Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-99)-1406/2026 13.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi ilə xx.xx.2026-cı il tarixli MN2249252 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 şikayətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında işin baxılmağa hazırlanması zamanı baxaraq, məhkəmə müəyyən etdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İXMnin 275.1.1-ci maddəsi ilə 2.500 (iki min beş yüz) manat məbləğində cərimə edilməsi barədə xx.xx.2026-cı il tarixli MN2249252 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə göndərilməlidir. Belə ki, şikayət ərizəsindən və xx.xx.2026-cı il tarixli MN2249252 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xəta Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində fəaliyyət göstərən “Granit-B” firmasına məxsus daş sexinin DEEA-nın müsbət rəyi olmadan fəaliyyət göstərməsi nəticəsində X3 tərəfindən AR İXM-nin 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə hesab edir ki, X2 şikayətinə Bakı şəhəri Nizami rayon məhkəməsinə baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; Göründüyü kimi şikayət vermiş şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1ci maddəsi ilə tərtib edilmiş qərardan görünür ki, inzibati xətanın törədilmə yeri Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində fəaliyyət göstərən “Granit-B” firmasına məxsus daş sexidir və bu qərardan şikayət inzibati xəta hadisəsinin baş verdiyi yer üzrə müvafiq məhkəməyə verilməlidir. Beləliklə, inzibati xətanın törədilmə yeri Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində fəaliyyət göstərən “Granit-B” firmasına məxsus daş sexi olduğundan, inzibati qərardan şikayətə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılması mümkün deyildir, inzibati material aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 xx.xx.2026-cı il tarixli MN2249252 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-1406/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-1406/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver