Məhkəmə qərarları › İş №3(5-99)-1259/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-1259/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-1259/2026 11.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş AR DİN Bakı şəhəri Nizami RPI-nin 24-cü PŞ-nin sahə inspektoru, R X1, Zərərçəkmiş şəxs Əliyev Cahid Hakim oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ-nin sahə inspektoru, R X1 tərəfindən AR İXM-nin 227-ci maddəsi ilə ##.##.2026cı il tarixli, MN******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə əsasən məlum olur ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən lombarda girov qoyduğu İphone15 markalı mobil telefonu aldadaraq geri götürüb çıxıb getmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş AR DİN Bakı şəhəri Nizami RPI-nin 24-cü PŞ-nin sahə inspektoru, R X1 protokolun mətnini müdafiə edərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs pula ehtiyacı olduğu üçün ##.##.2026-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən lombarda İphone15 markalı mobil telefonu girov qoyaraq 450 manat pul götürmüşdür. Həmin gün saat 17 radələrində yenidən mağazaya gedərək götürdüyü pulu karta ataraq ödəyəcəyini bildirmiş və girov qoyduğu İphone15 markalı mobil telefonu aldadaraq geri götürmüş, guya telefonla danışaraq çıxıb getmişdir. Əliyev Cahid Hakim oğluna qarşı xəta törətmiş şəxsin müəyyən edilməsi istiqamətində aparılmış tədbirlər zamanı həmin şəxsin ##.##.2000-ci il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğu müəyyən edilmiş və həmin şəxs ##.##.2026-cı il tarixdə saat 15:00 radələrində yaşadığı ünvan 1 ünvanında saxlanılaraq 24-cü polis şöbəsinə aparılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ağır cəza tətbiq olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək özünü təqsirli bildiyini, çox peşman olduğunu, pula ehtiyacı olduğu üçün əməli əvvəlcədən planladığını qeyd etmişdir. Telefonu aldadaraq lombarddan götürdükdən sonra “Xalqlar dostluğu” metrostansiyası yaxınlığında yerləşən digər lombardda yenidən 450 manata girova qoymuşdur. Dəymiş ziyanı ödəməyə imkanı yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yuxarıda göstərilənləri və yaxın zamanda bacısının xeyir işi olacağını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun müştərisi olduğunu, ondan belə bir hərəkət heç gözləmədiyini bildirmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nömrəsini taxaraq zəng etmək adı ilə telefonu götürüb qaçdığını əlavə etmişdir. Zərərçəkmiş Əliyev Cahid Hakim oğlu hadisə baş verdikdən sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə danışaraq telefonu geri verməsini tələb etmiş, lakin o, telefonu qaytarmamışdır. Zərərçəkmiş şəxs məcbur qalaraq sonunda polisə müraciət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmiyyətə ziyan verdiyini, ona dəymiş ziyanın ödənilmədiyini, barəsində ağır cəza tətbiq olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xətahaqqında işin materiallarını araşdıraraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən lombarda girov qoyduğu İphone15 markalı mobil telefonu aldadaraq geri götürüb çıxıb getmişdir. -“İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il saat 16:00-da inzibati qaydada tutulnuşdur. - ##.##.2026-cı il tarixli raportdan müəyyən edilir ki, Əliyev Cahid Hakim oğluna qarşı xəta törətmiş şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər zamanı həmin şəxsin ##.##.2000-ci il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 15:00 radələrində yaşadığı ünvan 1 ünvanında saxlanılaraq 24-cü polis şöbəsinə aparılmışdır. - “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Nizami RPİ-nin 24-cü Polis şöbəsinin təhqiqatçısı, R Namiq İsmayılov tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardan müəyyən edilir ki, vətəndaş Əliyev Cahid Hakim oğlunu aldadaraq 450 manat pulunu ələ keçirmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində toplanmış materiallarda cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmadığını, dəymiş ziyanı ödəmədiyini, zərərçəkmiş şəxslə barışıq əldə olunmadığını o cümlədən, dəfələrlə eyni əmələ görə məsuliyyətə cəlb olunduğunu nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il saat 14:03-də inzibati qaydada tutulduğundan həbsin əvvəli ##.##.2026-cı il saat 14:03-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: ##.##.2000-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni, ##.##.2026-cı il saat 16:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24cü PŞ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar