Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-1207/2026 17.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, qərardan şikayət vermiş Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) AR DİN Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli EQ******** saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) AR DİN Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli EQ******** saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə saat 19:50 radələrində Bakı şəhəri, Nizami rayonu, 47D Qarayev prospektində “Honda İnsight” markalı, **FN*** dövlət qeydiyyat nişanlı avtomaşını taksi duracağında saxlayarkən DYP əməkdaşları tərəfindən AR İXM-nin 346.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 40 manat 2 bal cərimə tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) bildirmişdir ki, rəsmi olaraq taksi fəaliyyəti ilə məşğul olur və bunun üçün lazımi sənədləri (buraxılış vəsiqəsi və buraxılış kartı) AYNA-dan almışdır. Qəbul edilmiş qərarın qanunsuz və əsassız olmasını nəzərə alaraq, Qərardan şikayət verən orqan (şəxs) AR DİN Bakı şəhər DYPİ-nin ##.##.2026cı il tarixli EQ******** saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, tərtib olunmuş qərarın qanunsuz hesab edilərək ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş AR DİN Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iclasda iştirak etməmiş və iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş AR DİN Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - AR DİN BDYPİ-nin ##.##.2026-cı il tarixli EQ******** saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat saat 19:50-də Bakı şəhəri, Nizami rayonu, 47D Qarayev prospekti ünvanında “Honda İnsight” hibrid minik markalı **FN*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə AR İXM-nin 346.6-cı maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. - AYNA “Taksi Minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış kartından” müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) “Honda İnsight” hibrid minik markalı **FN*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərində ##.##.2024-cü il tarixdən ##.##.2029-cu il tarixədək taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilir. - AYNA “Taksi Minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsindən” müəyyən edilir ki, taksi minik avtomobilləri ilə sərnişin daşımaları həyata keçirən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2031-ci il tarixədək verilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin III hissəsinin 10-2-ci bəndinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərində dayanması qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa * saylı Əlavəyə əsasən 5.14 nişanı taksi minik avtomobillərinin duracaq yerini göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.5-1. ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 346.6-cı maddəsinə əsasən, taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər hüquqazidd əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) qanunvericiliyə uyğun qaydada taksi fəaliyyəti ilə məşğul olması onun məhkəməyə təqdim etdiyi “Taksi Minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış kartından” və “Taksi Minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vərəqəsindən” açıq şəkildə sübuta yetirilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs taksi fəaliyyəti ilə məşğul olduğundan taksi duracağında dayanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, AR DİN Bakı şəhəri DYPİ tərəfindən şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılması qanunsuz və əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. AR DİN Bakı şəhəri DYPİ-nin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 346.6-cı maddəsi ilə 40 (qırx) manat məbləğində inzibati cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli EQ******** saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-1207/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-1207/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver