Məhkəmə qərarları › İş №3(5-99)-1150/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-1150/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-99)-1150/2026 05.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi ilə X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətini nəzərdən keçirərək, müəyyən etdi: X3 xx.xx.2026-cı il tarixli İXP7869685 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, X3 barəsində AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli İXP7869685 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək şəxs 100 manat məbləğində cərimə olunmuşdur. X3 inzibati xəta haqqında protokolu əsassız hesab edərək, şikayət vermiş, AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli İXP7869685 nömrəli inzibati xəta haqqında protokolun və qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, materiallar baxılmadan geri qaytarılmalıdır. Belə ki, X3 AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli İXP7869685 nömrəli inzibati xəta haqqında protokoldan şikayət vermiş, lakin həmin protokol əsasında tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərarı isə şikayətə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 132.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; Göründüyü kimi, inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında protokoluna deyil, inzibati xəta haqqında iş üzrə qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Bunun üçün isə barəsində şikayət verilmiş qərarın mövcud olması və onun şikayətlə birlikdə məhkəməyə təqdim edilməsi zəruridir, həmçinin şikayətdə qərarla müəyyən olunmuş hallar müvafiq qaydada əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, X3 mübahisələndirdiyi qərarı təqdim etməmiş və şikayətini qərarın müvafiq hallarına uyğun əsaslandırmamışdır. Bu səbəbdən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayət X2 geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 100 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X3 tərəfindən xx.xx.2026-cı il tarixli İXP7869685 nömrəli inzibati xəta haqqında protokoldan verilən şikayət geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar