Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-1567/2026 17.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon DYPŞ-nin R X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə AR DİN Bakı şəhər Nizami rayon polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində AR DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən AR İXM-nin 332.4-cü maddəsi ilə ##.##.2026-cı il tarixli İXP7914781 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında ##.##.2026-cı il tarixli İXP7914781 nömrəli protokol və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 11:00-da ünvan 1 ünvanında “Porsche Panamera“ minik markalı, **TE*** dövlət qeydiyyat nişanlı avtomobil ilə AR İXM-nin 327.1-ci, 332.1-ci, 332.3-cü və 332.4cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon DYPŞ-nin R X2 izahat verərək bildirmişdir ki, ##.##.2026-cı il tarixdə hadisənin baş verməsi ilə bağlı daxil olmuş məlumat əsasında hadisə yerinə yaxınlaşmışlar. Araşdırma zamanı avtoyuma məntəqəsində yuyucu işləyən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Porsche Panamera“ minik markalı, **TE*** dövlət qeydiyyat nişanlı avtomobili yuduqdan sonra Naxçıvanski küçəsi ilə hərəkət edən zaman qarşıdan nəqliyyat vasitəsi gəldiyi üçün idarəetməni itrərək maşını daş səkiyə çırpmış və nəticədə avtomobilə maddi ziyan vurmuşdur. Daxil olmuş məlumat əsasında aparılmış araşdırılma nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixli İXP7914781 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon DYPŞ-nin R X2 protokolun təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 maşınını avtoyumaya verdikdən sonra 500 metr aralıqda yerləşən kafedə oturduğu zaman maşınının vurulması ilə bağlı zəng gəldiyini bildirmişdir. İlk olaraq avtoyuma məntəqəsinin sahibi dəymiş maddi ziyanı qarşılayacağını bildirmiş, daha sonra avtoservisə getdiklərində maşının düzəlməsi üçün çox pul tələb olunduğu bildirildiyindən avtoyumanın müdriyyəti həmin xərcləri qarşılaya bilməyəcəyini demişdir. Bundan sonra zərərçəkmiş şəxs X1 DİN-in 102 qaynar xəttinə zəng edərək hadisəni izah etmişdir. O, dəymiş ziyan ödənilmədiyi üçün şəxs barəsində ağır cəza tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü tam təqsirli bilərək, səhvini boynuna aldığını və əməlindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, maşını avtoyuma məntəqəsində yuyub bitirdikdən sonra digər maşını yumaq üçün “Porsche” markalı avtomobili oradan çıxartmışdır. Biraz qabağa – avtoyuma məntəqəsindən 20-30 metr getdikdən sonra maşının təkəri sürüşkən olduğu üçün beton səkiyə dəymişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlindən çox peşman olduğunu, bir də belə bir səhv etməyəcəyini, maddi ziyanı ödəməyə imkanın olmadığını, xəstə valideynlərinə tək baxdığını bildirərək barəsində həbslə əlaqədar olmayan cəza təyin olunması məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ##.##.2026-cı il tarixli İXP7914781 nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 11:00da ünvan 1 ünvanında “Porsche Panamera“ minik markalı, **TE*** dövlət qeydiyyat nişanlı avtomobil ilə AR İXM-nin 327.1-ci, 332.1-ci, 332.3-cü və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Nizami RPİ DYPŞ-nin rəisi, polis Rı Yusif Hüseynov tərəfindən ##.##.2026-cı il tarixdə təqdim edilən arayışdan müəyyən edilir ki, ##.##.2003-cü il təvəllüdlü vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına sürücülük vəsiqəsinin olması barədə məlumat Baş DYPİnin Mərkəzi İnformasiya Sistemində yerləşdirilmiş məlumata əsasən qeydə alınmamışdır. - Yol-Nəqliyyat hadisəsinin sxemindən müəyyən edilir ki, hadisənin baş verdiyi yerin sxemi göstərilmişdir. - **/**** nömrəli, ##.##.2026-cı il tarixli “qüsur aktından” müəyyən edilir ki, “Porsche Panamera“ minik markalı, **TE*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və təmir işlərinin ümumi qiyməti 5.630 (beş min altı yüz otuz) manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında ##.##.2026-cı il tarixli İXP7914781 nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmadığından məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Məhkəmə tərəfindən AR İXM-nin 32 və 33-cü maddələrinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, onun barəsində təqsirləndirildiyi AR İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: ##.##.2003-cü il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 332.3-cü maddələri ilə inzibati qərar qəbul edilməsi məsələsinin həll edilməsi üçün həmin hissədə inzibati material Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-1567/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-1567/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver