üzrə təqdim edilmiş materiallar pozuntunu birmənalı və şübhəsiz sübut etmir. İXM-in 84-cü maddəsinə əsasən, sübutlar işin düzgün həlli üçün kifayət qədər və etibarlı olmalıdır. Təqdim edilmiş foto və video material: yol nişanının mövcudluğunu təsdiq etmir; qadağanın qanunvericiliyə uyğun tətbiq olunduğunu göstərmir; inzibati xəta tərkibini tam sübuta yetirmir. İnzibati icraatda sübut etmə vəzifəsi inzibatı orqanın üzərinə düşür. Dövlət Yol Polisi tərəfindən qadağanedici yol nişanının mövcudluğu, nişanın qanunvericiliyə uyğun quraşdırılması, nişanın sürücü tərəfindən aydın görünməsi, inzibati xəta tərkibinin bütün elementləri sübuta yetirilməmişdir. Sadəcə dönmə faktının qeydə alınması pozuntu faktının mövcudluğunu avtomatik sübut etmir. Göstərilən istiqamətdə uzun müddətdir hərəkət edir və həmin ərazidə dönməni qadağan edən hər hansı yol nişanı mövcud olmamışdır. Bu hal tərəfindən çəkilmiş foto və video materiallarla da təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəalarına əsasən, inzibati məsuliyyət yalnız pozuntu halı sübuta yetirildiyi halda tətbiq oluna bilər. Şübhələr şəxsin xeyrinə həll olunmalıdır. ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda onun ##.##.2026cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydasını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin iş materiallarına əlavə etdiyi foto və video görüntülərdən aydın şəkildə görünür ki, hadisənin baş verdiyi yol sahəsində üfüqi nişanlanma xətləri fasiləli (qırıq) xətlərdən ibarətdir. Belə olan halda, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Məhkəmədən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 11:04-də və saat 12:04-də Nizami rayonu, E.Süleymanov küçəsində “Lexus GX460” minik markalı, **LT*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, onun tərəfindən bir il ərzində 22 bal toplandığından İXM-nin 27.4-cü maddəsinin tələbinə əsasən onun barəsində inzibati cərimə tətbiq edilmədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Məhkəmədən Qərardan şikayət verən orqan (şəxs) şikayəti əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. İşdə materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 11:04-də və saat 12:04-də Nizami rayonu, E.Süleymanov küçəsində “Lexus GX460” minik markalı, **LT*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, onun tərəfindən bir il ərzində 22 bal toplandığından İXM-nin 27.4-cü maddəsinin tələbinə əsasən onun barəsində inzibati cərimə tətbiq edilmədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. - təqdim edilmiş videogörüntüdən görünür ki, sürücü avtomobili ilə yol kənarında, “Megastore” yaxınlığında hərəkətdədir. Yol səthi açıq görünür və hərəkət intensiv deyil. “Megastore” mağazasının parkinqinə giriş etmək üçün sol tərəfdən yol nişanlanması fasiləli (qırıq) xətlərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən məsuliyyət yalnız qadağanedici yol nişanlarının və ya üfüqi nişanlanma xətlərinin tələblərinin pozulması hallarında yaranır. Bu baxımdan, həmin maddə üzrə inzibati məsuliyyətin tətbiqi üçün sürücünün hərəkətinin konkret olaraq qanunla qadağan edilmiş davranışa uyğun olması zəruridir. İş üzrə təqdim olunmuş foto və videogörüntülərdən aydın şəkildə müəyyən edilir ki, hadisənin baş verdiyi yol sahəsində üfüqi nişanlanma xətləri fasiləli (qırıq) xətlərdən ibarət olmuşdur. Yol hərəkəti qaydalarına uyğun olaraq belə nişanlanma xətləri nəqliyyat vasitələrinin həmin xətti kəsərək manevr etməsinə, o cümlədən sola dönmə və zolaq dəyişmə hərəkətlərini həyata keçirməsinə icazə verir. Eyni zamanda, sürücü Qərardan şikayət verən orqan (şəxs) tərəfindən həyata keçirilən manevr digər yol hərəkəti iştirakçılarına hər hansı maneə yaratmamış, onların hərəkətinə təhlükə törətməmiş və nəqliyyat axınının normal gedişi pozulmamışdır. Digər nəqliyyat vasitələrinin hərəkət trayektoriyasında və sürətində məcburi dəyişiklik baş verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9-cu maddinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, inzibati orqana məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, lakin Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında qərar qəbul edərkən əməlində inzibati xətanın olub-olmamasının, inzibati xəta törədən şəxsin təqsirinin və işin düzgün həlli üçün əhəmiyyətli olan halların müəyyən edilməsi üçün hansı sübutlara istinad edilməsinə dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. İş üzrə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübut toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi isə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi sübutları əldə etməli, onları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli, bu zaman şəxsin təqsirli olmasına dair yaranmış şübhələri onun xeyrinə həll etməli olduğu halda, qeyd edilən halları ümumiyyətlə müəyyən etmədən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli olması qənaətinə gəlmişdir. Həmçinin İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(5-99)-1148/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-1148/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver